Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7061/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 29 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********81821 HOFFMANN X Go markalı telefon üçün 69 manat məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 12.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********81821 HOFFMANN X Go markalı telefon almış və nəticədə mağazaya 69 (altmış doqquz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 162 (yüz altmış iki) manat (12 ay x 13 manat + 6 manat ilkin ödəniş ) olan, İMEİ Kodu **********1821 HOFFMANN X Go markalı telefon üçün ümumilikdə 69 (altmış doqquz manat olmaqla, ondan, 69 (altmış doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 93 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Nümayəndə əlavə olaraq bildirdi ki, cavabdeh axırıncı dəfə mübahisə predmeti olan telefonu mağazada atıb getmiş, bir daha gəlin onu götürməmişdir. Telefon hazırda anbardadır. Cavabdeh istədiyi vaxt telefonunu götürə bilər. Nümayəndə qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfin ona təqdim etdiyi yuxarıda qeyd olunan telefon qüsurludur. Belə ki, telefonu əldə etdiyi müddətdən (12.10.2019-cu il), ondan imtinaya səbəb olan müddətə qədər (17.06.2020-ci ilə qədər), aparat 4 (dörd) dəfə Servis Link 5 texniki xidmət mərkəzində təmirdə olmuşdur. Lakin hər dəfə təmirdən qısa müddət sonra telefonda olan qüsur yenidən təkrarlanmış (cihazın enerji yığmaması, istifadə zamanı qızması, usb korrektorundan yanıq iyi gəlməsi, cihazın qoşulmaması) və maldan istifadə mümkünsüz olmuşdur. Bu halda Servis Link-3 X2 təqdim etdiyi aktlarda öz əksini tapmışdır. Yuxarıda qeyd etdiyi şikayətləri əldə rəhbər tutaraq növbəti keyfıyyətsiz təmirdən sonra mal yenidən xarab olduqda Kontakt Home Sumqayıt şəhər 2-ci mkr-da yerləşən ofisinə müraciət etmiş və malın dəyişdirilməsini xahiş etmişdir. Amma Ramin adlı özünü rəhbər kimi təqdim edən şəxs onun şikayətlərinə məqsədyönlü yanaşmamış və onun ona verdiyi qaynar xətt və digər əlaqə telefonları ilə dəfələrlə zəng etsə də əlaqə yaratmaq mümkün olmamışdır. Nəticədə o özünə qarşı göstərilən laqeyd münasibətdən bezərək 17.06.2021-ci il tarixdə telefonu Servis Link 3-ün Sumqayıt şəhərində 9-cu mkr-da yerləşən ofisində Hüseynzadə Lamiyə adlı əməkdaşa verib getmişdir. Kontakt Home şirkətinin istehlakçıya qarşı yuxarıda sadaladığı qeyri-qanuni hərəkətləri bununla bitmir. Belə ki, 2021-ci ilin fevral ayından başlayaraq özünü gah Sumqayıt şəhər İcra hakimiyyətində icra məmuru, gah da hüquq bölməsinin əməkdaşı kimi təqdim edən Zaur adlı şəxs onun əl telefonuna zəng edərək ödəniş etməsini və yalnız bundan sonra özünün də qeyd etdiyi kimi xarab malın onun hesabına təmir ediləcəyi bildirmişdir. O onun sözlərinə inanıb müəyyən qədər ödəniş etmişdir. Lakin malı götürmək üçün Servis Linkin 12-ci mkr Sumqayıt şəh yerləşən mərkəzinə müraciət etdikdə isə oranın əməkdaşı (adını bildirməyib) onun əlaqə telefonunu götürmüş və malın anbardan gətirilərək onun iştirakı ilə açılacağını və təmir olunacağını bildirmişdir. Lakin üstündən 5 aya yaxın bir müddət keçməsinə baxmayaraq onunla əlaqə yaradılmamışdır. Göstərilənlərə əsasən cavabdeh müqavilənin ləğv edilməsini və onlara ödədiyi 98 manat pul vəsaitinin maddi zərər kimi özünə geri ödənilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və SS726944491AZ saylı poçt sifarişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.10.2019-cu il tarixli, 00974852 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən İMEİ Kodu **********821 HOFFMANN X Go markalı telefon almışdır. İş materiallarında olan 23 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 69 manat ödənilməmiş hissə olmaqla, cəmi 69 manat məbləğində borcu vardır. İşdə olan 28.04.2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 12.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 69 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hazırda qüvvədə olduğundan və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən telefonun təmir xidmətindən götürülməməsi də müqavilənin icra edilməməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh iddiaçı şirkətə məxsus olan müvafiq mağazaya yaxınlaşaraq istədiyi vaxt mobil telefonu götürə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 20 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********81821 HOFFMANN X Go markalı telefon üçün 69 (altmış doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 89 (səksən doqquz) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7061/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7061/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver