Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7383/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Müzəffər qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan 01 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 400 (dörd yüz) manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Onların birgə nikahlarından 31 may 2005-ci il təvəllüdlü X6, 06 oktyabr 2006-cı il təvəllüdlü X7 və 01 avqust 2010-cu il təvəllüdlü X2 anadan olmuşdur. Sumqayıt Şəhər məhkəməsinin (hakim Aynur Behbudova) xx.xx.2021-ci il tarixli, 2(060)-2871/2021 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiama baxılaraq aralarında bağlanmış nikah ləğv edilmiş və Cavabdeh 19 fevral 2021-ci il tarixdən başlayaraq 31 may 2005-ci il təvəllüdlü X6, 06 oktyabr 2006-cı il təvəllüdlü X7 və 01 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa göro 140 (yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub mənə verilməsi qət edilmişdir. 25 iyun 2023-cü il tarixli 2(060)-3237/2023 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş 06 oktyabr 2006-cı il təvəllüdlü X5 və 01 avqusr 2010-cıı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-2871/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğindən aliment tutulması qərara alınmışdır Bildirmək istəyir ki, cavabdehin verdiyi aliment övladlarını dolandırmaq üçün bəs etmir. Bazar qiymətlərinin qalxması, eləcə də uşaqların böyüməsi ilə əlaqədar xərclər artmışdır. Bundan başqa qızı X6 yetkinlik yaşına çatması ilə əlaqədar, ona ayrılan aliment 31 may 2023-cü il tarixindən kəsilmişdir, lakin qeyd etmək istiyir ki, qızı Fərhadlı Aydan bronxial asma xəstəsidir,mütəmadi müalicələrin alınmasma eytiyacı var. Bakı Biznes Üniversitetin İİİ kurs tələbəsidir, təhsili ödənişlidir (ilə 2000(iki min)manat). Bundan başqa qızı X7 Bakı İqtisad Üniversitetin nəznində Kollecin 1-ci kurs tələbəsidir, yetkinlik yaşına çatması ilə əlaqədar olaraq ona ayrılan aliment 06 oktyabr 2024-cü il tarixindən kəsilməkdədir. O, tək ana övladları ilə Bakı şəhərində kirayədə yaşayır. Övladlarının saxlanılması üçün verilən 200 manatla iki tələbə qızları (biri ödənişli təhsil almaqdadır) və azyaşlı oğlunu necə saxlayır. Onları sağlam və təhsilli böyüməsi üçün, gələcəkdə Dövlətə və Xalqa layiqli vətəndaş olmaları üçün əlindən gələni edir. Hal hazırda qızı Fərhadlı Aysu gündüz tələbə olaraq oxuyur və axşam saat 18.00-dan gecə saat 01.00 kimi evlərinin yanındakı mağazada satıcı olaraq çalışır. O, bir ana olaraq bunu qəbul etmək istəməsələr də qızı təkidlə işləməsini qərara aldı, çünki ailə çox ağır durumdadı. Bunların heç birinə ata tərəfındən köməklik edilmir, 4 il olacaq ki,ata övladları ilə maraqlanmır və onları görmür. Bundan başqa məlumat üçün bildirmək istəyir ki,cavabdehin 2021-ci ildən ödənilməyən aliment borcu var və Abşeron rayon Məhkəməsinin qərarı ilə cavabdeh 15 sutka saxlanılmaqla cəza almışdır, xahiş edirəm bu məsələyədə diqqət yetirəsiniz. Cavabdehin maddi durumu çox yaxşıdı, birgə yaşadıqları dövrdə tikinti sektorunda usta və sonralar iş icraçısı kimi fəaliyyət göstərirdi, aylıq 1000-1200 manat əmək haqqı alırdı. Nikahlarına xitam verilən gündən hər dəfə alimentin məsələsinə baxılanda, əmək haqqınm minimum olmasına dair saxta arayışlar təqdim etməkdədir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə görə, Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasmda iştirak etməlidirlər. Bu səbəbdən də cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsindən imtina edib iştirak etmədi və ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Müzəffər qızı iddia tələbini müdafiə edərək bildirdi ki, qızı cavabdelə 2004-cü ildə rəsmi ailə həyatı qurub və birgə nikahlarından 3 uşaqları olmuşdur. Uzun müddət Moskvada şəraitsiz vəziyyətdə yaşamışdırlar. Hazırda 4 il olacaq ki, uşaqlar onun yanındadırlar. Cavabdeh uşaqlar evdən çıxan kimi evi təmir etdirib. Tərəflərin birgə nikahlarından olan uşaqlardan ikisi artıq yetkinlik yaşına çatıb. Uşaqlardan biri ödənişli ali təhsil alır. Cavabdeh isə cəmi 200 manat aliment verir. Uşaqlardan birinin allergiyası var və bununla əlaqədar mütəmadi olaraq müalicə alır. Uşaqlarla nəinki atası, heç digər nənə və babası da maraqlanmır. Cavabdeh heç qızını işləməyə də qoymamışdır. Bu səbəblə də ixtisasına aid olmayan işdən 400-500 manat maaş alır. Xərclərini çatdırmaq üçün böyük qız nəvəsi həm işləyir, həm də oxuyur. Cavabdehin 3000 manat aliment borcu vardır. Cavabdehin hazırda imkanı var lakin, boşandıqdan sonra uşaqlara baxmır. Nümayəndə qeyd edilənlərə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, uşaqlardan biri artıq yetkinlik yaşına çatıb. O, uşaqları üçün hər zaman əlindən gələni edib. Hazırda bir uşaq üçün aliment ödəyir. Hazırda 500 manat əmək haqqı alır və onun yalnız 250 manat hissəsini aliment kimi ödəyə bilər. İddiaçının 400 manat aliment istəməsinin səbəbini anlamır. Belə ki, uşaq üçün 400 manat ödədiyi halda ona qalan 100 manatla yaşamaq mümkün deyil. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə AZ-İİ 544704 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 01 avqust 2010-cu il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2871/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, Fərhadova (Qələndərova) Samirə Ərzurum qızı ilə Cavabdeh arasında Sumqayıt şəhər nikah evində xx.xx.2004-cü il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 677 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahınlarından olan xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 İddiaçı yanında qalmaları, cavabdeh oğlundan xx.xx.2021-ci il tarixindən etibarən xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxtanılmaları üçün hər ay hər uşağa görə 140 (yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Sumqyıt şəhər Məhkəməsinin 2(060)-3237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 06 oktyabr 2006-cı il təvəllüdlü X4 və 01 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 02 iyııl 2021-ci il tarixli, 2(060)-2871/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh usta işləyir və 500 manat əmək haqqı alır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri bir neçə dəfə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə işin hallarını və cavabdehin məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 250 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 200 manatdan 400 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2400 ((400-200) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 44 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci hazırki iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunu əhatə edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci - 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 01 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 60 (manat) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7383/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7383/2024
26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver