Məhkəmə qərarları › İş №2(060)-6856/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6856/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6856/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 17 sentyabr 2021ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.04.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1254.60 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 09.04.2020-ci il tarixli müqavilə üzrə Mi Watch AMAZFİT Bip saat və Mi X1qlıq üçün 254.40 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 12.04.2020-ci il tarixli müqavilə üzrə Lenovo V130 markalı kompüter üçün 1003.80 manat ödənilməmiş hissə, 0 manat dəbbə, ümumilikdə 2512.80 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 09.04.2020-ci il, 09.04.2020ci il və 12.04.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung LED TV, Mi Watch AMAZFİT Bip saat və Mi X1qlıq və Lenovo V130 markalı kompüter almış və nəticədə mağazaya 2512.8 (iki min beş yüz on iki, səksən qəp) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.04.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1391.6 (min üç yüz doxsan bir, altmış qəp) manat (18 ay x 69.7 manat 137 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1254.6 (min iki yüz əlli dörd, altmış qəp) manat olmaqla ondan, 1254.6 (min iki yüz əlli dörd, altmış qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; 09.04.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 272.4 (iki yüz yetmiş iki, qırx qəp) manat (12 ay x 21.2 manat + 18 manat ilkin ödəniş) olan Mi Watch AMAZFİT Bip saat və Mi X1qlıq üçün ümumilikdə, 254.4 (iki yüz əlli dörd, qırx qəp) manat olmaqla ondan, 254.4 (iki yüz əlli dörd, qırx qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə, 12.04.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1071.8 (min yetmiş bir, səksən qəp) manat (12 ay x 82.4 manat + 83 manat ilkin ödəniş) olan Lenovo V130 markalı kompüter üçün ümumilikdə, 1003.8 (min üç, səksən qəp) manat olmaqla ondan, 1003.8 manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 223 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən dənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Ona görə də nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o həqiqətən "xxxx" MMC ilə üç müqavilə bağlamış və həmin müqavilələrə əsasən Samsung LED TV, Mi Watch AMAZFİT Bip saat və Mi X1qlıq Lenovo V130 markalı kompüter almışdır. Hazırda heç bir yerdə işləmir. Maddi vəziyyəti yaxşı deyil. Ona görə də iddiaçı təşkilata olan borcunu ödəyə bilmir. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.04.2020-ci il, 09.04.2020-ci il və 12.04.2020-ci il tarixli müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung LED TV, Mi Watch AMAZFİT Bip saat və Mi X1qlıq və Lenovo V130 markalı kompüter almışdır. İş materiallarında olan 14 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə üç müqavilə üzrə 2512,8 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 25.09.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 09.04.2020-ci il tarixli 20216222 nömrəli, 09.04.2020-ci il tarixli 20216113 nömrəli və 12.04.2020-ci il tarixli 20219969 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər üç müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 2512,8 (1254,6+254,4+1003,8) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 09.04.2020-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1254.60 (min iki yüz əlli dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 09.04.2020-ci il tarixli müqavilə üzrə Mi Watch AMAZFİT Bip saat və Mi X1qlıq üçün 254.40 (iki yüz əlli dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 12.04.2020-ci il tarixli müqavilə üzrə Lenovo V130 markalı kompüter üçün 1003.80 (min üç manat səksən qəpik) manat ödənilməmiş hissə olmaqla ümumilikdə 2512,80 (iki min beş yüz on iki manat səksən qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar