Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-740/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 597,36 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 345,99 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 84,32 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 595,84 ABŞ dolları, cəmi 1623,51 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 28% ödəmək şərtilə 954 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona aid edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə müqavilələrin şərtlərini pozmuşdur. Digər Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsindən və ona əlavədən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh2 24 ay müddətinə, illik 28% olmaqla 954 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 xx.xx.2015-ci il tarixli müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 597,36 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 345,99 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 84,32 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 595,84 ABŞ dolları cərimə borcu vardır. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə gəldiyini nəticəni aşağıdakılara görə əsaslandırır: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, X6 özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, müştərilər tərəfindən qeyd edilən satışlar üzrə mağazaya edilmiş aylıq kredit ödənişlərini dərhal banka təqdim etməli olduğu halda, həmin öhdəliyin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib 2016-cı ilin əvvəllərindən xx xxxxxx 2018-ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən həmin mağazada ayrı-ayrı müştərilər tərəfindən kreditlər üzrə edilən ödənişləri cinayətdən xəbərsiz olan həmin mağazanın ayrı-ayrı satıcıları vasitəsilə qəbul etdikdən sonra yığılmış həmin kredit ödənişləri üzrə müxtəlif məbləğlərdə, o cümlədən, Cavabdeh2 xx.xx.2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1064 manat məbləğində pul vəsaitinin 613 manatını, ümumilikdə 109 nəfər tərəfindən ödənilmiş cəmi 49.264,14 manat (qırx doqquz min iki yüz altmış dörd manat on dörd qəpik) məbləğində pul vəsaitini kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASC-yə və həmin bankın ləğv etmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödəməyib “Technom” mağazasının dövriyyəsinə sərf etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını, kredit ödənişlərinin təmin etməklə bağlı fəaliyyətini pozub əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Bununla da, X6 və X4 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Həmin hökmlə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X5 qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. Eyni zamanda X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X5 qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. Həmin hökmlə mülki iddia tam təmin edilərək, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASCyə vurulmuş 49.294,14 (qırx doqquz min iki yüz doxsan dörd manat on dörd qəpik) manat maddi ziyanın mülki cavabdehlər X3 və X2 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin Ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. Göründüyü kimi, bankdan götürülən kreditlə bağlı Cavabdeh2 tərəfindən ödənilən 613 manatın mağazanın iki əməkdaşı tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapmış, İddiaçı ASC-yə dəymiş ziyanın, o cümlədən cavabdeh tərəfindən mağazaya ödənilmiş, lakin banka ödənilməmiş 613 manatın təqsirləndirilən şəxslərdən tutulub iddiaçı banka ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin götürdüyü kreditin ödənişlərini ödədiyi, onun ödədiyi məbləğlərin digər şəxslər tərəfindən ələ keçirilərək mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapmaqla, bununla əlaqədar İddiaçı ASCyə dəymiş ziyanın həmin cinayəti törətmiş şəxslər tərəfindən ödənilməsi qərara alınmışdır. Həmin hökmün məzmunundan eləcə də görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci il tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Nəzərə alınsa ki, həmin ödənişlərin edildiyi xx.xx.2015-xx.xx.2017-ci il tarixlərdə dolların manata olan məzənnəsi 01 ABŞ dolları-1,70 manat olduğundan cavabdeh tərəfindən 360,59 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bu baxımdan iddiaçının iddia tələbində əsas borc olaraq göstərilmiş 597,36 ABŞ dollarının 360,59 ABŞ dolları ödənildiyi üçün 236,77 ABŞ dolları əsas borc hesablanmalıdır. Eləcə də cavabdeh tərəfindən edilmiş sonuncu ödəniş 2017-ci ilin aprel ayında olmuşdur, ona görə cavabdehin faiz borcu 236,77 ABŞ dollarına münasibətdə hesablanmalı olduğundan, son ödəniş aparıldığı xx.xx.2017-ci il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə (06 ay müddət üçün) illik 28% dərəcəsi ilə 33,15 ABŞ dolları faiz borcu hesablanmalıdır. Məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi ilə bağlı hissədə iddia tələbi də qismən əsaslıdır, tərəflər arasında kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmalıdır. Lakin cavabdehin həmin dövr üçün əsas borcu 236,77 ABŞ dolları olduğundan illik 5% borc həmin əsas borca münasibətdə müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr (35 ay) üçün illik 5% olaraq 34,52 ABŞ dolları nəzərdə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 595,84 ABŞ dolları cərimə azaldılaraq 20 ABŞ dolları müəyyən edilməlidir. Bank ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh1 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh2 236,77 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərinin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 33,15 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 34,52 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 20 ABŞ dolları cərimə, cəmi 324,44 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 24 manatı iddiaçıya aid edilməli, 06 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə 236,77 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərinin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 33,15 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 34,52 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 20 ABŞ dolları cərimə, cəmi 324,44 (üç yüz iyirmi dörd ABŞ dolları, qırx dörd sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 06 (altı) manat Cavabdeh2 Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-740/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-740/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver