Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7114/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 23.11.2019-cu il, 21.10.2019-cu il, 13.10.2019-cu il və 01.11.2019-cu il tarixli müqavilələrinə əsasən Acer Aspire 3 markalı komputer, 3 ədəd Power Bank Mİ 20000 mah, Samsung LED TV və İMEİ kod **********73850 X7 8 Pro markalı telefon almış və nəticədə 4009 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1262 manat (18 ay x 64 manat 110 manat ilkin ödəniş) Acer Aspire 3 markalı komputer üçün ümumilikdə, 1414 manat olmaqla ondan, 1088 manat ödənilməmiş hissə, 326 manat dəbbə, 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 216 manat (6 ay x 36 manat + 0 manat ilkin ödəniş) 3 ədəd Power Bank Mİ 20000 mah üçün ümumilikdə, 187 manat olmaqla ondan, 144 manat ödənilməmiş hissə, 43 manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1206 manat (18 ay x 67 manat - 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1393 manat olmaqla ondan, 1072 manat ödənilməmiş hissə, 321 manat dəbbə, 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 858 manat (12 ay x 71 manat + 6 manat ilkin ödəniş) İMEİ kod **********73850 X7 8 Pro markalı telefon üçün ümumilikdə, 1015 manat olmaqla ondan, 781 manat ödənilməmiş hissə, 234 manat dəbbə yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 457 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən 23.11.2019-cu il tarixli müqaviləyə əsasən 1088 manat ödənilməmiş hissə, 326 manat dəbbə, 21.10.2019cu il tarixli müqaviləyə əsasən 144 manat ödənilməmiş hissə, 43 manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləyə əsasən 1072 ödənilməmiş hissə, 321 manat dəbbə, 01.11.2019-cu il tarixli müqaviləyə əsasən 781 manat ödənilməmiş hissə, 234 manat dəbbə, ümumilikdə 4009 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin qeyd olunan məzmununa uyğun izahat verdi və bildirdi ki, cavabdeh 4 məhsul almış, lakin müqavilə üzrə ödənişləri həyata keçirməmişdir. Sonuncu ödənişi 2020-ci il tarixdə olmuşdur. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvandan köçdüyü üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23.11.2019-cu il tarixli müqaviləyə əsasən 110 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətində, hər ay 64 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 1262 manat təşkil edən Acer Aspire 3 markalı komputerə görə 174 manat məbləğində ödəniş etmiş, 1088 manat əsas, 326 manat dəbbə pulu, cəmi 1414 manat borcu; 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 6 ay müddətində, hər ay 36 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 216 manat təşkil edən 3 ədəd Power Bank Mİ 20000 maha görə 72 manat məbləğində ödəniş etmiş, 144 manat əsas, 43 manat dəbbə pulu, cəmi 187 manat borcu, 13.10.2019-cu il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətində hər ay 67 manat ödəmək şərtiylə aldığı alqı-satqı qiyməti 1206 manat təşkil edən Samsung LED TV-ə görə 134 manat məbləğində ödəniş etmiş, 1072 manat əsas, 321 manat dəbbə pulu, cəmi 1393 manat borcu, 01.11.2019-cu il tarixli müqaviləyə əsasən 6 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində hər ay 71 manat ödəmək şərtiylə aldığı alqı-satqı qiyməti 858 manat təşkil edən İMEİ kod **********73850 X7 8 Pro markalı telefona görə 77 manat məbləğində ödəniş etmiş, 781 manat əsas, 234 manat dəbbə pulu, cəmi 1015 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23.11.2019cu il tarixli müqavilədən görünür ki, 01070340 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Acer Aspire 3 markalı komputer almışdır. İş materiallarında olan 23.11.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh Acer Aspire 3 markalı komputeru tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 23.11.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 18 ay müddətində hər ay 64 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21.10.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 00995639 saylı müqavilədə nəzərdə tutulmuş 3 ədəd Power Bank Mİ 20000 mah almışdır İş materiallarında olan 21.10.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 3 ədəd Power Bank Mİ 20000 mahu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 21.10.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 6 ay müddətində hər ay 36 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.10.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 00978400 saylı müqavilədə nəzərdə tutulmuş Samsung LED TV almışdır. İş materiallarında olan 13.10.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh Əhmədli X3 LED TV-ni tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 23.09.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 18 ay müddətində hər ay 67 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01.11.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 01021113 saylı müqavilədə nəzərdə tutulmuş İMEİ kod **********73850 X7 8 Pro markalı telefon almışdır. İş materiallarında olan 01.11.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kod **********73850 X7 8 Pro markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 01.11.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 12 ay müddətində hər ay 71 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 27.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə 01.11.2019-cu il, 13.10.2019-cu il, 23.11.2019-cu və 21.10.2019-cu il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 01.11.2019cu il, 13.10.2019-cu il, 23.11.2019-cu və 21.10.2019-cu il tarixlərində bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 3085 manat ödənilməmiş hissə, 924 manat dəbbə pulu, ümumilikdə 4009 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 120 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 3085 manat əsas borc, 120 manat dəbbə pulu, cəmi 3205 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3085 manat əsas borc, 120 manat dəbbə pulu, cəmi 3205 manat məbləğində pul ümumilikdə 3205 manat borc və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7114/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7114/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver