Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7115/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 26.08.2019-cu il, 26.12.2019-cu il, 23.07.2019-cu il və 20.04.2019-cu il tarixli müqavilələrinə əsasən “İMEİ kod **********53763“ Samsung Galaxy A50 markalı telefon, “İMEİ kod **********22979“ Samsung Galaxy S10 e Dual markalı telefon, Su qızdırıcı X5 100 L və İMEİ kod **********75773 Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 2619.5 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 864 manat (12 ay x 72 manat 9 manat ilkin ödəniş) İMEİ kod **********53763 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 561 manat olmaqla ondan, 432 manat ödənilməmiş hissə, 129 manat dəbbə, 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1722 manat (12 ay x 118.5 manat + 300 manat ilkin ödəniş) İMEİ kod **********22979 Samsung Galaxy S10 e Dual markalı telefon üçün ümumilikdə, 1538.5 manat olmaqla ondan, 1184.5 manat ödənilməmiş hissə, 354 manat dəbbə, 23.07.2019-cu il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 432 manat (12 ay x 36 manat - 0 manat ilkin ödəniş) su qızdırıcı X5 100 L üçün ümumilikdə, 234 manat olmaqla ondan, 180 manat ödənilməmiş hissə, 54 manat dəbbə, 20.04.2019-cıı il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 manat (15 ay x 44 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********75773 Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 286 manat olmaqla ondan, 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1661.5 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən 26.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********53763 Samsung Galaxy A50 markalı telefon üçün 432 manat ödənilməmiş hissə, 129 manat dəbbə, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********22979 Samsung Galaxy S10 e Dual markalı telefon üçün 1184.5 manat ödənilməmiş hissə, 354 manat dəbbə, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən, Su qızdırıcı X5 100 L üçün 180 ödənilməmiş hissə, 54 manat dəbbə, 20.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********75773 Samsung Galaxy A30 markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə, ümumilikdə 2619.5 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 21 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.08.2019-cu il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 72 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 864 manat təşkil edən “İMEİ kod **********53763“ Samsung Galaxy A50 markalı telefona görə 432 manat məbləğində ödəniş etmiş, 432 manat əsas, 129 manat dəbbə pulu, cəmi 561 manat borcu; 26.12.2019-cu il tarixli müqaviləyə əsasən 300 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 118.5 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1722 manat təşkil edən “İMEİ kod **********22979“ Samsung Galaxy S10 e Dual markalı telefona görə 537.5 manat məbləğində ödəniş etmiş, 1184.5 manat əsas, 354 manat dəbbə pulu, cəmi 1538.5 manat borcu, 23.07.2019-cu il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində hər ay 36 manat ödəmək şərtiylə aldığı alqı-satqı qiyməti 432 manat təşkil edən Su qızdırıcı X5 100 L-ə görə 252 manat məbləğində ödəniş etmiş, 180 manat əsas, 54 manat dəbbə pulu, cəmi 234 manat borcu, 20.04.2019-cu il tarixli müqaviləyə əsasən 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 15 ay müddətində hər ay 44 manat ödəmək şərtiylə aldığı alqısatqı qiyməti 660 manat təşkil edən İMEİ kod **********75773 Samsung Galaxy A30 markalı telefona görə 440 manat məbləğində ödəniş etmiş, 220 manat əsas, 66 manat dəbbə pulu, cəmi 286 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26.08.2019cu il tarixli müqavilədən görünür ki, 00870926 saylı müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən “İMEİ kod **********53763“ Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan 26.08.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh “İMEİ kod **********53763“ Samsung Galaxy A50 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 26.08.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 12 ay müddətində hər ay 72 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26.12.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 01159323 saylı müqavilədə nəzərdə tutulmuş “İMEİ kod **********22979“ Samsung Galaxy S10 e Dual markalı telefon almışdır İş materiallarında olan 26.12.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh “İMEİ kod **********22979“ Samsung Galaxy S10 e Dual markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 26.12.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 12 ay müddətində hər ay 118.5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23.07.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Su qızdırıcı X5 100 L almışdır. İş materiallarında olan 23.07.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh Su qızdırıcı X5 100 L-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 23.09.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 12 ay müddətində hər ay 36 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.04.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kod **********75773 Samsung Galaxy A30 markalı telefon almışdır. İş materiallarında olan 20.04.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kod **********75773 Samsung Galaxy A30 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 20.04.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 15 ay müddətində hər ay 44 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 27.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə 20.04.2019-cu il, 23.07.2019-cu il, 26.08.2019-cu və 26.12.2019-cu il tarixlərində bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 20.04.2019cu il, 23.07.2019-cu il, 26.08.2019-cu və 26.12.2019-cu il tarixlərində bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 2016.5 manat ödənilməmiş hissə, 603 manat dəbbə pulu, ümumilikdə 2619.5 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 2016.5 manat pul, 100 manat dəbbə pulu, cəmi 2116.5 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ümumilikdə 2016.5 manat pul, 100 manat dəbbə pulu, cəmi 2116.5 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7115/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7115/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver