Məhkəmə qərarları › İş №2(060)-6901/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6901/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6901/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********24708 Samsung Galaxy A50 markalı telefon üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə, 11.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********19949 Samsung Galaxy A70 markalı telefon üçün 588.8 (beş yüz səksən səkkiz, səksən qəpik) manat ödənilməmiş hissə, 174 (yüz yetmiş dörd) manat dəbbə, 19.02.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan Samsung üçün 1229 (min iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 327 (üç yüz iyirmi yeddi manat dəbbə, ümumilikdə 3078.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 26.11.2019 cu il, 11.01.2020-ci il və 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********24708 Samsung Galaxy A50, İMEİ kod **********19949 Samsung Galaxy A70 markalı telefonlar və Paltaryuyan Samsung almış və nəticədə 3078.8 (üç min yetmiş səkkiz, səksən qəp,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.11.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 780 (yeddi yüz səksən) manat (12 ay x 65 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********24708 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 760 (yeddi yüz altmış) manat olmaqla ondan, 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə, 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918.8 (doqquz yüz on səkkiz, səksən qəp) manat (12 ay x 58.9 manat + 212 manat ilkin ödəniş) İMEİ kod **********19949 Samsung Galaxy A 70 markalı telefon üçün ümumilikdə, 762.8 (yeddi yüz altmış iki, səksən qəp) manat olmaqla ondan, 588.8 (beş yüz səksən səkkiz, səksən qap) manat ödənilməmiş hissə, 174 (yüz yetmiş dörd) manat dəbbə, 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 1404 (min dörd yüz dörd) manat (18 ay x 78 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Samsung üçün ümumilikdə, 1556 (min beş yüz əlli altı) manat olmaqla ondan, 1229 (min iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 327 (üç yüz iyirmi yeddi) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 700 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2019-cu il, 11.01.2020-ci il və 19.02.2020-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh dəyəri 780 (yeddi yüz səksən) manat, İMEİ kod **********24708 Samsung Galaxy A50 markalı telefon, alqı-satqı qiyməti 918.8 (doqquz yüz on səkkiz, səksən qəp) manat (12 ay x 58.9 manat + 212 manat ilkin ödəniş) İMEİ kod **********19949 Samsung Galaxy A 70 markalı telefon, alqı- satqı qiyməti 1404 (min dörd yüz dörd) manat Paltaryuyan Samsung almışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 780 manat olan, 12 ay müddətinə, 0 manat ilkin ödəniş, aylıq ödəniş 65 manat olmaqla İMEİ kod **********24708 Samsung Galaxy A50 markalı telefon, ümumi dəyəri 918,8 manat olan, 12 ay müddətinə, ilkin 212 manat ödənişlə, aylıq ödəniş 58,9 manat olmaqla İMEİ kod **********19949 Samsung Galaxy A 70 markalı telefon, ümumi dəyəri 1404 manat olan, 18 ay müddətinə, aylıq 78 manat olmaqla, 0 manat ilkin ödənişlə Paltaryuyan Samsung almışdır. Malların 3102,8 manat olan ümumi dəyərindən cəmi 700 manat ödəniş etmişdir. Bununla da 3078, 8 manat məbləğində borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış 26.11.2019-cu il tarixli müqaviləyə əsasən müvafiq olaraq aldığı məhsulun 585 manat olan ümumi dəyərindən cəmi 195 manat ödəniş etmiş və nəticədə 585 manat əsas borc, 175 manat dəbbə borcu yaranmışdır. 10.01.2020-ci il tarixli müqaviləyə əsasən müvafiq olaraq aldığı məhsulun 918,8 manat olan ümumi dəyərindən cəmi 330 manat ödəniş etmiş və nəticədə 588,8 manat əsas, 174 manat dəbbə borcu yaranmışdır. 19.02.2020-ci il tarixli müqaviləyə əsasən müvafiq olaraq aldığı məhsulun 1404 olan ümumi dəyərindən cəmi 175 manat ödəniş etmiş, nəticədə 1229 manat əsas, 327 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 3102,8 manat olan ümumi dəyərindən cəmi 700 manat ödəniş etmiş və nəticədə 3078,8 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 17 manat, 17 manat və 32 manat cərimə mütənasiblik baxımından məqsədə müvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia 500 manatdan çox təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də, təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 26.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********24708 Samsung Galaxy A50 markalı telefon üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 11.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********19949 Samsung Galaxy A70 markalı telefon üçün 588.8 (beş yüz səksən səkkiz, səksən qəpik) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 19.02.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan Samsung üçün 1229 (min iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə, ümumilikdə 2468.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********24708 Samsung Galaxy A50 markalı telefon üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 11.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********19949 Samsung Galaxy A70 markalı telefon üçün 588,8 (beş yüz səksən səkkiz, səksən qəpik) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 19.02.2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan Samsung üçün 1229 (min iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə, ümumilikdə 2468,8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar