Məhkəmə qərarları › İş №2(060)-7104/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7104/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7104/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehribah Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 22.01.2018-ci il, 10.11.2018-ci il, və 22.01.2019-cu il tarixli müqavilələrinə əsasən HOFFMANN markalı LED televizor, Russel Hobbs markalı Toster, Braun markalı Qəhvəbişirən, Samsung markalı Paltaryuyan, İMEİ kodu **********86242 və İMEİ kodu **********54636 olan Nokia 3 və HOFFMANN X Prime markalı telefon almış və nəticədə 919 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.05.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 manat (18 ay x 39 manat 0 manat ilkin ödəniş) HOFFMANN markalı LED televizor, Russel Hobbs markalı Toster, Braun markalı Qəhvəbişirən üçün ümumilikdə, 11 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 10.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********86242 olan Nokia 3 markalı telefon üçün ümumilikdə, 254 manat olmaqla ondan, 191 manat ödənilməmiş hissə, 63 manat dəbbə, 22.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1296 manat (18 ay x 72 manat + 0 manat ilkin ödəniş) Samsung markalı Paltaryuyan üçün ümumilikdə, 592 manat olmaqla ondan, 441 manat ödənilməmiş hissə, 151 manat dəbbə, 22.01.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 288 manat (12 ay x 24 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********54636 olan HOFFMANN X Prime markalı telefon üçün ümumilikdə, 62 manat olmaqla ondan, 48 manat ödənilməmiş hissə, 14 manat dəbbə yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1955 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən 26.05.2018-ci il tarixli müqaviləyə əsasən 11 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 10.11.2018-ci il tarixli müqaviləyə əsasən 191 manat ödənilməmiş hissə, 63 manat dəbbə, 22.01.2019-cu il tarixli müqaviləyə əsasən 441 ödənilməmiş hissə, 151 manat dəbbə, 22.01.2019-cu il tarixli müqaviləyə əsasən 48 manat ödənilməmiş hissə, 14 manat dəbbə, ümumilikdə 919 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin qeyd olunan məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 26.05.2018-ci il tarixli və digər 2 müqavilə ilə məhsullar almış, lakin müqavilələr üzrə ödənişləri həyata keçirməmişdir. Sonuncu ödənişi 27.12.2019-cu il tarixdə olmuşdur. 2020-ci ildə danınışıqlar aparılmış, ödəniş edəcəyini bildirsə də, etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, pandemiya dövründə ödənişləri edə bilməmiş, daha sonra işdən çıxmışdır. Hal-hazırda məşğulluqda qeydiyyatdadır, işləmir. Həmişə ödənişləri etmişdir. İddianı qismən qəbul edir, cəriməni qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.05.2018-ci il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətində, hər ay 39 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 702 manat təşkil edən HOFFMANN markalı LED televizor, Russel Hobbs markalı Toster, Braun markalı Qəhvəbişirənə görə 691 manat məbləğində ödəniş etmiş, 11 manat əsas, 0 manat dəbbə pulu, cəmi 11 manat borcu; 10.11.2018-ci il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 30 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 360 manat təşkil edən İMEİ kodu **********86242 olan Nokia 3 markalı telefona görə 169 manat məbləğində ödəniş etmiş, 191 manat əsas, 63 manat dəbbə pulu, cəmi 254 manat borcu, 22.01.2019-cu il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətində hər ay 72 manat ödəmək şərtiylə aldığı alqı-satqı qiyməti 1296 manat təşkil edən Samsung markalı Paltaryuyana görə 855 manat məbləğində ödəniş etmiş, 441 manat əsas, 151 manat dəbbə pulu, cəmi 592 manat borcu, 22.01.2019-cu il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində hər ay 24 manat ödəmək şərtiylə aldığı alqı-satqı qiyməti 288 manat təşkil edən İMEİ kodu **********54636 olan HOFFMANN X Prime markalı telefona görə 240 manat məbləğində ödəniş etmiş, 48 manat əsas, 14 manat dəbbə pulu, cəmi 62 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26.05.2018-ci il tarixli müqavilədən görünür ki, k00154108 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən HOFFMAN markalı LED televizor, Russel Hobbs markalı Toster, Braun markalı Qəhvəbişirən almışdır. İş materiallarında olan 26.05.2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh HOFFMAN markalı LED televizor, Russel Hobbs markalı Toster, Braun markalı Qəhvəbişirənu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 26.05.2018-ci il tarixli əlavədən görünür ki, Cavabdeh 18 ay müddətində hər ay 39 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 10.11.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 00367599 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********86242 olan Nokia 3 markalı telefon almışdır. İş materiallarında olan 10.11.2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********86242 olan Nokia 3 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 10.11.2018-ci il tarixli əlavədən görünür ki, Cavabdeh 12 ay müddətində hər ay 30 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.01.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 00480556 saylı müqavilədə nəzərdə tutulmuş Samsung markalı Paltaryuyan almışdır. İş materiallarında olan 22.01.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung markalı Paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 22.01.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 18 ay müddətində hər ay 72 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.01.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 00480545 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********54636 olan HOFFMANN X Prime markalı telefon almışdır. İş materiallarında olan 22.01.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********54636 olan HOFFMANN X Prime markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 22.01.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 12 ay müddətində hər ay 24 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 07.09.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə 10.11.2018-ci il, 22.01.2019-cu il, 26.05.2018-ci il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 26.05.2018-ci il, 10.11.2018-ci il, 22.01.2019-cu il və 22.01.2019-cu il tarixlərində bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 691 manat ödənilməmiş hissə, 228 manat dəbbə pulu, ümumilikdə 919 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 691 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 741 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 691 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 741 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar