Məhkəmə qərarları › İş №2(060)-7040/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7040/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7040/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illər boyu tanıdığı Cavabdeh 2022-ci ilin dekabr ayında onların evinə gəlib vəziyyətinin ağır olmasını, ailədə həyat yoldaşının yataq xəstəsi olduğundan maddi çətinliyə düşdüklərini bildirib ağlayaraq ondan 3000 manat borc pul istəmiş, həyat yoldaşının xəstəliyi ilə bağlı zəruri xərcləri ödəmək üçün və söz vermişdir ki, onun da başqa şəxsdən alacağı var və 3 ay ərzində ondan borc kimi istədiyi 3000 manat pulu qaytaracaqdır. O, cavabdehin ağır vəziyyətini nəzərə alıb ona borc pul vermək qərarına gəlmiş və müxtəlif məişət əşyalarını öz evi üçün almaq məqsədilə toplamış olduğu 3000 manatı 3 ay ərzində qaytarmaq şərtilə Cavabdeh vermişdir. Həmin vaxtdan 3 ay keçməyə yaxınlaşanda o, Gülşənə zəng edib onu borclu olduğu pulun veriləcəyi vaxtın çatdığını xatırladaraq borclu olduğu 3000 manatı qaytarmasını xahiş etmiş və bildirmişdir ki, onun da maddi vəziyyəti heç də ürək açan deyil, ona görə də götürdüyü borcu tezliklə qaytarmalıdır. İş üzrə cavabdeh kimi cəlb etdiyi Cavabdeh bu söhbətdən sonra onun telefon zənglərini ümumiyyətlə açmamış, o, məcbur qalıb cavabdehin evinə getmiş və pulunu tələb etməyə başlamışdır. Cavabdeh isə ağlayaraq and-aman edib borclu olduğu 3000 manatı birdəfəyə ödəyə bilmədiyini və hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. O, isə cavabdehlə razılaşmayaraq vermiş olduğu 3000 manatın hamısının birdəfəlik qaytarılmasını tələb etmişdir. Cavabdeh həmin vaxtdan indiyədək ona borclu olduğu 3000 manatı qaytarmamış, müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Cavabdeh ona borclu olduğu pulu şərtləşdikləri müddətdə ona vermədiyinə görə onun əmlak hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 2022-ci ilin dekabr ayında cavabdehə 5000 manat pul məbləğində borc pul vermişdir. 2000 manat pul məbləğində borcu qaytarıb. 3000 manat məbləğində borc məbləği qalıb. Cavabdeh ona bildirir ki, azaz borc məbləğini ödəyəcəkdir. O, da həmin məbləği tam şəkildə istəyir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı ona borc məbləğini verəndə hissə-hissə ödəniş barədə razılığa gəlmişlər. Lakin iddiaçı məbləği tam istəyir. Hal-hazırda onun borc məbləğini tam qaytarmağa pulu yoxdur. Hissə-hissə qaytara bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən 2022-ci ilin dekabr ayında yazılmış əlyazmadan görünür ki, o, Cavabdeh İddiaçı 3000 manat borc pul almışdır. AZE seriyalı, №0******* saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1956-cı il tarixdə Ermənistan, Gorus rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onun təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Bundan əlavə cavabdeh iddiaçıya 3000 manat pul məbləği borcunun qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 329.2-ci maddəsin əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 3000 manat pul vəsaitini iddiaçıdan aldığını məhkəmə iclasında qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 3000 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 113-cü maddəsininin tələblərinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul və 50 manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar