Məhkəmə qərarları › İş №2(060)-724/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-724/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-724/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümyəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan «AG Bank» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul“ tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 489,51 ABŞ dolları əsas, 7,38 ABŞ dolları faiz, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 71,26 AŞ dolları faiz borcu olmaqla cəmi 568,15 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6022/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırmanın aparılmasına zərurət olduğu müəyyən edilyindən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli,106.LN.1609.2610.261015.R.00001 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 27% ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində şəxsi məişət ehtiyaclarının ödənilməsi məqsədilə kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixə Banka ödənilməmiş 489,51 ABŞ dolları əsas, 7,38 ABŞ dolları faiz, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 71,26 AŞ dolları faiz borcu olmaqla cəmi 568,15 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir. Onun iddiaçıya olan əsas borcu 400 ABŞ dolları təşkil edir. Həmin borcu hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənəəsasən iddia təmin edilməlidir. Mülki işmateriallarında olan: xx.xx.2015-ci il tarixli, 106.LN.1609.2610.261015.R.00001 saylı istehlak kredit müqaviləsindən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh 24 ay müddətinə, illik 27% olmaqla 3000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2020-ci il tarixə Banka ödənilməmiş 489,51 ABŞ dolları əsas, 7,38 ABŞ dolları faiz, illik 5% hesablanmaqla gecikdirilmiş müddəti üçün 71,26 AŞ dolları faiz borcu olmaqla cəmi 568,15 ABŞ dolları məbləğində kredit borcu vardır. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə həmçinin Mülki Məcəllənin 445-ci maddəsinə əsasən hesab edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, tərəflər arasında kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 71,26 ABŞ dolları ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 489,51 ABŞ dolları əsas borc, 7,38 ABŞ dolları faiz borcu, gecikdirilmiş müddət üçün illik 5% hesablanmış 71,26 ABŞ dolları, cəmi 568,15 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 489,51 ABŞ dolları əsas, 7,38 ABŞ dolları faiz, gecikdirilmiş müddət üçün illik 5 faiz hesablanmış 71,26 ABŞ dolları faiz borcu, cəmi 568,15 (beş yüz altmış səkkiz dollar on beş sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat, qırx qəpik) manat Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar