Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7173/2020 28.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 188 manat əsas borc, 56 manat cərimə, cəmi 244 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə yaranmış 272 manat əsas borc, 81 manat cərimə borcu, cəmi 353 manat, ümumilikdə hər iki müqavilə üzrə 597 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “ZİMMER’’ markalı televizora və “İNDESİT” markalı paltaryuyana 12 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla cəmi 818 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “HONOR 10’’markalı mobil telefona 12 ay ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla cəmi 548 manat, ümumilikdə hər iki müqavilə üzrə 1366 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində 70 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində 46 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmiş və qalıq qalmış hər iki müqavilə üzrə 460 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da, xx.xx.2019-cu il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 56 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 81 manat, ümumilikdə hər iki müqavilə üzrə cəmi 137 manat təşkil edir. Beləliklə, cavabdeh xx.xx.2020-ci il tarixə «xxxx» MMC-nə hər iki müqavilə üzrə olan borcu 460 manat əsas, 137 manat cərimə, cəmi 597 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “ZİMMER’’ markalı televizora və “İNDESİT” markalı paltaryuyana 12 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla cəmi 818 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “HONOR 10’’markalı mobil telefona 12 ay ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla cəmi 548 manat, ümumilikdə hər iki müqavilə üzrə 1366 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışlardan görünür ki, Cavabdeh iddiaçı «xxxx» MMC-yə xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 188 manat əsas borc, 56 manat cərimə, cəmi 244 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı müqaviləsi üzrə 272 manat əsas borc, 81 manat cərimə borcu, cəmi 353 manat, ümumilikdə hər iki müqavilə üzrə 597 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 188 manat əsas borc, 56 manat cərimə, cəmi 244 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 272 manat əsas borc, 81 manat cərimə borcu, cəmi 353 manat, ümumilikdə hər iki müqavilə üzrə 597 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 188 manat əsas borc, 56 manat cərimə, cəmi 244 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 272 manat əsas borc, 81 manat cərimə borcu, cəmi 353 manat, ümumilikdə hər iki müqavilə üzrə 597 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-7173/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7173/2020
28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver