Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7047/2020 30.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbinə dair» ərizəsini və əlavə edilmiş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbinə dair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının tələbi, onların öz tələbini əsaslandırdıqları hallar göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 poçt ünvanları göstərilməmişdir. Cavabdehin rəsmi qeydə alındığı ünvanın və bu barədə təsdiqedici sənədlərin iddia ərizəsinə əlavə edilməməsi MPM-nin 135-ci maddəsinin tələb etdiyi qaydada cavabdehə iddia ərizəsinin, məhkəmə bildirişinin və s. rəsmi məhkəmə sənədlərinin sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasını və iş üzrə icra sənədi icraya yönələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra sistemi”nə daxil edilməsini, eləcə də aidiyyat qaydasının müəyyən edilməsini mümkünsüz edir. MPM-nin 152.1, 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbinə dair» ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7047/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7047/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver