Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7111/2021 13.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Abbasov Mübariz Telman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən yataq mebel dəsti üçün 1158 manat ödənilməmiş hissə və 265 manat dəbbə pulunun, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən “Electrolux” markalı paltaryuyan maşın və “X5 8” markalı mobil telefon üçün 1077,60 manat ödənilməmiş hissə və 324 manat dəbbə pulunun, 15.10.2019-cu il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı radiator üçün 60 manat ödənilməmiş hissə və 18 manat dəbbə pulunun, 02.05.2020-ci il tarixli müqaviləyə əsasən “Xiaomi Redmi 8 A” markalı mobil telefon üçün 271,20 manat ödənilməmiş hissə və 81 manat dəbbə pulunun, ümumilikdə 3254,80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı 13.01.2020-ci il, 18.12.2019-cu il, 15.10.2019-cu il və 02.05.2020-ci İl tarixli müqavilələrə əsasən yataq mebel dəsti, “Electrolux” markalı paltaryuyan maşın, “X5 8” markalı mobil telefon, “HOFFMANN” markalı radiator, “Xiaomi Redmi 8 A” markalı mobil telefon almış, həmin müqavilələr üzrə cəmi 795,60 manat pul ödəmiş və nəticədə 3254,80 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 13.01.2020-ci il, 18.12.2019-cu il, 15.10.2019-cu il və 02.05.2020-ci il tarixl müqavilələrə əsasən yataq mebel dəsti, “Electrolux” markalı paltaryuyan maşın, “X5 8” markalı mobil telefon, “HOFFMANN” markalı radiator, “Xiaomi Redmi 8 A” markalı mobil telefon almışdır. İş materiallarından görünür ki, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 795,60 manat pul ödəmiş və nəticədə 3254,80 manat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsasən hesab edir ki, cavabdeh X3 iddiaçı ilə aralarında bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinən, iddiaçı əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda müqavilələr üzrə ümumilikdə 688 (altı yüz səksən səkkiz) manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən yataq mebel dəsti üçün 20 manat dəbbə pulunun, “Electrolux” markalı paltaryuyan maşın və “X5 8” markalı mobil telefon üçün 30 manat dəbbə pulunun, “HOFFMANN” markalı radiator üçün 18 manat dəbbə pulunun, “Xiaomi Redmi 8 A” markalı mobil telefon üçün 10 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13.01.2020-ci il tarixli müqaviləyə əsasən yataq mebel dəsti üçün 1158 manat ödənilməmiş hissə və 20 manat dəbbə pulu, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən “Electrolux” markalı paltaryuyan maşın və “X5 8” markalı mobil telefon üçün 1077,60 manat ödənilməmiş hissə və 30 manat dəbbə pulu, 15.10.2019-cu il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı radiator üçün 60 manat ödənilməmiş hissə və 18 manat dəbbə pulu, 02.05.2020-ci il tarixli müqaviləyə əsasən “Xiaomi Redmi 8 A” markalı mobil telefon üçün 271,20 manat ödənilməmiş hissə və 10 manat dəbbə pulu, ümumilikdə 2644,80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı və qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.01.2020-ci il tarixli müqaviləyə əsasən yataq mebel dəsti üçün 1158 manat ödənilməmiş hissə və 20 manat dəbbə pulu, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən “Electrolux” markalı paltaryuyan maşın və “X5 8” markalı mobil telefon üçün 1077,60 manat ödənilməmiş hissə və 30 manat dəbbə pulu, 15.10.2019-cu il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı radiator üçün 60 manat ödənilməmiş hissə və 18 manat dəbbə pulu, 02.05.2020-ci il tarixli müqaviləyə əsasən “Xiaomi Redmi 8 A” markalı mobil telefon üçün 271,20 manat ödənilməmiş hissə və 10 manat dəbbə pulu, ümumilikdə 2644,80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-7111/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7111/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver