Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6868/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, 19.02.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 öz mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40, mənzil 37-ni X2. Asif X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20000 manat pulun Seyfəddin Əliyevdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3584/2013 saylı, 27 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Seyfəddin Əliyevdən 20000 manat məbləğində pulun Asif Məmmədovun xeyrinə tutulması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-248/2014 saylı, 03 aprel 2014-cü il tarixli qətnaməsi ilə Seyfəddin Əliyevin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3261/2014 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1851/2014 saylı, 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv olunmuş və Asəf Məmmədovun iddia tələbi təmin olunmamışdır. Seyfəddin Əliyev 22 may 2017-ci il tarixində vəfat etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Asif Məmmədov onun qardaşıdır. Qardaşı 2009-cu ildə Seyfəddin Əliyevdən 10000 ABŞ dolları məbləğində faizlə borc götürmüş və borcun bir hissəsini 3 ay müddətində qaytarmışdır. Sonradan qardaşı ilə Seyfəddin Əliyev arasında olan razılaşmaya əsasən qardaşı qalan borcun təminatı olaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40, mənzil 37-ni Seyfəddin Əliyevin qohumu olan Elnar Əliyevin adına keçirmişdir ki, borc ödənildikdən sonra mənzil geri qaytarılsın. Lakin, sonradan qardaşı ilə Seyfəddin Əliyev arasında razılaşmaya əsasən, həmin mənzil onun, Elnar Əliyevin və "xxxx" ASC-nin arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. Burada məqsəd ondan ibarət olmuşdur ki, mənzil bankda ipotekaya qoyulsun və bankın verdiyi kreditdən Seyfəddin Əliyev qardaşının ona borclu olduğu məbləği götürsün və qalan məbləği qardaşına qaytarsın. Seyfəddin Əliyev ilkin ödəniş kimi onun adından 32040 manatı banka keçirmiş və bankdan çıxararaq götürmüşdür. Bank tərəfindən kredit kimi isə 34000 manat pul verilmişdir ki, həmin məbləğdən 20000 manat onlara çatmalı idi. Seyfəddin Əliyev bankdan pulu çıxardıqdan sonra pulu onlara axşam verəcəyini bildirmişdir. Lakin, sonradan qızına toy edəcəyini bildirmiş və toydan sonra pulu qaytaracağını demişdir. Lakin, sonradan həmin pulu geri qaytarmamışdır. X4rşı iddia qaldırmış, lakin alqı-satqı və ipoteka müqaviləsi onun adına rəsmiləşdirildiyindən qardaşının iddia qaldırmağa hüququ olmadığı üçün iddia təmin edilməmişdir. X7 vəfat etmişdir. Onlar müəyyən etmişlər ki, Seyfəddin Əliyevin vəfatından sonra hazırkı iş üzrə cavabdehin adına vərəsəlik işi açılmışdır. Bu səbəbdən o, hazırkı iddianı qaldırmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçını tanımır. Bu söhbətlərdən onun heç bir xəbəri yoxdur. O, Seyfəddin Əliyevin vərəsəsi deyil. Belə ki, onlar Seyfəddin Əliyevlə 09.03.1999-cu ildə boşanmışlar. Bu halda onun adına hər hansı vərəsəlik işi açıla bilməzdi. O, hazırkı iddiaya cavab verməli olan şəxs deyildir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. 2 saylı Mənzil-Kommunal Sahəsinin 495 saylı, 07.05.2021-ci il tarixli arayışına əsasən cavabdeh ünvan 2 ünvanında yaşayır. Boşanma haqqında şəhadətnaməyə əsasən cavabdehlə Seyfəddin Əliyevin nikahları 09.03.1999-cu ildə pozulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X8 öz ifadəsində bildirmişdir ki, iddiaçının qardaşıdır. O, 2009-cu ildə Seyfəddin Əliyevdən 10000 ABŞ dolları məbləğində faizlə borc götürmüş və borcun bir hissəsini 3 ay müddətində qaytarmışdır. Sonradan onunla Seyfəddin Əliyev arasında olan razılaşmaya əsasən o, qalan borcun təminatı olaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40, mənzil 37-ni Seyfəddin Əliyevin qohumu olan Elnar Əliyevin adına keçirmişdir ki, borc ödənildikdən sonra mənzil geri qaytarılsın. Lakin, sonradan onunla Seyfəddin Əliyev arasında razılaşmaya əsasən, həmin mənzil iddiaçının, Elnar Əliyevin və "xxxx" ASC-nin arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında idiaçının adına rəsmiləşdirilmişdir. Burada məqsəd ondan ibarət olmuşdur ki, mənzil bankda ipotekaya qoyulsun və bankın verdiyi kreditdən Seyfəddin Əliyev onun borclu olduğu məbləği götürsün və qalan məbləği ona qaytarsın. Seyfəddin Əliyev ilkin ödəniş kimi iddiaçının adından 32040 manatı banka keçirmiş və bankdan çıxararaq götürmüşdür. Bank tərəfindən kredit kimi isə 34000 manat pul verilmişdir ki, həmin məbləğdən 20000 manat onlara çatmalı idi. Seyfəddin Əliyev bankdan pulu çıxardıqdan sonra pulu onlara axşam verəcəyini bildirmişdir. Lakin, sonradan qızına toy edəcəyini bildirmiş və toydan sonra pulu qaytaracağını demişdir. Lakin, sonradan həmin pulu geri qaytarmamışdır. O, Seyfəddin Əliyevə qarşı iddia qaldırmış, lakin alqı-satqı və ipoteka müqaviləsi iddiaçnın adına rəsmiləşdirildiyindən onun iddia qaldırmağa hüququ olmadığı üçün iddia təmin edilməmişdir. X7 vəfat etmişdir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinə əsasən (bundan sonra - MPM) barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür (58.1.). Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (58.2.). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (1151.1.). Göründüyü kimi iddiaçı cavabdehin mərhum Seyfəddin Əliyevin vərəsəsi olmasına əsaslanaraq Seyfəddin Əliyevə qarşı olan tələbini cavabdehə qarşı yönəltmişdir. Cavabdehin Seyfəddin Əliyevin daşıdığı öhdəlik və ya ona qarşı yönələn iddia tələbi üzrə məsuliyyət daşıya bilməsi üçün onun Seyfəddin Əliyevin hüquq varisi kimi çıxış edə bilməsi müəyyən edilməlidir. İddiaçı cavabdehin Seyfəddin Əliyevin vərəsəsi olduğunu iddia etsə də öz tələbinin əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə müəyyən edilmişdir ki, cavabdehlə Seyfəddin Əliyev 1999-cu ildə boşanmışlar. Seyfəddin Əliyev isə 2017-ci ildə vəfat etmiş və onun ölümü ilə bağlı cavabdehin adına hər hansı vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Belə olan halda cavabdeh hazırkı iddiaya cavab verməli olan şəxs hesabe dilə bilməz. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). İşdən müəyyən edilmiş hallarından göründüyü kimi, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40, mənzil 37 19.02.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Asif Məmmədov tərəfindən Elnar Əliyevə, 06.12.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən isə Elnar Əliyev tərəfindən iddiaçıəya satılmışdır. İddiaçının həmin alqı-satqı müqavilələrinin formal həyata keçirilməsi, qardaşının Seyfəddin Əliyevə borclu olması, 06.12.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi zamanı Seyfəddin Əliyevin bankdan 34000 manat kredit götürməsi və həmin məbləğdən 20000 manat onlara verməli olduğu halda bunu etməməsi yalnız iddiaçının bildirdiyi məlumatlar olmaqla iş materiallarında olan digər sübutlarla təsdiq edilmir. İş üzrə ifadə vermiş şahid Asif Məmmədovun ifadəsinə gəlidikdə isə qeyd edilməlidir ki, Asif Məmmədov iddiaçının qardaşı, eyni zamanda hazırkı iş üzrə maraqlı olan şəxsdir. Bu səbəbdən məhkəmə həmin şahidin ifadəsinə tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Məhkəmə hesab edir ki, cavabdeh hazırkı iddiaya cavab verməli şəxs olmamaqla yanaşı, iddia ərizəsində göstərilən hallar iş materialları ilə sübuta yetirilmir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 20000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6868/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6868/2021
01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver