Məhkəmə qərarları › İş №2(060)-6908/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6908/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6908/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh oğluna qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********73358 olan Xiaomi Mi play markalı telefon üçün 34,6 manat, 13.07.2019-cu il tarixli müqavilə üzrə Trimmer Panasonic üzqırxan üçün 57,7 manat, 11.06.2019-ci il tarixli müqavilə üzrə Soyuducu HOFFMANN üçün 607 manat, ümumilikdə 699,3 manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumu, cəmi 729,3 manat məbləğində pulun Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış 12.09.2019 -cu il, 13.07.2019-cu il və 11.06.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********73358 olan Xiaomi Mi play markalı telefon , Trimmer Panasonic üzqırxan, Soyuducu HOFFMANN almış, nəticədə 699,3 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.09.2019 -cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 396 manat, İMEİ kodu **********73358 olan Xiaomi Mi play markalı telefon üçün 34,6 manat, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 165 manat olan Trimmer Panasonic üzqırxan üçün 57,7 manat, 11.06.2019-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 972 manat olan Soyuducu HOFFMANN üçün 607 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 833,7 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 29 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh oğluna prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh oğlu 12 avqust 2021-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh oğluna qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 12.09.2019 -cu il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 33 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 396 manat olan İMEİ kodu **********73358 olan Xiaomi Mi play markalı telefona görə 361,4 manat ödəniş etmiş, 34,6 manat borcu qalmış, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən 11 ay müddətində hər ay 55 manat ödəmək şərti ilə aldığı alqı-satqı qiyməti 165 manat olan Trimmer Panasonic üzqırxan üçün 107,3 manat ödəniş etmiş, 57,7 manat borcu qalmış, 11.06.2019-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətində hər ay 54 manat ödəmək şərti ilə aldığı alqı-satqı qiyməti 972 manat olan soyuducu HOFFMANN üçün 365 manat ödəniş etmiş, 607 manat borcu qalmış, ümumilikdə 833,7 manat ödəniş etmiş, 699,3 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh oğlu ilə "xxxx" MMC arasında bağlanmış 12.09.2019-cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən İMEİ kodu **********73358 olan Xiaomi Mi play markalı telefon almışdır. İş materiallarında olan 12.09.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu "xxxx" MMC-dən 12.09.2019 -cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********73358 olan Xiaomi Mi play markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 12.09.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 12.09.2019 -cu il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 33 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.07.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən Trimmer Panasonic üzqırxan almışdır. İş materiallarında olan 13.07.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu "xxxx" MMC-dən 13.07.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş Trimmer Panasonic üzqırxanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 13.07.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 13.07.2019-cu il tarixli müqavilə üzrə 11 ay müddətində hər ay 15 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.06.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən Soyuducu HOFFMANN almışdır. İş materiallarında olan 11.06.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh oğlu "xxxx" MMC-dən 11.06.2019-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Soyuducu HOFFMANNİ tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 11.06.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu 11.06.2019-cu il tarixli müqavilə üzrə 18 ay müddətində hər ay 54 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh oğlundan 12.09.2019 -cu il, 13.07.2019-cu il və 11.06.2019-cu il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh oğlu 12.09.2019 -cu il tarixli, 13.07.2019-cu il və 11.06.2019-cu il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 699,3 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 729,3 manat məbləğində pul tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 699,3 manat məbləğində borc və 30 manat dövlət rüsumu, cəmi 729,3 (yeddi yüz iyirmi doqquz manat otuz qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar