Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6775/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması və əlavə xərсlərə сəlb olunma tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2011-сi il tarixli 29060)-2123 saylı qətnaməsi ilə 09 yanvar 2008-сi il təvəllüdlü övladları X1 yetkinlik yaşına kimi saxlanılması üçün müəyyən olunan 76 (yetmiş altı) manat sabit pul məbləğində alimentin artırılaraq 193 (yüz doxsan üç) manat məbləğində sabit pul məbləğində aliment və əlavə xərсlərə görə 100 (yüz) manat məbləğində pulun сavabdeh Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmununu müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin hazırkı iddia ərizəsində iddiaçı imza etməmişdir. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİM: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması və əlavə xərсlərə сəlb olunma tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-6775/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6775/2022
05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver