Məhkəmə qərarları › İş №2(060)-6951/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6951/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6951/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 08.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2242 manat əsas, 1169,01 manat faiz borcu olmaqla, cəmi 3411,01 manat borcun, 04.03.2019cu il tarixli kredit xətti müqaviləsinə əsasən 448,48 manat əsas borc və 69,46 manat cərimə olmaqla, cəmi 517,94 manat borcun və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08.06.2020-ci il tarixli 200819-78700/8 nömrəli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2242 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04.03.2019-cu il tarixli 200893-PC********** PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən ona 36 ay müdətinə illik faizsiz kredit xətti ayrılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca yerinə yetirəmiş və kreditlərin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin 26.07.2021-ci il tarixə iddiaçıya 08.06.2020-ci il tarixli, 200819-78700/8 nömrəli kredit müqaviləsinə əsasən 2242 manat əsas, 1169,01 manat faiz, cəmi 3411,01 manat məbləğində borcu, 04.03.2019-cu il tarixli, 200893-PC********** PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 448,48 manat əsas borc, 69,46 manat cərimə olmaqla, cəmi 517,94 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, keçən il işdən çıxarıldığı üçün banka olan borclarını ödəyə bilməyib. O, banka olan əsas borcu ilə razıdır, lakin faiz borcu ilə razı deyildir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1971-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 85, mənzil 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 04.03.2019-cu il tarixli, 200893-PC********** PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, faizsiz 600 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış 08.06.2020-ci il tarixli 200819-78700/8 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2242 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş qrafikindən görünür ki, cavabdeh 04.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 18 ay müddətində hər ay 149,10 manat, sonuncu ay isə 148,52 manat ödəniş etməli idi. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında göstərilmişdir ki, cavabdehin iddiaçıya 26.07.2021-ci il tarixə 08.06.2020-ci il tarixli 200819-78700/8 nömrəli kredit müqaviləsinə əsasən 2242 manat əsas, 1169,01 manat faiz borcu olmaqla, cəmi 3411,01 manat məbləğində borcu, 04.03.2019-cu il tarixli, 200893-PC********** PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 448,48 manat əsas borc, 69,46 manat cərimə olmaqla, cəmi 517,94 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30,4 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Tərəflər arasında bağlanmış 08.06.2020-ci il tarixli kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq əsas borc vaxtında icra olunmadıqda və ya lazımi qaydada icra olunmadıqda və ya faizlərin borc alan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən iki dəfə ardıcıl olaraq (ödəməməsi) gecikdirdikdə iddiaçı bu müqavilə üzrə kredit öhdəliyinin icrasını vaxtından əvvəl tələb edə bilər. Tərəflər arasında bağlanmış 04.03.2019-cu il tarixli kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən borcalan tərəfindən bu müqavilə üzrə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə iddiaçı kredit öhdəliyinin icrasını vaxtından əvvəl tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka 08.06.2020-ci il tarixli 200819-78700/8 nömrəli kredit müqaviləsinə əsasən 2242 manat əsas, 1169,01 manat faiz borcu olmaqla, cəmi 3411,01 manat məbləğində borcu, 04.03.2019-cu il tarixli 200893-PC********** PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 448,48 manat əsas borc, 69,46 manat cərimə olmaqla, cəmi 517,94 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2242 manat əsas borc, 1169,01 manat faiz borcu olmaqla, cəmi 3411,01 manat məbləğində borc, 04.03.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 448,48 manat əsas borc, 69,46 manat cərimə olmaqla, cəmi 517,94 manat borc, hər iki müqaviləyə əsasən cəmi 3928 (üç min doqquz yüz iyirmi səkkiz) manat 95 (doxsan beş) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar