Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6893/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və digərlərinə qarşı borcun tutulması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh, Zamin1 və Zamin2 Abdulla qızına (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 6,19 manat əsas borc, 3,03 manat faiz borcu və 749,17 manat cərimə borcu olmaqla, cəmi 758,39 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Müəyyən olunmuşdur ki, iddia ərizəsi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin direktor müavini Elçin Abdullayev tərəfindən imzalanmışdır. Lakin iş materiallarından göründüyü kimi həmin səlahiyyətlərin hüquqi şəxsin rəhbəri və ya etibarnamə vermək səlahiyyəti olan digər şəxs tərəfindən Elçin Abdullayevə verilməsi barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Yəni, iddia ərizəsi məhkəməyə verilərkən onu imzalayan şəxsin iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.2.). Məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və digərlərinə qarşı borcun tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6893/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6893/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver