Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6986/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4198,70 manat məbləğində oğurlanmış pul, hər ili 20 % olmaqla, illk 839,74 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5068,44 manatın tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının 14400 ABŞ dolları məbləğində pulunu 29 avqust 2020-ci ildə, saat 17-18 radələrində evdən oğurlamışdır. Sumqayıt şəhər polisinin axtarışından sonra bu pulun 11200 dollar və ya 900 manatını cavabdeh polisə təhvil vermişdir. Bu zaman iddiaçının 2671 dollar və ya 4548,70 manat pulu oğurlanmışdır. Pulun qaytarılmasının dəfələrlə tələb olunmasına baxmayaraq cavabdeh məsuliyyətsizlik edərək qaytarmamışdır. 08.04.2021-ci ildə cavabdehə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il azadlığı məhdudlaşdrılması cəzası verilmişdir. Sumqayıt Şəhər Prokurorluğu tərəfindən işə protest verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-415/2021 saylı qərarı ilə appelyasiya protesti təmin edilmiş, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cavabdeh oğurladığı puldan 150 manat qiyməti olan “Samsunq J5” markalı teleonu və 200 manat pulu qaytarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 15.03.1961-cici ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh 22.03.1988-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 08.04.2021-ci il tarixli, 1(060)-69/2021 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.23 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il azadlığı məhdudlaşdrılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.06.2021-ci il tarixli, 1(105)-415/2021 saylı qərarı ilə həmin hökdən verilmiş apellyasiya protesti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08.04.2021-ci il tarixli dəyişdirilmiş, cavabdehə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçıya tələb olunan məbləğdə maddi ziyanın cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (82.4.). Sumqayıt Şəhər Məhkəməsinin 08.04.2021-ci il tarixli, 1(060)-69/2021 saylı hökmündə göstərilmişdir ki, cavabdeh özgənin əmlakını talamaq məqsədilə 29 avqust 2020-ci ildə, saat 18 radələrində iddiaçının yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal Abşeron yaşayış massivində yerləşən ev 35L, 1 nömrəli mənzilə iddiaçının əl çantasından sonuncudan xəbərsiz şəkildə götürdüyü açarla mənzilin giriş qapısını açıb qanunsuz daxil olaraq yataq otağındakı saxlanc yeri hesab edilən paltar dolabında çəhrayı rəngli torbada yerləşən həmin dövrə manatla məzənnəsi 24480 manat təşkil edən 144400 ABŞ dollarını gizli talayaraq, ümumilkdə cavabdehə xeyli miqdarda, yəni 24480 manat ziyan vurmaqla oğurluq etmişdir. Həmin hökdə həmçinin göstərilmişdir ki, cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində məhkəmədən ilk dəfə belə hərəkət etdiyini, peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istədiyini, dəymiş ziyanın çoxunu ödədiyini, 4548 manat qalan hissənin ödənilməsi barədə zərərçəkmişlə razılığa gəldiklərini qeyd etmişdir. Göründüyü kimi cavabdehin iddiaçının mənzilindən oğurluq etməsi və bunun nəticəsində iddiaçıya maddi ziyan vurması yuxarıda qeyd edilən məhkəmə hökmü ilə müəyyən olunur. Həmin cinayət işinin məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıya 4548 manat borcu olduğunu etiraf etmişdir. Həmçinin cavabdeh vurulmuş ziyanın bir qismini ödəmişdir. Bu səbəbdən iddia tələbi 4198 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Mülki Məcəllədə gösətrilmişdir ki, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiçı cavabdeh illik 20 faizlə hesablanmaqla əldə çıxmış fayda tələb etsə də, həqiqətən həmin məbləğdə maddi itkiyə məruz qaldığını sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının mənzilindən oğurlıuq edilməsi hadisəsi 29.08.2020-ci il tarixində baş vermişdir. Həmin vaxtdan sonra isə müxtəlif vaxtlarda iddiaçıya dəymiş ziyanın bir qismi ödənilmişdir. İddiaçının hansı məbləğə görə əldən çıxmış fayda tələb etməsi, illik faizlərin hansı dövrdən hesablanmalı olması iddia ərizəsi ilə müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qeyrimüəyyən olduğu üçün təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4198 (dörd min yüz doxsan səkkiz) manat məbləğində pul və 15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6986/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6986/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver