Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-674/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 17.137,16 manat əsas borc, 900,88 manat faiz borcu və 08,48 manat cərimə borcu olmaqla, ümumilikdə 18.046,52 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «xxxx» İKB ASC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixində kredit müqaviləsi bağlanmış, cavabdehə illik 22 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka xx xxxxxx 2020-ci il il tarixə 17.137,16 manat əsas borc, 900,88 manat faiz borcu, 08,48 manat cərimə borcu olmaqla, ümumilikdə 18.046,52 manat məbləğində borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki materiallarında olan: xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC Cavabdeh istehlak məqsədi ilə illik 22 faiz ödəmək şərti ilə 48 ay müddətinə 20000 manat kredit verməyi, borclu isə müqavilə ilə müəyyən edilmiş müddətdə ödəniş cədvəlinə uyğun olaraq kredit məbləğini və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 17.137,16 manat əsas borc, 900,88 manat faiz borcu, 08,48 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 423, 442, 445, 448.1, 739, 462-ci maddələrinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, “xxxx” X3 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17.137,16 manat əsas borc, 900,88 manat faiz borcu, 08,48 manat cərimə borcu, cəmi 18.046,52 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” X3 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2019cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı ASC ASC-nin xeyrinə 17.137,16 manat əsas borc, 900,88 manat faiz borcu, 08,48 manat cərimə borcu, cəmi 18.046,52 (on səkkiz min qırx altı manat əlli iki qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-674/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-674/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver