Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7121/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh X8 qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə doğulmuş X6 görə 193 manat alimentin hər ay xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, xx.xx.2006-cı il tarixdə doğulmuş X6 görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4741\2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qərarında göstərilmiş aylıq aliment məbləği artırılaraq 193 manat alimentin hər ay xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat aliment məbləğinin dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iştirak edən zaman iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov xx.xx.2016-cı il tarixli 2(060)- 4091\2016 №-li qətnaməsi ilə xx.xx.2016-cı il tarixdən başlayaraq ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2001-ci il tarixdə doğulmuş X7 görə 117 manat və xx.xx.2006-cı il tarixdə doğulmuş X6 görə 117 manat, 2 uşağa görə cəmi 234 manat alimentin hər ay xeyrinə tutulması qət edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Behbudovanın xx.xx.2019-cu il tarixli 2(060)-4741\2019 №-li qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-4091\2016 №-li qətnaməsi ilə müəyyən edilmiş aliment xx.xx.2001-ci il təvəllüdlü X3 18 yaşı tamam olduğu üçün ona münasibətdə xitam verilmiş, xx.xx.2006-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Sabit pul məbləğində alimentin təyin olunmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri artmış və bunun nəticəsində uşağın saxlanılması çətinləşmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə Cavabdeh irəli sürülmüş ittiham xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər Prokuroru tərəfindən təsdiq edilmiş Yekun Protokolunda yazılıb ki, Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2012-ci il tarixli 375 saylı aktı alınaraq müəyyən edilmişdir ki, Xuraman Vaqif qızının bədəni üzərində olan xəsarətlər- uzun yumşaq toxumalarının qançırları-küt alətlə yetirilib... (bax Sumqayıt Şəhər Məhkəməsinin l(060)-209\2012№-li məhkəmə işinə). Həmin məhkəmə işinə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov baxırdı. Ona Qaraxanovlar təziqlər edərək və onu aldadaraq həmin məhkəmə işinin bağlanmasına nail olmuşdular. Qızı Elladaya mütamadi olaraq ciddi müalicə lazımdır. Bunun üçün əlavə pul lazımdır. Onun uşaqları istedadlı olsalar da, onların oxumasının maddi təminatı yoxdur. Atasız böyüyən və yüksək keçid ballarla Sumqayıt Dövlət Universitetinə öz biliyi ilə qəbul olunmuş qızı Ellada əlaçıdır və xx.xx.2006-cı il tarixdə doğulmuş X9 ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində təhsil alırlar. Oxumağa meyilli olan belə uşaqlar üçün şərait yaradılmalıdır, mənzildən çıxartmaq yox. Təklif olunan minimal pul ilə məlum məsələdir ki uşaqlarının təhsilinin davam etdirilməsi mümkün deyildir. Göstərilənləri nəzər alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat aliment məbləğinin dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, hazırda iddiaçının ona qarşı vermiş olduğu iddia tələbini qəbul edir. Tələb olunan aliment məbləğini ödəməyə etiraz etmədiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4091/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh və İddiaçı arasında xx.xx.2000-ci ildə Sumqayıt şəhər Nikah evində bağlanmış nikahın pozulması, xx.xx.2001-ci il tarixdə doğulmuş X10 və xx.xx.2006-cı il tarixdə doğulmuş X9, X1 yanında qalmaları, Cavabdeh oğlundan hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2001-ci il tarixdə doğulmuş X3 və hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4741/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4091\2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment 28 may 2001-ci il təvəllüdlü X3 18 yaşı tamam olduğu üçün ona münasibətdə xitam verilməsi, xx.xx.2006-cı il təvəllüdlü X6 münasibətdə alimentin miqdarı artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gnüdən hesablanmaqla Cavabdeh Oktay oğlundan İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına kimi saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ADNSUnun nəzdində Sənaye və Texnologiya Kollecinin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X9 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin 040716 Turizm bələdçiliyi” ixtisasının dövlət hesabı əyani şöbəsinə, TB102 nömrəli qrupa qəbul olmuşdur. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ona qarşı təyin olunmuş alimentin dəyişdirilməsi barədə iddiasını qəbul edir. Aliment məbləğinin artırılması ilə bağlı razıdır, iddianı tam qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün “X11” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4741/2019 saylı iş üzrə qəbul etdiyi 29 may 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4741/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-7121/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7121/2022
22.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver