Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6943/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, 200804-673727/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 16 iyul 2020-ci il tarixli, 200819-673727/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 22% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 29 noyabr 2019-cu il tarixli, 200804-673727/2 nömrəli istehlak krediti müqaviləsi üzrə 27 iyul 2021-ci il tarixinə cavabdehin 1045,25 manat məbləğində əsas borcu və 533,96 manat faiz borcu olmaqla, ümumilikdə 1579,21 məbləğində kredit borcu yaranmışdır. 16 iyul 2020-ci il tarixli, 200819-673727/3 nömrəli istehlak krediti müqaviləsi üzrə 27 iyul 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 484,39 manat məbləğində əsas borcu və 177,75 manat faiz borcu olmaqla, ümumilikdə 662,14 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən Cavabdeh 29 noyabr 2019-cu il tarixli, 200804- 673727/2 nömrəli istehlak krediti müqaviləsi üzrə 1045,25 manat əsas borc və 533,96 manat faiz borcu olmaqla, ümumilikdə 1579,21 manat borcun, 16 iyul 2020-ci il tarixli, 200819-673727/3 nömrəli istehlak krediti müqaviləsi üzrə 484,39 manat məbləğində əsas borc və 177,75 manat faiz borcu olmaqla, ümumilikdə 662,14 manat borcun və 30,4 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. İşləmədiyi üçün ödənişləri edə bilməmişdir. Bir müddətdir ki, Məşğulluq İdarəsində qeydiyyatdadır. Lakin hələ də işlə təmin olunmamışdır. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 200804-673727/2 saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 29 faiz ödənilməsi şərti ilə 24 ay müddətində 1500 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını 10.12.2019-cu il tarixdən başlayaraq hər ay banka 79,43 manat, yalnız sonuncu ay 78,89 manat, ümumilikdə 1905,78 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan 16 iyul 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 500 manat məbləğində pul verilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 200819-673727/3 saylı, 16 iyul 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 22 faiz ödənilməsi şərti ilə 24 ay müddətində 500 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 20.08.2020-ci il tarixdən başlayaraq hər ay banka 26 manat, yalnız sonuncu ay 25,99 manat, ümumilikdə 623,99 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan 16 iyul 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 500 manat məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 01.12.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətindən gec olmayaraq ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 200804-673727/2 saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1045,25 manat əsas, 533,96 manat faiz borcu olmaqla, cəmi 1579,21 manat, 200819-673727/3 saylı, 16 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 484,39 manat əsas, 177,75 manat faiz borcu olmaqla, cəmi 662,14 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 27 iyul 2021-ci il tarixə iddiaçı "xxxx" ASC-yə 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1045,25 manat əsas, 533,96 manat faiz borcu olmaqla, cəmi 1579,21 manat və 16 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 484,39 manat əsas, 177,75 manat faiz borcu olmaqla, cəmi 662,14 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubuna əsasən cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1045,25 manat əsas, 533,96 manat faiz borcu olmaqla, cəmi 1579,21 manat, 16 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 484,39 manat əsas, 177,75 manat faiz borcu olmaqla, cəmi 662,14 manat borc və 30,4 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 200804-673727/2 saylı, 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1045,25 (min qırx beş manat iyirmi beş qəpik) manat əsas, 533,96 (beş yüz otuz üç manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1579,21(min beş yüz yetmiş doqquz manat iyirmi bir qəpik) manat, 200819-673727/3 saylı, 16 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 484,39 (dörd yüz səksən dörd manat otuz doqquz qəpik) manat əsas, 177,75 (yüz yetmiş yeddi manat yetmiş beş qəpik) manat faiz borcu olmaqla, cəmi 662,14 (altı yüz altmış iki manat on dörd qəpik) manat borc və 30,4 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6943/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6943/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver