Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6736/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulmasıtələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3759.11 manat əsas, 82.5 manat faiz, 13.97 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3855.58 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 58.96 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda iddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh banka olan borcunu tam ödədiyi üçün mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin və sənədlərinin qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6736/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6736/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver