Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və borcun tutulması dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və bu kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1125,01 ABŞ dolları əsas borc, 137,33 ABŞ dolları faiz borcu və 29,64 ABŞ dolları cərimə olmaqla, cəmi 1291,98 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəsatəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17803/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat cavabdehin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin 2(060)-7/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh vəfat etsə də hazırkı tələb üzrə mübahisə hüquq varisliyinə yol verir. Bu səbəbdən iş üzrə icraat dayandırılıb. Qeyd edilənlərə əsasən nümayəndə iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir (261.0.7). Göründüyü kimi hazırkı iş üzrə icraat cavabdeh vəfat etdiyi üçün onun hüquq varisi müəyyən edilənə kimi dayandırılmışdır. İddiaçının tələbi kredit borcunun tutulması ilə bağlıdır ki, həmin tələb üzrə mübahisə hüquq varisliyinə yol verir. Lakin, hazırkı iş üzrə icraatın üç ildən artıq müddətdə dayandırılmasına baxmayaraq cavabdehin hüquq varisi müəyyən edilməmişdir. İşdə olan ölüm şəhadətnaməsinin surətindən görünür ki, cavabdeh xx.xx.2016-cı ildə vəfat etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin vəfatından 5 ilə yaxın müddət keçməsinə baxmayaraq onun hüquq varisi müəyyən edilmədiyi üçün hazırkı iş üzrə icraatın dayandırılmış vəziyyətdə saxlanmasına lüzum yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və bu kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1125,01 ABŞ dolları əsas borc, 137,33 ABŞ dolları faiz borcu və 29,64 ABŞ dolları cərimə olmaqla, cəmi 1291,98 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə icraata cavabdeh öldüyü üçün xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver