Məhkəmə qərarları › İş №2(060)-7244/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7244/2025

19.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7244/2025 19.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" ASC, maraqlı şəxs: Maraqlı şəxs) iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borc öhdəliyi mübahisəli olduğundan yekun məhkəmə aktı qəbul edilənədək onun barəsində tətbiq olunan məcburi icra tədbirinin icrasının dayandırılması, Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən iddiaçı barəsində qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, 8İ-7262 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə, saat 12:15-ə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi ərizənin baxılmamış saxlanmasına etiraz etmədi. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmənin çağırışına gəlməməsi və cavabdeh tərəfin işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi ilə bağlı fikri nəzərə alınmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" ASC, maraqlı şəxs: Maraqlı şəxs) iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar