Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7067/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, cavabdeh xx.xx.1958-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə 2(060)-7067/2024 saylı mülki iş hakim Aynur Behbudovanın, eyni zamanda Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair 2(060)-7046/2024 saylı mülki iş hakim Vəfa Şirəliyevanın icraatındadır. Hər iki iddia üzrə tərəflər və mübahisə obyekti eyni olduğu üçün bu işlərin bir icraatda birləşdirilməsi zərurəti yaranmışdır. Ona görə də bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təkrar eyni məzmunlu ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaların məzmunundan da görünür ki, hər iki mülki iş üzrə tərəflər eynidir, mübahisə predmeti olan mənzil də eynidir və faktiki olaraq iddialar birbirinə qarşı yönəlməklə qarşılıqlı iddialardır. Belə olan təqdirdə hər iki işin bir icraatda birləşdirilməsi zəruridir. Çünki bu iddiaların ayrı-ayrı icraatlarda ayrı-ayrı hakimlər tərəfindən baxılması məqsədə müvafiq deyil və ziddiyyətli halların ortaya çıxmasına səbəb ola bilər. Bu işdən də görünür ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü (mənzil hüquqları) iki iş vardır və bu işlər üzrə iddialar biri digərinə qarşı yönəlmiş və iddialardan birinin təmin edilməsi digərinin rədd edilməsini tələb edir. Belə olan halda hər iki işin bir icraatda birləşdirilərək baxılması mübahisənin qanuni həlli baxımından məqsədə müvafiqdir və zəruridir. Ona görə də hər iki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, qarşı tərəfin vəsatətinə etiraz etmirlər. Tərəflərin üzərində iddia qaldırdıqları predmet eyni predmetdir. Ona görə də işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, hər iki iddiada tərəflər və mübahisə predmeti eynidir. Onlara ayrı-ayrı baxılması və ayrı-ayrı qərarların qəbul edilməsi sonra ziddiyyətlər yarada bilər. Ona görə də işlərin bir icraatda birləşdirilərək bir qərar qəbul edilməsi qanunamüvafiqdir. Ona görə də işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair 2(060)-7046/2024 saylı iddia ərizəsi üzrə mülki iş Sumqayt Şəhər Məhkəməsinin digər hakiminin icraatında baxılmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiaçı xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, cavabdeh xx.xx.1958-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə iddia tələbi üzrə 2(060)-7067/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair 2(060)-7046/2024 saylı mülki işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı iddiaçı xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, cavabdeh xx.xx.1958-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə iddia tələbi üzrə 2(060)-7067/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair 2(060)-7046/2024 saylı mülki işə birləşdirilsin. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7067/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7067/2024
26.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver