Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6911/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 12 oktyabr 2021ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********00055 Huawei P Smart Z markalı telefon üçün 627 (altı yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 188 (yüz səksən səkkiz) manat dəbbə, 27.10,2019-cu il tarixli müqavilə üzrə X1qlıq üçün 264 (iki yiiz altmış dörd) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə, 25.06.2019-cu il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1424.4 (min dörd yüz iyirmi dörd, qırx qəp) manat ödənilməmiş hissə, 428 (dörd yiiz iyirmi səkkiz) manat dəbbə, ümumilikdə 3010.4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 27.10.2019-cu il, 27.10.2019-cu il və 25.06.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kod **********00055 Huawei P Smart Z markalı telefon, X1qlıq və Soyuducu Samsung almış və nəticədə mağazaya 3010.4 (üç min on, qırx qəp) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (12 ay x 57 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********00055 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə, 815 (səkkiz yüz on beş) manat olmaqla ondan, 627 (altı yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 188 (yüz səksən səkkiz) manat dəbbə, 27.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz) manat (1.2 ay x 24 manat + 0 manat ilkin ödəniş) X1qlıq üçün ümumilikdə, 343 (üç yiiz qırx üç) manat olmaqla ondan, 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə, 25.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1713 (min yeddi yüz on üç) manat (18 ay x 95 manat + 3 manat ilkin ödəniş) Soyuducu Samsung üçün ümumilikdə, 1852.4 (min səkkiz yüz əlli iki, qırx qəp) manat olmaqla ondan, 1424.4 (min dörd yüz iyirmi dörd, qırx qəp) manat ödənilməmiş hissə, 428 (dörd yüz iyirmi səkkiz) manat dəbbə borcu yaranmışdır. Cavabdenin cəmi ödədiyi məbləğ 369.6 rnanat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Köçüb” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində əlaqə nömrələrinin müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.10.2019-cu il, 27.10.2019-cu il və 25.06.2019-cu il tarixli müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kod **********00055 Huawei P Smart Z markalı telefon, X1qlıq və Soyuducu Samsung almışdır. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə üç müqavilə üzrə 3010,4 manat məbləğində borcu vardır. İşdə olan 06.03.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 25.06.2019-cu il tarixli 00743164 nömrəli, 27.10.2019-cu il tarixli 01009060 nömrəli və 27.10.2019-cu il tarixli 01008928 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər üç müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 2315,4 (627+264+1424,4) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 695 (188+79+428) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 55 (20+5+30) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 27.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********00055 Huawei P Smart Z markalı telefon üçün 627 (altı yüz iyırmi yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, 27.10.2019-cu il tarixli müqavilə üzrə X1qlıq üçün 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, 25.06.2019-cu il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1424,4 (bir min dörd yüz iyirmi dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu olmaqla, ümumilikdə 2370,4 (iki min üç yüz yetmiş manat, qırx qəpik) borc və 24 (iyirmi) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6911/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6911/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver