Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6912/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 17 sentyabr 2021ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.07.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV, HOFFMANN TS-50 Space səsucaldan, Sonorous Surefix asılqan üçün 556.6 manat ödənilməmiş hissə, 162 manat dəbbə, 27.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********19948 HOFFMANN X Ultra markalı telefon üçün 229.6 manat ödənilməmiş hissə, 68 manat dəbbə, 14.07.2019-cu il tarixli müqavilə üzrə X1, DOSHEK URETAN (90x200sm), X4 Ceviz, X5 Ceviz, Matras 160x200x18,GALA ERCİN STUL,GALA ERGİN METBEX STOLU, X6 Sungerli, Bafis Yumsaq mebellər üçün 3128 manat ödənilməmiş hissə, 914 manat dəbbə, ümumilikdə 5058.2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 14.07.2019-cu il, 27.09.2019-cu il 14.07.2019-cu il tarixli müqavilələrə əsasən, HOFFMANN LED TV, HOFFMANN TS-50 Space səsucaldan, Sonorous Surefix asılqan, İMEİ kod **********191 HOFFMANN X Ultra markalı telefon, X2, DOSHEK URETAN (90x200sm), X4 Ceviz, X5 Ceviz, Mat 160x200x18,GALA ERCİN STUL,GALA ERCİN METBEX STOLU,Vega Yum; Kunc Sungerli, Balis Yumsaq mebellər almış və nəticədə mağazaya 5058.2 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1080 manat (18 ay x 60 manat manat ilkin ödəniş) HOFFMANN İ ED TV HOFFMANN TS-50 Space səsucaldan Sonorous Surefix asılqan üçün ümumilikdə, 718.6 manat olmaqla ondan, 556.6 manat ödənilməmiş hissə, 162 manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 366 (üç yüz alt altı) manat (18 ay x 19 manat + 24 manat ilkin ödəniş) İMEİ kod **********19 olan HOFFMANN X Ultra markalı telefon üçün ümumilikdə, 297.6 manat olmaqla ondan, 229.6 manat ödənilməmiş hissə, 68 manat dəbbə, 14.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4068 manat (20 ay x 203 manat + 8 manat ilkin ödəniş) X3, DOSHEK URETAN (90x200sm), X4 Ceviz, X5 Ceviz, Matras160x200x18,GALA ERCİN STUL GALA ERCİN METBEX STOLU, X6 Sungerli, Balis Yumsaq mebellər üçün ümumilikdə 4042 (dörd min qırx iki) manat olmaqla ondan, 3128 (üç min yiiz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 914 (doqquz yüz on dörd) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1599.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikməlır aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən "xxxx" MMC ilə üç müqavilə bağlamış və həmin müqavilələrə əsasən HOFFMANN LED TV, HOFFMANN TS-50 Space səsucaldan, Sonorous Surefix asılqan, HOFFMANN X Ultra markalı telefon və digər məişət avadanlıqları almışdır. İddiaçıya bu günə kimi 1500 manat ödəniş etmişdir. Sonradan karantın rejiminin tətbiqi ilə əlaqədar onun maddi vəziyyəti ağırlaşmış və öhdəliklərini yerinə yetirə bilməmişdir. Hazırda heç bir yerdə işləmir. 2-ci qrup Qarabağ əlilidir. Bununla əlaqədar ona müəyyən edilmiş pensiyanın verilməsi də dayandırılmışdır. Cavabdeh məhkəmədən qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.07.2019-cu il, 27.09.2019-cu il 14.07.2019-cu il tarixli müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN LED TV, HOFFMANN TS-50 Space səsucaldan, Sonorous Surefix asılqan, İMEİ kod **********191 HOFFMANN X Ultra markalı telefon, X2, DOSHEK URETAN (90x200sm), X4 Ceviz, X5 Ceviz, Mat 160x200x18, GALA ERCİN STUL, GALA ERCİN METBEX STOLU, X6 Sungerli, Balis Yumsaq mebellər almışdır. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə üç müqavilə üzrə 3914,2 manat ödənilməmiş hissə və 1144 manat dəbbə pulu olmaqla, cəmi 5058,2 manat məbləğində borcu vardır. İşdə olan 30.07.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 14.07.2019-cu il tarixli 00782702 nömrəli, 14.07.2019-cu il tarixli 00782639 nömrəli və 27.09.2019-cu il tarixli 00941528 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər üç müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 3914,20 (556,6+229,6+3128) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1144 (162+68+914) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 40 (10+10+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14.07.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV, HOFFMANN TS-50 Space səsucaldan, Sonorous Surefix asılqan üçün 556.6 (beş yüz əlli altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 27.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********19948 olan HOFFMANN X Ultra markalı telefon üçün 229.6 (iki yüz iyirmi doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 14.07.2019-cu il tarixli müqavilə üzrə X2, DOSHEK URETAN (90x200sm), X4 Ceviz, X5 Ceviz, Matras 160x200x18, GALA ERCİN STUL, GALA ERGİN METBEX STOLU, X6 Sungerli, Balis Yumsaq mebellər üçün 3128 (üç min yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu və 24 (iyirmi dörd) manat dövlət rüsumu olmaqla, cəmi 3978,2 (üç min doqquz yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6912/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6912/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver