Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7055/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********93284 X3 7 markalı telefon üçün 564 (beş hyüz altmış dörd) manat ödənilməmiş hissə, 169 (yüzaltmış doqquz) manat dəbbə, 12.07.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə, 20.07.2019-ci il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 486 (dörd yüz səksən altı) manat ödənilməmiş hissə, 145 (yüz qırx beş) manat dəbbə, ümumilikdə 1950 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 10.07.2019-cu il, 12.07.2019-cu il və 20.07.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kod **********93284 X3 7 markalı telefon və 2 ədə HOFFMANN LED TV almış və nəticədə 1950 (min doqquz yüz əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 564 manat (6 ay x 94 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********93284 X3 7 markalı telefon üçün ümumilikdə, 733 manat olmaqla ondan, 564 manat ödənilməmiş hissə, 169 manat dəbbə, 12.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 451 manat (11 ay x 41 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün ümumilikdə, 586 manat olmaqla ondan, 451 manat ödənilməmiş hissə, 135 manat dəbbə, 20.07.2019-ci il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 486 manat (18 ay x 27 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün ümumilikdə, 631 manat olmaqla ondan, 486 manat ödənilməmiş hissə, 145 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019, 12.07.2019, 20.07.2019-cu il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə İMEİ kod **********93284 X3 7 markalı telefon, və 2 ədəd HOFFMANN LED TV almış, malların 1501 manat olan ümumi dəyərindən heç bir ödəniş etməmiş, cavabdehin ümumilikdə 1950 manat borcu yaranmışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 564 manat olan, 6 ay müddətinə, 0 manat ilkin ödəniş, aylıq ödəniş 94 manat olmaqla İMEİ kod **********93284 X3 7 markalı telefon, ümumi dəyəri 451 manat olan, 11 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 41 manat olmaqla HOFFMAN LED TV, ümumi dəyəri 486 manat olan, 18 ay müddətinə, aylıq 27 manat olmaqla, 0 manat ilkin ödənişlə HOFFMANN LED TV almışdır. Malların 1501 manat olan ümumi dəyərindən heş bir ödəniş etməmişdir. Bununla da 1950 manat məbləğində borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış 10.07.2019-cu il tarixli müqaviləyə əsasən aldığı məhsulun 564 manat olan ümumi dəyərindən cəmi 0 manat ödəniş etmiş və nəticədə 564 manat əsas borc, 169 manat dəbbə borcu yaranmışdır. 12.07.2019-cu il tarixli müqaviləyə əsasən aldığı məhsulun 451 manat olan ümumi dəyərindən cəmi 0 manat ödəniş etmiş və nəticədə 451 manat əsas, 135 manat dəbbə borcu yaranmışdır. 20.07.2019-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 486 olan ümumi dəyərindən cəmi 0 manat ödəniş etmiş, nəticədə 486 manat əsas, 145 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 1501 manat olan ümumi dəyərindən heç bir ödəniş etməmiş və nəticədə 1950 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 6 manat, 5 manat və 5 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia 500 manatdan çox təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də, təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 10.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********93284 X3 7 markalı telefon üçün 564 (beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə, 12.07.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, 20.07.2019-ci il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 486 (dörd yüz səksən altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, ümumilikdə 1517 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 10.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********93284 X3 7 markalı telefon üçün 564 (beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə, 12.07.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, 20.07.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 486 (dörd yüz səksən altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, ümumilikdə 1517 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7055/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7055/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver