Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7056/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 16.07.2019-cu il tarixli müqavilə üzrə «Samsung Galaxy A50» markalı telefon üçün 365 manat ödənilməmiş hissə, 109 manat dəbbə pulu, 18.10.2019-cu il tarixli müqavilə üzrə «Samsung Galaxy A50» markalı telefon üçün 495 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu, 23.10.2019-cu il tarixli müqavilə üzrə «Samsung Led» markalı televizor üçün 1349 manat ödənilməmiş hissə, 405 manat dəbbə pulu, 21.12.2019-cu il tarixli müqavilə üzrə «Samsung» markalı paltaryuyan üçün 1180,4 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu, 30.01.2020-ci il tarixli müqavilə üzrə «Samsung Galaxy A70» markalı telefon üçün 770,2 manat ödənilməmiş hissə, 230 manat dəbbə pulu, ümumilikdə 5411,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5441,6 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 16.07.2019-cu il, 18.10.2019-cu il 23.10.2019-cu il, 21.12.2019-cu il, 30.01.2020-ci il tarixli müqavilələrə əsasən «Samsung Galaxy A50» markalı telefon, «Samsung Galaxy A50» markalı telefon, «Samsung Led» markalı televizor, «Samsung» markalı paltaryuyan, «Samsung Galaxy A70» markalı telefon almış və nəticədə 5411,6 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.07.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 876 manat «Samsung Galaxy A50» markalı telefon üçün ümumilikdə 474 manat olmaqla onun 365 manat ödənilməmiş hissə, 109 manat dəbbə pulu, 18.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 660 manat olan «Samsung Galaxy A50» markalı telefon üçün ümumilikdə 643 manat olmaqla onun 495 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu, 23.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1632 manat olan «Samsung Led» markalı televizor üçün ümumilikdə 1754 manat olmaqla onun 1349 manat ödənilməmiş hissə, 405 manat dəbbə pulu, 21.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1310,4 manat olan “Samsung” markalı paltaryuyan üçün ümumilikdə 1540,4 manat olmaqla onun 1180 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu, 30.01.2020-ciil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 935,2 manat olan “Samsung Galaxy A70” markalı teleofon üçün ümumilikdə 1000,2 manat olmaqla onun 770,2 manat ödənilməmiş hissə, 230 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1254 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 21.12.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung» markalı paltaryuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 21.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 109,2 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 23.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «Samsung» markalı paltaryuyanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 16.07.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung Galaxy A50» markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 16.07.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 73 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 16.07.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «Samsung Galaxy A50» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 30.01.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung Galaxy A70» markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 30.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 64,6 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 30.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «Samsung Galaxy A70» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 18.10.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung Galaxy A50» markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 18.10.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 55 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 18.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «Samsung Galaxy A50» markalı telefonni iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 23.10.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung Led» markalı televizor satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 23.10.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 90 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 23.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «Samsung Led» markalı televizoru iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 27.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 876 manat olan «Samsung Galaxy A50» markalı telefon üçün ilkin ödənişsiz 511 manat ödəniş etmişdir. Cavabdehin 365 manat ödənilməmiş hissə və 109 manat cərimə olmaqla, cəmi 474 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 660 manat olan «Samsung Galaxy A50» markalı telefon üçün ilkin ödənişsiz 165 manat ödəniş etmişdir. Cavabdehin 495 manat ödənilməmiş hissə və 148 manat cərimə olmaqla, cəmi 643 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1632 manat olan «Samsung Led» markalı televizor üçün ilkin ödəniş 12 manat olmaqla, 283 manat ödəniş etmişdir. Cavabdehin 1349 manat ödənilməmiş hissə və 405 manat cərimə olmaqla, cəmi 1754 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1310,4 manat olan «Samsung» markalı paltaryuyan üçün ilkin ödəniş 12 manat olmaqla, 130 manat ödəniş etmişdir. Cavabdehin 1180,4 manat ödənilməmiş hissə və 360 manat cərimə olmaqla, cəmi 1540,4 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 935,2 manat olan «Samsung Galaxy A70» markalı telefon üçün ilkin ödəniş 12 manat olmaqla, 165 manat ödəniş etmişdir. Cavabdehin 770,2 manat ödənilməmiş hissə və 230 manat cərimə olmaqla, cəmi 1000,2 manat borcu qalmışdır. Ümumilikdə cavabdehin 4159,6 manat ödənilməmiş hissə və 1252 manat cərimə olmaqla, cəmi 5411,6 manat borcu qalmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 4159,6 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 4159,6 manatı tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 4159,6 manat əsas borc məbləğinə 1252 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 340 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «Samsung Galaxy A50» markalı telefon, «Samsung Galaxy A50» markalı telefon, «Samsung Led» markalı televizor, «Samsung» markalı paltaryuyan, «Samsung Galaxy A70» markalı telefon üçün 4159,6 manat ödənilməmiş hissə, 340 manat dəbbə pulu olmaqla, cəmi 4499 (dörd min dörd yüz doxsan doqquz) manat 60 (altmış) qəpik borc və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7056/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7056/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver