Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6922/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYP idarəsinin verdiyi AE № 109491 xx.xx.2021-ci il tarixində verilmiş 2013-cü ıl buraxılış ili “Chevrolet Cruze” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən müqavilə əsasında arendaya götürülmüş və özü ilə birlikdə 5 nəfər ailə üzvünün dolanışığını Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olurdu. 13 dekabr 2023-cü il tarixdə saat 12:46 radələrində idarə etdiyi Chevrolet Cruze markalı **-PY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı Quba yolunun 8-cı km Bakı istiqamətində hərəkət edərkən solda hərəkət edən daf markalı 77- MP-695 dövlət nömrə nişanlı yük avtomobili sağa manevr edib onun idarə etdiyi yuxarıda adı gedən avtomobili arxa qanadından vurdu. Avtomobili ağır çəkili maşının vurduğu zərbə nəticəsində fırlanaraq soldakı beton plitəyə ön hissəsindən çırpıldı və beton yol plitəsini keçərək arxa hissəsi ilə tunelin sol beton plitəsinə çırpıldı. Xoşbəxtlikdən qəza nəticəsində yararsız vəziyyətə düşən idarə etdiyi avtomobildən sağ-salamat çıxa bildi. Hadisə zamanı xəsarət alan olmadı. Həmin vaxt dövlət sığorta şirkətinə telefon edərək onları qəza baş verən əraziyə çağırdı. Sığorta şirkəti baxış keçirdikdən sonra 5000 manat sığorta ödənişi verilməsi qiymətləndirildi. Azəryol Servisə dəmiş ziyana, yararsız hala düşmüş avtomobil yolun təmirinə 2300 manat həmin puldan çıxdılar. Cavabdehin kobud qaydada pozuntusuna görə "Azəryol Servis” şirkətinə dəymiş ziyan sürücü X1 günahı üzündən baş versə də sığorta şirkətinin ona verdiyi 5000 manat sığorta pulundan ödənildi. Cavabdeh ona bildirdi ki, narahat olma görüşüb, əlavə çatışmamazlığı ödəyəcəkdir. Ona hətta bildirdi ki, qəzaya uğramış maşın artıq yararsızdır. Həmin maşınla 5 ailə üzvünə, xəstə ata anasına ailə uşağına çörək pulu qazanırdı. O isə narahat olmamağını, pul vəsaiti ilə kömək edib başqa maşın alacağını bildirmişdir. Artıq hadisədən 1 il 7 ay keçir. Cavabdeh telefon edir, lakin bu günə kimi müxtəlif bəhanələrlə onu aldadır və bu gün sabah görüşərik deyib yayınır. İndi ailə üzvləri ilə acınacaqlı vəziyyətdə qoymuş cavabdeh ona törətdiyi yol-nəqliyyat hadisəsinə görə ona 6000 manat miqdarında maddi ziyan vurmuşdur. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, əvvəlki məhkəmə prosesində qarşılıqlı razılığa gəlmək məqsədi ilə iddia tələbini geri götürmüşdür. 6 ay keçdikdən sonra cavabdeh 200 manat ödəniş etmişdir. Məhkəməyə müraciət edəcəyini bildikdən sonra 200 manat da ödəmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Ekologiya Yol patrul xidməti tərəfindən verilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir.
6. Autouniversal servis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin qüsur aktından görünür ki, 2012-ci il buraxılışı olan, “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 7080 manat zərər dəydiyi müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
2. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
3. Belə ki, iddiaçının idarə etdiyi “Chevrolet Cruze minik” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh idarə etdiyi “DAF yük” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilməsi nəticəsində zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Autouniversal servis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin qüsur aktı əsasında 2012-ci il buraxılışı olan, “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 7080 manat zərər dəydiyi müəyyən edilmişdir.
4. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir.
5. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
6. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
7. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Chevrolet Cruze minik” markalı, **-PY- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.
8. Məhkəmə ödənilməli olan zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh 6000 manat məbləğində maddi ziyanın tutulmasını məhkəmədən xahiş edir.
9. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən 6000 manat məbləğində maddi ziyandan 400 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan ziyan məbləği 5600 manat müəyyənləşdirilməlidir.
10. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5600 (beş min altı yüz) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə, 30 (otuz) manat məbləğində dövlət rüsumu kəsiri isə dövlət büdcəsinə ödənilməlidir. QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə, 30 (otuz) manat məbləğində dövlət rüsumu kəsiri isə dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva