Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7203/2020 29.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi ilə, İddiaçı-nin Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2019-cu il tarixli, 200804- 108011/1 saylı kredit müqaviləsi üzrə 1170,73 manat əsas, 62,77 manat faiz borcu olmaqla, cəmi 1233,50 manat, xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/2 saylı kredit müqaviləsi üzrə 687,52 manat əsas, 46,53 manat faiz borcu olmaqla, cəmi 734,05 manat borc və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/1 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 19% dərəcəsi ilə 2200 manat, xx xxxxxx 2019-cu il tarixli, 200804- 108011/2 nömrəli krediti müqaviləsinə əsasən 12 ay müddətinə, illik 19% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka olan borcu ödəməmişdir. xx xxxxxxx 2020-ci il tarixə cavabdehin xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/1 nömrəli kredit müqaviləsi üzrə 1170,73 manat əsas borcu və 62,77 manat faiz borcu olmaqla, ümumilikdə 1233,50 manat kredit borcu yaranmışdır. xx xxxxxxx 2020-ci il tarixə cavabdehin xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/2 nömrəli kredit müqaviləsi üzrə 687,52 manat məbləğində əsas borcu, 46,53 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 734,05 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə bildirişin xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb MPM-nin 284-1ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Bank ilə Cavabdeh oğlu arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli, 200804- 108011/1 nömrəli Kredit müqaviləsindən görünür ki, Bank borcalana 12 ay müddətinə illik 19% ödəmək şərti ilə 2200 manat məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti ralışadırılmış müddətdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh oğlu arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli, 200804- 108011/2 nömrəli Kredit müqaviləsindən görünür ki, Bank borcalana 12 ay müddətinə illik 19% ödəmək şərti ilə 1000 manat məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti ralışadırılmış müddətdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Borc barədə maliyyə arayışlarından görünür ki, xx xxxxxxx 2020-ci il tarixə borcalanın Banka xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/1 nömrəli kredit müqaviləsi üzrə 1170,73 manat əsas borcu və 62,77 manat faiz borcu olmaqla, ümumilikdə 1233,50 manat kredit borcu; xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/2 nömrəli kredit müqaviləsi üzrə 687,52 manat əsas borcu, 46,53 manat faiz borcu olmaqla, ümumilikdə 734,05 manat kredit borcu mövcuddur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh krediti faizi ilə birlikdə hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. MPP-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/1 nömrəli kredit müqaviləsi üzrə 1170,73 manat əsas borc və 62,77 manat faiz borcu, cəmi 1233,50 manat kredit borcu; xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/2 nömrəli kredit müqaviləsi üzrə 687,52 manat əsas borc və 46,53 manat faiz borcu, cəmi 734,05 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat İddiaçı-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/1 nömrəli kredit müqaviləsi üzrə 1170,73 manat əsas borc və 62,77 manat faiz borcu, cəmi 1233,50 (bir min iki yüz otuz üç manat əlli qəpik ) manat kredit borcu; xx xxxxxx 2019-cu il tarixli, 200804-108011/2 nömrəli kredit müqaviləsi üzrə 687,52 manat əsas borc və 46,53 manat faiz borcu, cəmi 734,05 (yeddi yüz otuz dörd manat beş qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7203/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7203/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver