Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6913/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.12.2018-ci il tarixli müqavilə üzrə İMEİ kod **********82693 Samsung Galaxy J4 plus markalı telefon, Asqi BATİS LP, Sonorous DVD Stand SNR PL asılqan üçün 171,7 (yüz yetmiş bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə, 18.01.2019-cu il tarixli müqavilə üzrə Tozsoran PANASONİC, Ətçəkən Kenwood üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat dəbbə, 02.12.2018-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1335 (min üç yüz otuz beş) manat ödənilməmiş hissə, 401 (dörd yüz bir) manat dəbbə, ümumilikdə 2500,7 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02.12.2018 cu il, 18.01.2019-cu il və 02.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********82693 Samsung Galaxy J4 plus markalı telefon, Asqi BATİS LP, Sonorous DVD Stand SNR PL asılqan Tozsoran PANASONİC, X2 LED TV almış və nəticədə 2500,7 (iki min beş yüz manat, yetmiş qəp,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 637 manat (12 ay x 53 manat + 1 manat ilkin ödəniş) İMEİ kod **********82693 Samsung Galaxy J4 plus markalı telefon, Asqi BATİS LP, Sonorous DVD Stand SNR PL asılqan üçün ümumilikdə, 219,7 manat olmaqla ondan, 171,7 manat ödənilməmiş hissə, 48 manat dəbbə, 18.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 510 manat (12 ay x 42 manat + 6 manat ilkin ödəniş) Tozsoran PANASONİC, Ətçəkən Kenwood üçün ümumilikdə, 545 manat olmaqla ondan, 419 manat ödənilməmiş hissə, 126 manat dəbbə, 02.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 1602 manat (18 ay x 89 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1736 manat olmaqla ondan, 1335 manat ödənilməmiş hissə, 401 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 823,3 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.12.2018-ci il, 18.01.2019-cu il və 02.12.2018-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İMEİ kod **********82693 Samsung Galaxy J4 plus markalı telefon, Asqi BATİS LP, Sonorous DVD Stand SNR PL asılqan Tozsoran PANASONİC, Ətçəkən Kenwood, Samsung LED TV almış, malların 2749 manat olan ümumi dəyərindən cəmi 823,3 manat ödəniş etmiş, cavabdehin ümumilikdə 2500,7 manat borcu yaranmışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 637 manat olan, 12 ay müddətinə, 1 manat ilkin ödəniş, aylıq ödəniş 53 manat olmaqla İMEİ kod **********82693 Samsung Galaxy J4 PLUS markalı telefon, Asqi BATİS LP, Sonorous DVD Stand SNR PL asılqan, ümumi dəyəri 510 manat olan, 12 ay müddətinə, ilkin 6 manat ödənişlə, aylıq ödəniş 42 manat olmaqla Tozsoran PANASONİC, Ətçəkən Kenwood, ümumi dəyəri 1602 manat olan, 18 ay müddətinə, aylıq 89 manat olmaqla, 0 manat ilkin ödənişlə Samsung LED TV almışdır. Malların 2749 manat olan ümumi dəyərindən cəmi 823,3 manat ödəniş etmişdir. Bununla da 2500,7 manat məbləğində borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış 02.12.2018-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 637 manat olan ümumi dəyərindən cəmi 465,3 manat ödəniş etmiş və nəticədə 171,7 manat əsas borc, 48 manat dəbbə borcu yaranmışdır. 18.01.2019-cu il tarixli müqaviləyə əsasən aldığı məhsulun 510 manat olan ümumi dəyərindən cəmi 91 manat ödəniş etmiş və nəticədə 419 manat əsas, 126 manat dəbbə borcu yaranmışdır. 02.12.2018-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 1736 olan ümumi dəyərindən cəmi 267 manat ödəniş etmiş, nəticədə 1335 manat əsas, 401 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 2749 manat olan ümumi dəyərindən cəmi 823,3 manat ödəniş etmiş və nəticədə 2500,7 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 4 manat, 12 manat və 30 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia 500 manatdan çox təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də, təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 02.12.2018-cu il tarixli müqavilə üzrə 02.12.2018-ci il tarixli müqavilə üzrə İMEİ kod **********82693 Samsung Galaxy J4 plus markalı telefon, Asqi BATİS LP, Sonorous DVD Stand SNR PL asılqan üçün 171,7 (yüz yetmiş bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə, 18.01.2019-cu il tarixli müqavilə üzrə Tozsoran PANASONİC, Ətçəkən Kenwood üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə, 02.12.2018-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1335 (min üç yüz otuz beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, ümumilikdə 1971,7 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02.12.2018-cu il tarixli müqavilə üzrə 02.12.2018-ci il tarixli müqavilə üzrə İMEİ kod **********82693 Samsung Galaxy J4 plus markalı telefon, Asqi BATİS LP, Sonorous DVD Stand SNR PL asılqan üçün 171,7 (yüz yetmiş bir manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə, 18.01.2019-cu il tarixli müqavilə üzrə Tozsoran PANASONİC, Ətçəkən Kenwood üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə, 02.12.2018-ci il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1335 (min üç yüz otuz beş) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, ümumilikdə 1971,7 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6913/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6913/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver