Məhkəmə qərarları › İş №2(060)-673/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-673/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-673/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20.09.2019cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 faiz dərəcəsi ilə 24 ay müddətində 8000 manat məbləğində kredit verilmişdir. 02.02.2021-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 21.09.2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, 2021-ci il oktyabrın 29dək Cavabdeh banka 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6704,87 manat əsas borc, 1242,76 manat faiz borcu olmaqla cəmi 7947,63 manat borcu vardır. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6704,87 manat əsas borc, 1242,76 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 7947,63 manat borcun və 99,48 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən ödənişlər edildiyini bildirib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini, İddiaçı ASCyə müəyyən məbləğdə ödənişlər həyata keçirdiyini, iş üzrə qətnamə qəbul edilməsini məhkəmənin mülhaizəsinə verdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 29.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6704,87 manat əsas borc, 1242,76 manat faiz borcu olmaqla ümumilikdə cəmi 7947,63 manat məbləğində borcu vardır. İş materiallarında olan 20.09.2019-cu il tarixli, 4-M-2-0-937-19 saylı kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavədən görünür ki, tərəflər arasında müqavilə əsasında 24 ay müddətinə, 25% məbləği əsasında 8000 manat məbləğində kredit verilmiş, 20.10.2019-cu il tarixdən hər ay müxtəlif məbləğlərdə ödəniş edilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 4-M-2-0-937-19 saylı kredit müqaviləsinə 02.02.2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 21.09.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 10.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətində İddiaçı ASC-yə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş 27.01.2022-ci il maliyyə arayışından görünür ki, Cavabdeh 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6554.87 manat əsas borc, 1650.05 manat faiz borcu olmaqla ümumilikdə cəmi 8307.02 manat məbləğində borcu, 25.02.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6404.87 manat əsas borc, 1776.05 manat faiz borcu olmaqla ümumilikdə cəmi 8401.86 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında cavabdeh tərəfindən ödənişlər edilməsinə baxmayaraq, ödənilən məbləğ faiz borcundan çıxılaraq, əsas məbləğə münasibətdə onun vəziyyətinə təsir göstərmədiyindən, məhkəməyə müraciət edilən vaxt tələb olunan məbləğə uyğun qətnamə çıxarılmasını xahiş etməsini nəzərə alaraq iddia tələbi təmin edilməsi qanuna uyğun olmaqla, ədalətli qətnamə qəbul edilməsinə səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6704,87 manat əsas borc, 1242,76 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 7947,63 manat yaranmışdır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6704,87 manat əsas, 1242,76 manat faiz borcu olmaqla, cəmi 7947,63 manat borc və 99,48 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6704,87 manat əsas, 1242,76 manat faiz borcu olmaqla, ümumilikdə 7947,63 (yeddi min doqquz yüz qırx yeddi manat altmış üç qəpik) manat borc və 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar