Məhkəmə qərarları › İş №2(060)-7409/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7409/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7409/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 15660 manat və 7000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun alınıb ona verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 21 oktyabr 2013-cü ildə onun anası X9 Cavabdeh ilə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusunda ilkin müqavilə bağlamışlar. Müqavilənin 1-ci bəndinə görə Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0314 ha faktiki torpaq sahəsindən 0.01 ha hissəsini həmin günə razılaşdıqları məbləğə yəni 21767.40 manata anası X1 öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə görə razılaşdırılmış satış qiyməti olan 21767.40 manatdan 15660 iddiaçının anası X9 Notariat Kontorunun Depozit hesabına qoyaraq Kapital Bank ASC-nin Sumqayıt fililalı vasitəsilə Cavabdeh ödəmişdir. Yerdə qalan 6107.40 manatı isə Cavabdeh AR ƏM Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsindən hüquqmüəyyənedici sənəd olan Çıxarış və forma - 1 (arayış) aldıqdan, özəlləşdirdikdən sonra əsas müqavilənin bağlandığı tarixdə Kapital Bank ASC-nin Sumqayıt filialı vasitəsilə Cavabdeh ödəniləcəkdir. Müqavilənin 3-cü bəndinə görə isə əsas müqavilənin bağlanması 21.01.2014-cü il tarixədək başa çatdırılmalı idi. Cavabdeh sənədləşdirmə işlərini həll etmək üçün 2014-cü ildə iddiaçının anasına müraciət etmiş və qalan pulu da tələb etmişdir. İddiaçının anası notarius vasitəsilə qalan pulu yəni 7000 ABŞ dolları məbləğində pulu cavabdehə vermişdir. Bu barədə borc müqaviləsi bağlanmışdır. Lakin cavabdeh bu günə kimi öhdəliyini icra etməmişdir. Bildirir ki, anası X9 30.04.2018-ci ildə, atası X5 isə 06.01.2015-ci ildə vəfat etmişdir. 30 aprel 2018-ci ildə vəfat etmiş anası X3 adına vərəsəlik işi açılmış və iddiaçı anasının vərəsələri dairəsinə daxil edilmişdir. Müqavilənin 4-cü bəndinə görə tərəflərdən hər hansı biri müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməzsə müqavilənin bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş zərəri qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, cavabdeh ilkin müqavilə üzrə götürdüyü öhdəliyi bu günə kimi yerinə yetirməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, ödənilən pulları cavabdehdən tələb edir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, onlar iddiaçıya ev satıb 21000 manat pul alıblar. İndi həmin pulu yalnız evi satdıqdan sonra qaytarmağa razıdırlar. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X5, anası isə X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 30.04.2018-ci ildə, X5 isə 06.01.2015-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2013-cü il tarixli ilkin müqavilənin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.0314 ha faktiki torpaq sahəsindən 0.01 ha hissəsini həmin günə razılaşdıqları məbləğə yəni 21767.40 manata iddiaçının anası X1 öhdəsinə götürmüşdür. Bundan başqa iş materiallarında olan 03.06.2014-cü il tarixli kredit(borc) müqaviləsinin surətindən görünür ki, X9 7000 ABŞ dolları məbləğində pulu Cavabdeh 4 ay müddətinə borc vermişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 16 fevral 2020-ci il tarixli, 1089 nömrəli məktubda göstərilir ki, mirasın qəbul ərizəsi əsasında 30 aprel 2018-ci ildə vəfat etmiş anası X3 adına vərəsəlik işi açılmış və iddiaçı mərhumun vərəsələri dairəsinə daxil edilmişdir. Miras əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim etdiyi halda iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1- ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 21.10.2013-cü il və 03.06.2014-cü il tarixlərində müqavilələr bağlanmış, iddiaçı həmin müqavilələr üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15660 manat və 7000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15660 manat və 7000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar