Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-73/2024 09.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayədəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 90000 (doxsan min) manat borcun və ödənilmiş 360 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehov oğlundan 90000 (doxsan min) manat borc, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 13500 manat faiz borcu, cəmi 103500 manat borcun və ödənilmiş 394 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 90000 (doxsan min) manat borc vermişdir. Bu barədə aralarında Sumqayıt “ASAN Xidmət” mərkəzində xx.xx.2018-ci ildə kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc alan şəxs, yəni cavabdeh iddiaçıdan aldığı borcu xx.xx.2020-ci il tarixədək hissə-hissə olmaqla ödəməli olmuşdur. Lakin bu günədək 1 manat belə olsun ödəniş etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayədəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc Alana) 90000 manatı notariat kontorunun deposit hesabı vasitəsilə borc verir. Borc alan krediti xx/xx/2020-ci il tarixədək hər ay hissə-hissə borc verənə qaytarmağı öhdəsinə götürür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/7638 saylı ekspert rəyindən görünür ki, İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il trixli kredit müqaviləsi üzrə qərardadda ekspert qarşısında qoyulmuş sualda tələb olunan xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 90000 manat məbləği nəzərə alındıqda, həmin məbləğin 5 %-i 14775 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı (borc verən) Cavabdeh (borc Alana) 90000 manatı notariat kontorunun deposit hesabı vasitəsilə borc vermiş, borc alan krediti xx/xx/2020-ci il tarixədək hər ay hissə-hissə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu günədək heç bir ödəniş etməmişdir. İddiaçı Cavabdehov oğlundan 90000 (doxsan min) manat borc, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 13500 manat faiz borcu, cəmi 103500 manat borcun və ödənilmiş 394 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/7638 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə qərardadda ekspert qarşısında qoyulmuş sualda tələb olunan xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 90000 manat məbləği nəzərə alındıqda, həmin məbləğin 5 %-i 14775 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə-Mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 90000 manat nəzərə alınmaqla həmin məbləğin 5%-nin 14775 manat müəyyən olunmuşdur ki, bu da iddiaçının tələb etdiyi məbləğdən yüksəkdir. Belə ki ekspert rəyində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 90000 manat nəzərə alınmaqla həmin məbləğin 5%-nin 14775 manat, iddia tələbində isə 13500 manatdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsi iddiaçının tələb etdiyi məbləğdən artıq müəyyən edilə bilməz. Ona görə də iddia tələbi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 90000 manat nəzərə alınmaqla həmin məbləğin 5%-nin ödənilməsinə dair hissədə təmin edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmamalıdır. Məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13500 manat məbləğində hissəsi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 90000 (doxsan min) manat borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 90000 manat nəzərə alınmaqla həmin məbləğin 5%-i olan 13500 manat faiz borcu, cəmi 103500 manat borc alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddianın qiyməti 100000 manatdan ******* manatdaək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun həcmi 390 manat + 100000 manatdan yuxarı iddia qiymətinin 0,1-%-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 103500 manat olduğundan 394 manat dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq İddiaçı Qudrər oğluna verilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 90000 (doxsan min) manat borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 90000 manat nəzərə alınmaqla həmin məbləğin 5%-i olan 13500 manat faiz borcu, cəmi 103500 manat borc və ödənilmiş 394 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 90000 (doxsan min) manat borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 90000 manat nəzərə alınmaqla həmin məbləğin 5%-i olan 13500 manat faiz borcu, cəmi 103500 manat borc və ödənilmiş 394 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005, VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-73/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-73/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver