Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7305/2021 11.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019cu il fevral ayında ondan bir həftə ərzində qaytarmaq şərti ilə 1000 manat məbləğində borc pul almış, dəfələrlə ona bildirmişdir ki, avtomobilini düzəltdirib onun pulunu qaytaracaqdır. O,Cavabdeh inanıb yaşadığı evin qarşısında 1000 manat borc pul vermişdir. Bir neçə gün sonra Cavabdeh İddiaçı mart ayına qədər qaytarmaq şərti ilə 2400 manat borc pul almışdır. Cavabdeh ondan ümumilikdə 3410 manat borc pul almışdır. İddiaçı dəfələrlə pulunu tələb etmiş, Cavabdeh Zəkrulla oğlu isə onu aldatmış və ya təhqir edərək telefonu söndürmüşdür. Cavabdeh ona heç nədən qorxmadığını, onu aldatdığını bildirmiş, Cavabdeh vəkili ona yazılı qəbz verərək, hər ay 500 AZN ödəyəcəklərini vəd etmişdir. Daha sonra da Cavabdeh və vəkili tərəfindən aldadıldığı məlum olmuşdur. Qeyd olunanlara görə o ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də məhkəmədən Cavabdeh onun xeyrinə 3410 (üç min dörd yüz on) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, cavabdeh ondan maşın üçün 200, 150, 1000 və 1000 manat mabləğində pulları hissə-hissə almışdır. O da inanıb pulları vermişdir. Cavabdehin əməli dələduzluqdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 31.05.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh həqiqətən İddiaçı 3410 AZN borc pul aldığını təsdiq etmiş və 10 iyun 2021-ci il tarixindən başlayaraq hər növbəti ayın 10-da 500 AZN məbləğində pulun İddiaçı kart hesabına köçürməyi öhdəsinə götürmüşdür. Həmin qəbzin surətindən görünür ki, İddiaçı Cavabdeh 3410 AZN məbləğində borc verdiyini təsdiq etmiş və 10 iyun 2021-ci il tarixindən başlayaraq borc tam bitənə qədər hər növbəti ayın 10-na hesab kartına köçürülməsinə razılıq vermişdir. İş materiallarında olan 26 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan “Kapital Bank”-ın ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı hesabına heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının izahatı iş materiallarında olan sübutlara əsasında müqaisəli şəkildə tədqiq edilərək müəyyən edildi ki, həqiqətən də İddiaçı qızı Cavabdeh 2019-cu müxtəlif vaxtlarında 3410 manat borc pul vermiş, lakin cavabdeh bu vaxta kimi həmin borcu geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı iddia tələbinin dəlillərini sübutlarla öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuşdur. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 3410 (üç min dörd yüz on) manat borc pul vəsaiti, 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı qızına verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3410 (üç min dörd yüz on) manat borc pul vəsaiti, 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulub, İddiaçı qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7305/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7305/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver