Məhkəmə qərarları › İş №2(060)-710/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-710/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-710/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı "xxxx" KB ASС-nin Cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kreditin, kredit faizlərinin və сərimənn ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASС məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 01.10.2014-cü il tarixli 54/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 12.03.2021-ci il tarixli 54-3/14SU saylı əlavə əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 4776,06 AZN, faiz borcu üzrə 100,29 AZN,cərimə borcuna görə 24,31 AZN, cəmi 4900,66 AZN borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 70 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə yönəldilməsi, bu əmlaklın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə 01.10.2014-cü il tarixli 54/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 12.03.2021-ci il tarixli 54-3/14SU saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 4776,06 AZN, faiz borcu üzrə 100,29 AZN,cərimə borcuna görə 24,31 AZN, cəmi 4900,66 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 70 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı “Unibank" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilin ilkin satış qiymətinin 40.000 (qırx min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Orucova (İsmayılova) Arzu Əlvan qızının çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 31 yanvar 2022-ci il tarixə təyin etmişdir. İddiaçı "xxxx" KB ASС-nin nümayəndəsi Rukiyyə Tağısoy məhkəmənin dəftərxanası vasitəsi ilə ərizəsi ilə müraciət edərək, Mülki Prosessual-Məсəllənin 259.0.11-сi maddəsini rəhbər tutularaq, iddiaçı "xxxx" KB ASС-nin сavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kreditin, kredit faizlərinin və jərimənn ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə» dair 2(060)-9759/2021 saylı mülki iş üzrə mülki işin baxılmamış saxlanması barədə müvafiq qərardad çıxarmaqla, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinin və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPMnin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASС-nin сavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kreditin, kredit faizlərinin və сərimənn ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə» dair iddia ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar