Məhkəmə qərarları › İş №2(060)-6938/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6938/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6938/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 17.03.2020-ci il tarixli müqavilə üzrə X1 pozulması üçün 30 manat ödənilməmiş hissə 0 manat cərimə, 17.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********12073 X2 8 markalı telefon üçün 529,2 manat ödənilməmiş hissə, 0 manat cərimə, 10.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********93036 Xiaomi Redmi 8 A markalı telefon üçün 356,4 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 915,6 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" MMCnə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 17.03.2020-ci il, 17.03.2020-ci il və 10.03.2020-ci il tarixli müqavilələrə əsasən, X1 pozulmasına görə, İMEİ Kodu **********12073 X2 8 markalı telefon, İMEİ Kodu **********93036 Xiaomi Redmi 8 A markalı telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 17.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 30 manat olan ( 3 ay x 10 manat+ 0 manat ilkin ödəniş) X1 pozulması və 17.03.2020-ci l tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 529,2 manat olan (12 ay x 44,1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********12073 X2 8 markalı telefon, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 356,4 manat olan (12 ay x 29,7 manat+ 0 manat ilkin ödəniş) İMEİ Kodu **********93036 Xiaomi Redmi 8 A markalı telefon üçün cəmi 0 manat ödəniş etmiş, ümumilikdə 915,6 manat borc yaranmışdır. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.03.2020-ci il tarixli 20183645 saylı razılaşmadan görünür ki, o, X1 pozulmasına görə satıcıya 30 manat məbləğində zərər dəymişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.03.2020-ci il tarixli 20173694 saylı müqavilədən görünür ki, o, 529,2 manat olan (12 ay x 44,1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********12073 X2 8 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.12.2018-ci il tarixli 20164952 saylı müqavilədən görünür ki, o, alqı-satqı qiyməti 356,4 manat olan (12 ay x 29,7 manat+ 0 manat ilkin ödəniş) İMEİ Kodu **********93036 Xiaomi Redmi 8 A markalı telefon almışdır. -17.03.2020-ci il, 17.03.2020-ci il və 10.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********12073 X2 8 markalı telefon, İMEİ Kodu **********93036 Xiaomi Redmi 8 A markalı telefon Cavabdeh təhvil verilmişdir. - məhsulun qaytarılması haqqında razılaçmaya əsasən 10.03.2020-ci il tarixli müqaviləyə əsasən alınmış Xiaomi Redmi 8A 2/32GB markalı telefon geri qaytarılmış, X1 pozulmasına görə 30 manat məbləğində zərər müştəridən tutulmuşdur. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı məhsulların ümumi 915,6 manat olan ümumi dəyərindən və cəmi 0 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx"MMC ilə bağlanmış 17.03.2020-ci il, 17.03.2020-ci il və 10.03.2020-ci il tarixli müqavilələrə əsasən alınan malların 915,6 manat olan ümumi dəyərindən cəmi 0 manat ödəniş etmiş və nəticədə 915,6 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.03.2020-ci il, 17.03.2020-ci il və 10.03.2020-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 915,6 manat ümumi dəyərindən cəmi 0 manat ödəniş etmiş və nəticədə 915,6 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 17.03.2020-ci il tarixli müqavilə üzrə X1 pozulması üçün 30 manat ödənilməmiş hissə, 17.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********12073 X2 8 markalı telefon üçün 529,2 manat ödənilməmiş hissə, 10.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********93036 Xiaomi Redmi 8 A markalı telefon üçün 356,4 manat ödənilməmiş hissə, ümumilikdə 915,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar