Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7016/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil Malıyeviçin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26500 manat məbləğində pulun, dəymiş mənəvi ziyana görə 2000 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin aprel-may aylarında iddiaçının tanışı Cavabdeh ona müraciət edərək 15 gün müddətinə 30000 min manat borc qismində pul verməsini xahiş etmişdir. O, bunu sahibkarlıqla məşğul olması ilə izah edərək, bildirmişdir ki, Sumqayıt şəhərində mağaza açmaq istəyir və bununla əlaqədar rəsmi orqanlardan icazə almışdır. İddiaçının özündə cəmi 10000 manat (on min) pul olmasını bildirmiş, lakin cavabdeh xahiş etmişdir ki, tanışlarından 20000 min manatda (iyirmi min) pul alsın, o isə cəm şəkilində götürdüyü 30000 min manat (otuz min) pulun 15 günə qaytaracağını, borcun alınmasını notarius vasitəsi ilə rəsmləşdirilməsini də bildirmişdir. Aralarında uzun müddət yəni 5- 6 ilə yaxın dost kimi münasibətləri olduğu üçün iddiaçı notariusa getməyi özü üçün ayıb bilərək imtina etmişdir. 2019-cu ulin aprel ayında iddiaçı özündə olan 10000 manat (on min) pulu 12 yaşında olan oğlu Əlinin yanında öz evində, yəni Sumqayıt şəhərində Cavabdeh vermişdir. Bundan sonra tanışlarına müraciət edərək 20000 min manat (iyirmi min) axtarmağa başlamışdır. İddiaçının rəfiqəsi olan X1 20000 manat (iyirmi min) manat pul borc verə biləcəyini bildirdi, iddiaçı da ona həmin borcun, cavabdehin deməsinə inanaraq, bir ay müddətinə qaytaracağı barədə soz vermişdir. Fərənə xanımdan aldığı 20000 manat pulu yenədə öz evində oğlu Əlinin yanında cavabdehə vermişdir. İddiaçı cavabdehə 30000 manat borc pul vermiş, lakin o şərtlə ki, cavabdeh həmin pulu 15-20 gün ərzində qaytaracaq. Cavabdehla razılaşdığı kimi o iddiaçıdan aldığı borc pulu 30 gündən sonra qaytarmalı idi, lakin aradan daha çox müddət keçməsinə baxmayaraq iddiaçı cavabdehə verdiyi pulları ala bilməmiş, onu aldatdığını başa düşmüşdür. Dəfələrlə cavabdehlə pulun qaytarılması ilə danışıqlar aparsa da, o hər dəfə hər hansı bir bəhanə gətirərək borcunu qaytarmamışdır. 2020-ci ilin avqust ayında iddiaçı Sumqayıt şəhər polis idarəsinə müdaciət etmiş və Cavabdeh pullarının alınmasına köməklik göstərilməsini və onu, iddiaçının etibarından istifada edərək aldatma yolu ilə 30000 min manat pulu mənimsəməklə ələ keçirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Sumqayıt şəhər polis idarəsinin təhqiqatçısı Elsevər Quliyev tərəfindən araşdırma aparılmış, lakin təhqiqat orqanı Cavabdeh əməlində dələduzluq cinayətin tərkibinin olmaması qənaətinə gələrək 24.09.2020-ci il tarixdə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar Sumqayıt şəhər prokuroru tərəfindən ləğv olunmamış və bu barədə iddiaçıya 30 mart 2021-ci il tarixdə 370/çıx.513 nömrəli məktubla cavab verilmişdir. İddiaçının ərizəsi Sumqayıt şəhər polis idarəsində yoxlanılarkən Cavabdeh iddiaçıya 3500 manat (üç min beş yüz manat) pul qaytarmış və söz vermişdir ki, qalan pulları, yəni 26500 manat pulu qısa bir müddətdə qaytaracaqdır. Lakin həmin pul bu günə kimi qaytarılmamışdır. Həmin pulların qaytarılması ilə əlaqədar cavabdehlə apardığı danışıqları telefona yazaraq diskə köçürmüşdür. Həmin disk məhkəməyə təqdim edilmişdir. Sonuncu danışıqda o, bildirmişdir ki, iddiaçıya heç bir pul qaytarmayacaqdır. Göründüyü kimi Cavabdeh iddiaçı borc aldığı pulları ələ keçirmiş olmuşdur. Hal-hazırda rəfiqəsi Fərənə Baxşiyevadan götürdüyü pulu ödəməkdə çox çətinlik çəkir. Ailəsində bu ödəmələrlə bağlı maddi vəziyyət çox gərgindir. Psixoloji olaraq sarsıntılar keçirir, çətinlik içərisindədir. Keçirdiyi sarsıntılardan həkim müalicəsi alır. Cavabdeh iddiaçıya vurduğu maddi ziyandan başqa, mənəvi ziyanda ödənməlidir. Məhkəmə iclasında iddiaçı və onun vəkili-nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında şahid Fəranə Baxşıyeva izahat verərək iddiaçının rəfiqəsi olduğunu, onu 15 ildən artıq müddətə tanıdığını bildirmişdir. Onların uşaqları bir yerdə oxuyurlar. 2020-ci ilin aprel ayında iddiaçı ona müraciət edərək 20000 manat məbləğində borca pul istəmiş, həmin pulu iddiaçının evinə gedərək vermişdir. İddiaçı ona tanışının mağaza açması ilə əlaqədar pul lazım olduğunu, 20000 manatı buna görə istədiyini bildirmişdir. Eyni zamanda o özündə olan 10000 manatı da Fəranə Baxşıyevanın verdiyi pulun üstünə əlavə edərək cavabdehə verdiyini bildirmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, şahid ifadəsini və iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -24.09.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddia mülki xarakter daşıdığından, toplanmış materialda cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. -24.09.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh İddiaçı borclu olduğunu etiraf edir, borc məbləğini isə qismən etiraf edr. -iddiaçı tərəfindən təqdim edilmiş CV diskdəki audio yazılar iddiaçının bildirməsinə görə onunla cavabdehin və cavabdehin yaxın qohumunun telefon danışıqlarıdır. Həmin səs yazılarını səsləndirdikdə müəyyən edilir ki, dialoq aparan kişi səsi iddiaçıya borcu olduğunu etiraf edir və yaxın müddətlərdə həmin borcu qaytaracaqına söz verir. Dialoq aparan qadın səsi isə iddiaçıdan xahiş edir ki, borclu şəxsə bir azda vaxt versin və borclu borcunu ödəyəcəkdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, cavabdeh iddiaçıdan 30000 manat almış, həmin pulun 3500 manatını qaytarmış, qalan 26500 manatı qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi pul vəsaitini, gəlir əldə etmək məqsədilə vermiş, lakin cavabdeh həmin işlə məşğul olmaqla bağlı vədini tutmayaraq, iddiaçıdan aldığı pul vəsaitini özününküləşdirərək, əsassız varlanmışdır. Buna görə də iddia tələbi bu borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın dəymiş mənəvi zərərlə əlaqədar hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərərlə bağlı heç bir sübut təqdim etməmiş və buna dair halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh əsassız varlanma nəticəsində əldə etmiş olduğu 26500 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26500 (iyirmi altı min beş yüz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7016/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7016/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver