Məhkəmə qərarları › İş №2(060)-6937/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6937/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6937/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5853,52 manat məbləğində əsas borc və 1805,39 manat faiz borcu olmaqla, ümumilikdə 7658,91 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş, boyunbağı - 3 ədəd, qolbağ - 2 ədəd və klon - 3 ədəd 750 əyarlı, 109,3 qram; saat - 1 ədəd və üzük - 4 ədəd 750 əyarlı, 31 qram; üzük - 2 ədəd 720 əyarlı, 17 qram; boyunbağı - 1 ədəd və klon - 1 ədəd 583 əyarlı, 8.5 qram; üzük - 1 ədəd 583 əyarlı, 3.1 qrama yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019 il tarixli, 200805-583456/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmişdir. 27 sentyabr 2019-cu il tarixli, 200805-583456/3 nömrəli “Girov müqaviləsi”nə əsasən 27 sentyabr 2019-cu il tarixli, 200805-583456/3 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən, Cavabdeh tərəfindən girov qoyulmuş aşağıda göstərilən qızıl-zinət əşyaları, qəbul edilmə aktına (№1178258) əsasən xüsusi paketə qoyularaq, bankın pul anbarına saxlanca verilmişdir: Boyunbağı - 3 əd., Qolbağ 2 əd., klon 3 əd., 750 əyar, 109.3 qram, Saat 1 əd., üzük 4 əd 750 əyar 31 qram, Üzük 2 əd. 720 əyar 17 qram, Boyunbağı 1 əd., klon 1 əd., 583 əyar 8.5 qram, Üzük 1 əd, 583 əyar 3.1 qram. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 27 iyul 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5853,52 manat məbləğində əsas borc və 1805,39 manat faiz borcu olmaqla, ümumilikdə 7658,91 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin girov predmentinə tutma hüququ yaranmışdır. Qeyd olunanlardan göründüyü kimi, Bank və Cavabdeh arasında yaranmış münasibətlərə müqavilə öhdəliyindən irəli gələn qanun normaları tətbiq edilməlidir. Bu normaların tələblərinə əsasən verilmiş kreditə görə cərimələr, faizlər kredit məbləği qaytarılana kimi hesablanır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC ASC ərizə ilə məhkəməyə müraciət edərək, bütün məhkəmə iclaslarının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 27 sentyabr 2019-cu il tarixli, 200805-583456/3 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən illik 28 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. İşdə olan 27.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 27.07.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 5853,52 manat məbləğində əsas borcu və 1805,39 manat faiz borcu olmaqla, ümumilikdə 7658,91 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 357 gün təşkil edir. İşdə olan 04.05.2020-ci il tarixli, 200/200/0593/2020 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan 27 sentyabr 2019-cu il tarixli, 200805-583456/3 saylı girov müqaviləsinə əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulunun təminatı olaraq Cavabdeh məxsus girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi aktında (əlavə N1) qeyd edilən əmlakı İddiaçı ASC-yə girov qoyulmuşdur. İşdə olan 27 sentyabr 2019-cu il tarixli, ******* saylı girovun təkrar qiymətləndirilməsi aktından görünür ki, boyunbağı - 3 ədəd, qolbağ - 2 ədəd və klon - 3 ədəd 750 əyarlı, 109,3 qram 11332,22 manat dəyərində, saat - 1 ədəd və üzük - 4 ədəd 750 əyarlı, 31 qram 3214,08 manat dəyərində, üzük - 2 ədəd 720 əyarlı, 17 qram 1707,48 manat dəyərində, boyunbağı - 1 ədəd və klon - 1 ədəd 583 əyarlı, 8.5 qram 716,04 manat dəyərində, üzük - 1 ədəd 583 əyarlı, 3.1 qram 261,14 manat dəyərində, ümumilikdə 17230,96 manat dəyərində qiymələndirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 27 sentyabr 2019-cu il tarixli, 200805-583456/3 nömrəli istehlak krediti müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 5853,52 manat əsas borc və 1805,39 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın girov predmetinə yönəldilməsi və girov predmetlərinin açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Cavabdeh 5853,52 manat məbləğində əsas borc və 1805,39 manat faiz borcu olmaqla, ümumilikdə 7658,91 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma Bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş, boyunbağı - 3 ədəd, qolbağ - 2 ədəd və klon - 3 ədəd 750 əyarlı, 109,3 qram, saat - 1 ədəd və üzük - 4 ədəd 750 əyarlı, 31 qram, üzük - 2 ədəd 720 əyarlı, 17 qram, boyunbağı - 1 ədəd və klon - 1 ədəd 583 əyarlı, 8.5 qram, üzük - 1 ədəd 583 əyarlı, 3.1 qram qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyaların açıq hərracdan satışından əldə olunacaq vəsaitlə kredit müqaviləsi üzrə tələb olunan borc ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5853,52 (beş min səkkiz yüz əlli üç manat əlli iki qəpik) manat məbləğində əsas borc və 1805,39 (bir min səkkiz yüz beş manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7658,91 (yeddi min altı yüz əlli səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş, boyunbağı - 3 ədəd, qolbağ - 2 ədəd və klon - 3 ədəd 750 əyarlı, 109,3 qram, saat - 1 ədəd və üzük - 4 ədəd 750 əyarlı, 31 qram, üzük - 2 ədəd 720 əyarlı, 17 qram; boyunbağı - 1 ədəd və klon - 1 ədəd 583 əyarlı, 8.5 qram; üzük - 1 ədəd 583 əyarlı, 3.1 qram olan qızıl-zinət əşyalarına yönəldilsin və həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar