Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7010/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2429,65 manat əsas, 1264,16 manat faiz, 4,84 manat komisyon haqqı borcu olmaqla, cəmi 3698,65 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 57,39 manat məbləğində vəsaitin tutulması xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7010/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. “Elektron məhkəmə” informasiya sistemində aparılmış axtarış zamanı cavabdehin xx.xx.2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Yəni, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt artıq cavabdeh vəfat etmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə (254.1.1.). Məhkəmə hesab edir ki, hazırda barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol versə belə, iddiaçının məhkəməyə müraciət etdiyi vaxt Cavabdeh artıq vəfat etdiyi üçün hazırkı iş üzrə icraat dayandırıla bilməz. Belə ki, MPM-in 254.1.1-ci maddəsi işə məhkəmədə baxılarkən tərəfin öldüyü halda iş üzrə icraatın dayandırılmasını müəyyən edir. Hazırkı iddia tələbi isə artıq ölmüş şəxsə qarşı qaldırıldığından belə bir iddiaya məhkəmədə baxılması mümkün deyildir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraat xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır (114.1.4. ). Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (114.2.). İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 56,99 manat dövlət rüsumu ödəmişdir. İş üzrə icraata xitam verildiyi üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin verilməsi üçün ********* saylı qəbzə əsasən ödədiyi 56 (əlli altı) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7010/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7010/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver