Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6802/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 oğlunun, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 02 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və AR BDYPİ-dən müştərək qaydada “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 16700 manat və maşının qiymətinin qalxması üçün 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında 14.000 manata almışdır. Avtomobili xeyli miqdarda öz vəsaiti hesabına təmir etdirmişdir. Bundan sonra “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili 16.000 manata X2. Cavabdeh məhkəmədə dindirilərkən və Saatlı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(055)-1269/2019 saylı qətnaməsində də göstərildiyi kimi o, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsini saxtalaşdırdığını və ondan pul alaraq “BMW” markalı, 99 KN726 dövlət qeydiyyat nişanlı avtomobili satdığını etiraf etmişdir. Cavabdeh pulu ona qaytarmaq istədiyini bildirsə də, maddi vəziyyəti yaxşı olmadığı üçün pulu ödəyə bilmədiyini qeyd etmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin hökmü ilə təsdiq olunur ki, Cavabdeh sənədləri saxtalaşdırılması yolu ilə “BMW” markalı, 99 KN726 dövlət qeydiyyat nişanlı avtomobili ona satmışdır. Cavabdeh hazırda ona vurduğu zərərin məbləği 16700 manatdır. Həmin pul Saatlı rayon məhkəməsinin qətnaməsində də öz təsdiqini tapmışdır. Tərəfindən Cavabdeh pulu tələb etdikdə isə o müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Buna görə də, Saatlı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(055)-1269/2019 saylı qətnaməsi ilə Cavabdeh qanunsuz hərəkəti nəticəsində ondan tutulan 16700 manat məbləğində pul və qalxması nəticəsində dəyən ziyanın bərpa edilməsi üçün 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Ona görə də, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 04.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh Ramiz Mirzəyevin vasitəsilə almışdır. Belə ki, o Ramizlə birlikdə maşın alveri ilə məşğul olmuşdur. Ramiz alacaqları maşını tapmış, o isə maşınların pulunu vermişdir. Növbəti dəfə Ramiz ona zəng edərək maşın tapdığını bildirmiş, o da X13inə gələrək maşının alqı-satqısını sənədləşdirmək üçün Ramizə 14000 manat pul vermişdir. Alqı-satqı müqaviləsində maşının qiymətinin 16700 manat yazılmasının səbəbini bilmir. Cavabdeh hərəkətləri nəticəsində ona maddi ziyan vurulmuşdur. Çünki maşının sahibi iddia qaldırıb maşını satdıqları adamdan aldıqdan sonra həmin adamlar da ona qarşı iddia qaldırmış, ondan 16700 manat tutulması barədə qətnamələr çıxmışdır. Hazırda Anar ona pulu qaytarmalıdr ki, o da həmin şəxslərin pulunu qaytarsın. Ondan 16700 manat tutulduğu üçün, o da həmin məbləğdə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı tərəfindən “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında 16700 manata alınıb. Bakir Ramizə 14000 manat verdiyini desə də, yəqin kimi Ramiz də üzərinə əlavə pul qoyaraq avtomobilin alqı-satqısını həyata keçirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında göndərilən sənədlərdən də görünür ki, avtomobil 16700 manata alınmışdır. Avtomobil iddiaçının şəxsi vəsaiti hesabına təmir etdirildikdən sonra başqa şəxsə satılmışdır. Daha sonra etibarnamənin cavabdeh tərəfindən saxtalaşdırıldığı müəyyən olunmuşdur. Bunun nəticəsində iddiaçıya 16700 manat məbləğində zərər vurulub. Bundan əlavə nümayəndə iddia müddətinin tətibiq barədə ərizəyə münasibət olaraq bildirdi ki, müqavilə mübahisələndirilməyib, Anar tərəfindən müqavilə saxtalaşdırılıb. Baş verənlərə səbəb Anardır. Vüqarın xəbəri olmadan Anar maşını satıb. Eyni zamanda başqa məhkəmə mübahisələri olub və maşının sahibi iddia qaldırdıqdan sonra iddiaçı saxtalaşdırmadan, yəni hüquqlarının pozulmasından xəbər tutub. Bu səbəbdən hər hansı iddia müddəti ötürülməyib. Qeyd edilənlərə əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakir adlı şəxsi tanımamış, Ramizi tanımışdır. Ramiz Mirzəyev maşın alqı-satqısı ilə məşğul olmuşdur. Maşını Ramizə 8000 manata satmış, amma X13 İdarəsində maşın Bakirin adına qeyd olunmuşdur. Ramiz rəhmətə getdikdən sonra Bakir belə bir iddia qaldıraraq pul tələb edir. O, saxta sənədlə satış həyata keçirdiyini etiraf edir, bunun cəzasını 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə çəkmişdir. Hətta istintaq getdiyi zaman Ramiz onların da istintaqa cəlb olunacaqlarını demişdir. O, maşını 16000 manata yox, 8000 manata satmışdır. Müqavilədə 16700 manat yazılmasının səbəbini bilmir. Daha sonra maşın onlar tərəfindən 19000 manata Mir Yusif adlı şəxsə satılmışdır. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında yalan əqd bağlanılmışdır və bunu pərdələmək üçün İddiaçı maşını öz adına keçirmişdir. İddiaçı özü də izahatında bildirmişdir ki, etibarnamə əsasında həyata keçirilməni istəmirdi, çünki maşının onun mülkiyyətinə keçməsini istəyirdi. Ən əsas məsələ isə odur ki, alqı-satqı müqaviləsi Anarla Ramiz arasında olmuşdur. Belə olduğu halda Bakir Anarla müqavilə tərəfi qismində çıxış etmir. Pul Ramiz tərəfindən Anara verildiyi halda pulun Bakir tərəfindən tələb olunması əsassızdır. Bağlanmış müqavilələr onsuz da etibarsız hesab olunur. İddiaçı özü də etiraf etdi ki, pulu birbaşa Anara yox, Ramizə vermişdir. Ödənilmiş məbləğin Ramiz tərəfindən Cavabdeh çatdırılması da sual doğurur, bəlkə pul cavabdehə çatmamışdır. Həmçinin iddiaçı bildirdi ki, Ramiz 14 min manatı ona qaytarmışdı. Belə olan halda Ramiz maşını satıb pulu qaytarmışdırsa tələbin əsası yoxdur. Nəticə etibarilə əsassız varlanmaya səbəb ola bilər. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirdi ki, iddiaçı tərəf iddianın əsası kimi alqı-satqı müqaviləsinə istinad edir. Bu daşınar əşyalarla bağlı alqı-satqı müqaviləsidir. Ona görə də hazırki tələbə 3 illik iddia müddəti tətbiq olunmalıdır. 2020-ci ilin noyabr ayında 3 il müddət keçmişdir. İddiaçı isə məhkəməyə 2021-ci ildə müraciət etmişdir. Bundan başqa müqavilədə tərəf Xıdırov Vüqar qeyd olunub. Amma indiki halda cavabdeh qismində Cavabdeh göstərilib. İddia tələbi Anara qarşı yox, Vüqar Xıdırova qarşı qaldırılmalı idi. Beləliklə, iddianın hüuqi əsası yoxdur, iddianın yaranması üçün müəyyən səbəblər olmalıdır. Öhdəliyin yaranması üçün müqavilə tərəfi olmalıdır. Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Saatlı Rayon Məhkəməsinin 2(055)-1269/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X3 cavabdehlər İddiaçı və X7 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X5 16700 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X4 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamənin məzmunundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(008)-7832/2018 saylı qətnaməsi ilə X8 mülkiyyətində olmuş “BMW” markalı, **-KN-*** (**-ZS-***) dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair Cavabdeh ilə İddiaçı və müvafiq olaraq İddiaçı ilə X6 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. X8 pozulmuş mülkiyyət hüquqları bərpa edilərək qeyd olunan avtomobil onun mülkiyyətinə qaytarılmışdır. Qətnamənin məzmunundan həmçinin görünür ki, Abşeron rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü ilə "xxxx" MMC-yə məxsus “BMW” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh ona verilən etibarnamənin üzərində mexaniki usulla pozma aparıb sərəncam vermək hüququ verən hissədə düzəliş edərək notariat qaydada öz adına rəsmiləşdirmiş, daha sonra avtomobili öz adından satmışdır. Bu və digər cinayət əməllərinə görə Cavabdeh qəti olaraq 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 30.06.2020-ci il tarixli, 2(106)-928/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər İddiaçı və X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)- 1269/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5347/2020 saylı, 19.10.2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla cavabdehlər İddiaçı və X9 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 30.06.2020-ci il tarixi, 2(106)-928/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 22.10.2021-ci il tarixli, 124043-1221 nömrəli məktubundan görünür ki, “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyat alınmamış və etibarnamə ilə istifadəsinə verilməmişdir. İşdə olan 13.11.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X8 əvəzinə Cavabdeh etibarnamə ilə “BMW 525l MİNİK” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 16700 manata satmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Vüqar Xıdırovun mülkiyyətində olan “BMW” markalı, **-KN-*** (**-ZS-***) qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh vermiş, sonuncu həmin avtomobilin idarə edilməsinə dair etibarnamə üzərində düzəliş etməklə, avtomobili İddiaçı satmışdır. İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququ əldə edərək adına mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmışdır. Avtomobil İddiaçı tərəfindən 16700 manata X1. Sonradan həmin avtomobilin satılması ilə bağlı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək, məhkum edilmişdir. Avtomobilin mülkiyyətçisi olmuş V.Xıdırov mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(008)-7832/2018 saylı qətnaməsinə əsasən X8 mülkiyyətində olmuş “BMW” markalı, 99-KN 726 (**-ZS-***) dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair onunla İddiaçı və müvafiq olaraq İddiaçı ilə X6 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Avtomobil V.Xıdırovun mülkiyyətinə qaytarılmışdır. İşin yuxarıda qeyd edilən halları Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(008)-7832/2018 saylı qətnaməsi, Abşeron rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü və digər məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, avtomobilin özgəninkiləşdirilməsi nəticəsi etibarsız hesab edildiyindən, avtomobilin özgəninkiləşdirilməsi nəticəsində iddiaçıdan almış olduğu pula görə cavabdeh məsuliyyət daşıdığından, iddiaçının həmin pulu cavabdehdən geri tələb etməsi ədalətli və qanunauyğundur. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin əqd üzrə alınanlar geri qaytarılmalıdır. Məhkəmə qaytarılmalı olan pulun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 16700 manat pulun tutulmasını xahiş etsə də, məhkəmə iclasında avtomobilə görə Anara vermək üçün Ramizə cəmi 14000 manat pul verdiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilmiş 14000 manat pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi iddia müddətinin axımı şəxs öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(008)-7832/2018 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, Cavabdeh sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş etibarnaməni saxtalaşdırması isə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü ilə təsdiqlənmişdir. Beləliklə iddiaçı ən tez sözügedən məhkəmə aktları qəbul olunduqdan sonra (məhkəmə aktlarının qanuni qüvvəsini alması isə daha sonraki tarixlərdə baş vermişdir) hüquqlarının pozulduğunu bilə və məhkəməyə müraciət edə bilərdi. Həmin vaxtdan iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtadək isə cavabdehin istinad etdiyi 3 illik müddət ötürülməmişdir. Məhkəmə iclasında Cavabdeh avtomobili iddiaçıya 14000 manata deyil, 8000 manata satdığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş ziyanın Cavabdeh ilə birlikdə AR BDYPİ-dən müştərək qaydada tutulması hissəsində heç bir hüquqi əsasa söykənmədiyindən həmin hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsində maşının qiymətinin qalxması üçün cavabdehlərdən 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini də xahiş etmişdir. Lakin bu hissədə iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı maşının qiymətinin qalxması ilə əlaqədar pul tələbi hissəsində tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilmiş 14000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən (təxminən 75% hissədə) təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun 23 manatı cavabdehdən alınaraq İddiaçı oğluna ödənilməli, 7 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul və ödənilmiş 23 (iyirmi üç) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6802/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6802/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver