Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6774/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2016-2017-ci illərdə müxtəlif tarixlərdə cəmi 100.000 (bir yüz min) manat borc pul vermişdir. Lakin cavabdeh razılaşdıqları müddət ərzində borcunu qaytara bilmədiyinə görə Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilmiş 135 k.v metr olan üç otaqlı mənzilini ona verə biləcəyini və ona olan borcunu ödəyəcəyini bildirdi. Bundan sonra iddiaçı Cavabdeh və ona məxsus mənzili tikən ”X7” MMC-nin rəhbəri X2 ilə görüşərək niyyətləri barəsində ona bildirmişlər. O, isə buna hər hansı etirazının olmadığını iddiaçıya məxsus mənzilin doğurdan da ona məxsus olması barədə təsdiqedici sənədləri iddiaçıya göstərmiş və bundan sonra Cavabdeh məxsus həmin mənzili onun adına rəsmiləşdirilməsi barədə razılığa gəlmişlər. 08.08.2017-ci il tarixli müqavilə əsasən həmin üç otaqdan ibarət olan bir pay mənzil ’’X7” MMC tərəfndən təsdiq edilməklə ona 78 nömrəli maliyyə arayışı verilməklə mənzilin əvvəlki sahibinin ərizəsinə əsasən onun adına rəsmiləşdirilmiş və həmin mənzilin payçısı kimi qət edilmişdir. Bir müddət sonra həmin mənzili satmaq fikrinə düşmüş və bununla bağlı ’’X7” MMC-nin sədri Səlimov Telmanla əlaqə saxlayaraq fikrini ona bildirdikdə Telman Cavabdeh cəmiyyət qarşısında öhdəliklərin olduğunu məhz bu səbəbdən də ona məxsus müqavilənin mübahisəli və etibarsız olmasını bildirmişdir. Bundan sonra o, ’’X7” MMC-yə qarşı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək “sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 23.11.2018-ci il tarixli qətnaməsi ilə onun tələbi təmin edilməklə cavabdeh ’’X7” MMC tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv. metr olan üç otaqlı 54 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamədən maraqlarına toxunan şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası özünün 16.10.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etməklə Binəqədi rayon məhkəməsinin qətnaməsini ləğv edərək onun iddiasının rədd edilməsi haqqında iş üzrə yeni qətnamə çıxarmışdır. Həmin qətnamədən hazırki iş üzrə iddiaçının vermiş olduğu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli qərarı ilə təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi isə dəyişdirilmədən saxlanmışdır. Cavabdeh bu müddət ərzində həbsdə olduğuna görə o, cavabdehə qarşı pul tələbinə dair iddia verə bilməmişdir. Son zamanlar onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirildiyini bildiyindən bununla bağlı məhkəmədə iddia ilə çıxış edir. Cavabdeh ona 100.000 manat borclu olması yuxarıda qeyd edilən və hal-hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 10.10.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ’’X7” MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2017-ci il tarixli, 71 saylı müqaviləyə əsasən mübahisəli mənzil Cavabdeh pay kimi verilmiş, Cavabdeh mənzilin dəyərini tam şəkildə ödəmişdir. Cavabdeh MMC-nin sədrinə müraciət etmiş, mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmiş, onunla ’’X7” MMC arasında bağlanmış 03 avqust 2017-ci il tarixli 76 nömrəli müqaviləyə əsasən həmin mənzil Cavabdeh ona olan borcuna görə əvəzləşmə əsasında satılmışdır. Həmçinin məhkəmə müəyyən etmişdir ki, ’’X7” MMC-nin mülkiyyətində ümumiyyətlə mənzil olmamışdır. Bu da onu göstərir ki, Cavabdeh ilə ’’X7” MMC sədri hesab olunan X2 birləşərək onu aldatmışlar. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 100.000 (bir yüz min) manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının ona qarşı olan tələbini qismən qəbul etdiyini bildirərək qeyd etdi ki, icra qeydi üzrə 15000 (on beş min) ABŞ dolları, ilkin olaraq aldığı 4000 (dörd min) manatı, Kapital banka xərclər hesabına aldığı 2700 (iki min yeddi yüz) manatı və sonuncu dəfə aldığı 7800 (yeddi min səkkiz yüz) manatı etiraf edərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 19.09.2016-cı il tarixli, 7E-14837 nömrəli icra qeydinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respubliası Qanununun 76cı maddəsinə əsasən sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh 04.04.2016-cı il tarixədək alınmış və vaxtında ödənilməmiş 15000 ABŞ dollarının tutulması, borclu Cavabdeh tələbkar tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 15000 ABŞ dolları və 10 manat pul tutulması barədə təklif edilmişdir. İş materiallarında olan 14.03.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 15000 ABŞ dolları məbləğində borc pul vermiş, borcalan krediti 04.04.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.07.2017-ci il tarixli 71 №-li payçı müqaviləsindən görünür ki, icraçı ’’X7” MMC ünvan 3ndə inşa edilmiş 135 kv. metr olan üç otaqlı mənzili Cavabdeh pay kimi verir. İş materiallarında olan 03.08.2017-ci il tarixli 76 №-li payçı müqaviləsindən görünür ki, icraçı ’’X7” MMC ünvan 3ndə inşa edilmiş 135 kv. metr olan üç otaqlı mənzili İddiaçı pay kimi verir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6015/2018 saylı 23.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh ’’X7” MMC-yə qarşı “sahiblik və istifadə hüququnun tanınması və sair tələbinə dair” iddia ərizəsi təmin edilmiş, cavabdeh ’’X7” MMC tərəfindən ünvan 3 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv/metr olan 3 otaqlı 54 nömrəli mənzilin üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1136/2019 saylı 16.10.2019-cu il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs qismində X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6015/2018 saylı 23.11.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdeh ’’X7” MMC-yə qarşı ünvan 3 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv/metr olan 3 otaqlı 54 nömrəli mənzilin üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia təmin edilməmişdir. İş materiallarında olan AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.04.2020-ci il tarixli 2(102)-1311/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının16 oktyabr 2019-cu il tarixli 2(103)-1136/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar və iş materiallarında olan sübutlar əsasında müəyyən edildi ki, Cavabdeh həqiqətən 2016-2017-ci il tarixlərdə iddiaçıdan borc olaraq pul almış, onu razılaşdırılan müddət ərzində qaytaracağını bildirmişdir. Lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin cavabdehin iddianı qismən qəbul edərək bu barədə məhkəməyə ərizə təqdim etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739-cü maddəsinə əsaən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş borclu Cavabdeh pul ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan İddiaçı münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh icra qeydi üzrə 15000 (on beş min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə), ilkin olaraq aldığı 4000 (dörd min) manat, Kapital banka xərclər hesabına aldığı 2700 (iki min yeddi yüz) manat, sonuncu dəfə aldığı 7800 manat, ümumilikdə 14500 manat məbləğində borc pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh icra qeydi üzrə 15000 (on beş min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə), ilkin olaraq aldığı 4000 (dörd min) manat, Kapital banka xərclər hesabına aldığı 2700 (iki min yeddi yüz) manat, 7800 manat məbləğində borc, mumilikdə 14500 manat məbləğində borc pul və dövlət rüsumu kimi olan 30 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6774/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6774/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver