Məhkəmə qərarları › İş №2(060)-7160/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7160/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7160/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi İsgəndərov Vüsal Niyaz oğlunun, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə MK/57953/71/11 saylı, 01.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16247, 64 manat əsas borcun, 3234,57 manat faiz borcunun, cəmi 19482,21 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh- Cavabdeh3 qızı, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin borc hissəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə bank arasında bağlanmış 01.10.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh1 İslam qızından 16247,64 manat əsas, 3139,28 manat faiz borcunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında 19.04.2018-ci il tarixində bağlanılmış L011/2018/11 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/57953/71/11 saylı, 01,10.2019-cu il tarixli Kredit sazişinə əsasən 24 ay müddətinə, illik 20 faiz olmaqla 20000 (iyirmi min manat) manat kredit verilmişdir. Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə savabdeh Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilə “Bank” arasında 25.04.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən oaylı mülkiyyət hüququ ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsus olan Sumqayıt şəh, 3-cü məh, Nizami küç, ev 23/14, mənzil 1 Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış MK/57953/71/11 saylı Kredit Müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış 25.04.2018-ci il tarixli ipoteka müqaviləsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.04.2010-cu il tarixli, MA ******* N:li “Hüquqların dövlət qeydiyyatı -aqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ə Cavabdeh1 məxsus olan Sumqayıt şəh, 3-cü məh, Nizami küç, ev 23/14, mənzil 1 Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hüquqlarımız müvafiq olaraq 26 04.2018-ci il tarixdə RX ******* saylı Çıxarışla qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla - aramızda imzalanmış «Kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə 30.07.2021-ci il tarixinə cavabdehin «Bank»a MK/57953/71/11 saylı, 01,10.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 16247.64 manat əsas, 3139,28 manat faiz borcu yaranmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 19.04.2018-ci il tarixdə kredit götürdüyünü bildirdi, lakin səhhətində ağır problem olduğuna görə borcu ödəyə bilməmişdir. Hazırda adına olan daşınmaz əmlakın yeganə yaşayış yeri olduğunu nəzərə alaraq mənzilin satılmamasını xahiş etdi. Həmçinin banka olan borcunu ödəyəcəyini, lakin ödənilməsi üçün ona vaxt verilməsini və borcun hissə-hissə qaytarılmasına razılıq verilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19.04.2018-ci il tarixli, kredit limitinin ayrılması haqqında müqavilədən görünür ki, 19.04.2018-ci il tarixində bağlanılmış L011/2018/11 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/57953/71/11 saylı, 01,10.2019-cu il tarixli Kredit sazişinə əsasən 24 ay müddətinə, illik 20 faiz olmaqla 20000 (iyirmi min manat) manat kredit götürmüşdür. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 43,8 kv.m ümumi, 27,1 kv.m yaşayış, 16,7 kv.m yardımçı sahədən ibarət 23/14 nömrəli evin 1 nömrəli mənzili 2018-ci il 25 aprel tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, 10/12 hissədə Cavabdeh1, 1/12 hissədə Cavabdeh2 və 1/12 hissədə Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 3-cü məhəllə, Nizami küçəsi ünvanında yerləşən, 2 otaqlı, 43,8 kv.m ümumi, 27,1 kv.m yaşayış, 16,7 kv.m yardımçı sahədən ibarət 23/14 nömrəli evin 1 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdehlər ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 11.11.2021-ci il tarixli rəydən görünür ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, Nizami küçəsi ünvanında yerləşən, 2 otaqlı, 43,8 kv.m ümumi, 27,1 kv.m yaşayış, 16,7 kv.m yardımçı sahədən ibarət 23/14 nömrəli evin 1 nömrəli mənzilinin likvid qiyməti 57000 manat müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, bankla Cavabdeh1 arasında 19.04.2018-ci il tarixində bağlanılmış L011/2018/11 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/57953/71/11 saylı, 01,10.2019-cu il tarixli Kredit sazişinə əsasən 24 ay müddətinə, illik 20 faiz olmaqla 20000 (iyirmi min manat) manat kredit verilmişdir. Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilə “Bank” arasında 25.04.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən oaylı mülkiyyət hüququ ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsus olan Sumqayıt şəh, 3-cü məh, Nizami küç, ev 23/14, mənzil 1 Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış MK/57953/71/11 saylı Kredit Müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış 25.04.2018-ci il tarixli ipoteka müqaviləsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.04.2010-cu il tarixli, MA ******* N:li “Hüquqların dövlət qeydiyyatı -aqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Sumqayıt şəh, 3-cü məh, Nizami küç, ev 23/14, mənzil 1 Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hüquqları müvafiq olaraq 26 04.2018-ci il tarixdə RX ******* saylı Çıxarışla qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Cavabdehlərin banka 16247,64 manat əsas, 3139,28 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə MK/57953/71/11 saylı, 01.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16247, 64 manat əsas, 3139,28 manat faiz, cəmi 19386,92 manat borc tutulmalı, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələb cavabdeh- Cavabdeh3 qızı, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanına yönəldilməli, həmin daşınmaz əmlakın açıq hərracda satılmalı və əldə olunan vəsaitlər Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat cavabdehdən tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə MK/57953/71/11 saylı, 01.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16247, 64 manat əsas, 3139,28 manat faiz, cəmi 19386,92 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalı, 19386,92 manat borcun ödənilməsini təmin etmək məqsədilə tələb cavabdeh- Cavabdeh3 qızı, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanına yönəldilməli, həmin daşınmaz əmlakın açıq hərracda satılmalı və əldə olunan vəsaitlər Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də iddia tələbinin ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə MK/57953/71/11 saylı, 01.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16247, 64 manat əsas, 3139,28 manat faiz, cəmi 19386,92 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun. 19386,92 manat borcun ödənilməsini təmin etmək məqsədi ilə tələb cavabdeh- Cavabdeh3 qızı, Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanına yönəldilsin, həmin daşınmaz əmlak açıq hərracda satılsın və əldə olunan vəsait Cavabdeh1 borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 57000 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar