Məhkəmə qərarları › İş №2(060)-7419/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7419/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7419/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4313,14 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh arasında bağlanmış 15.12.2014-cü il tarixli **********6640 saylı kredit müqaviləsinə əsasən bank ona 24 ay müddətinə illik 32% olmaqla 3500 manat məbləğində kredit vermişdir. O, həmin müqavilə üzrə cavabdehə zamin durmuş və bu barədə "FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT ilə aralarında 15.12.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən "FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT cavabdehə və ona qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1022/2016 saylı 02 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan və Cavabdeh müştərək qaydada əsas borc üzrə 3055 manat, faiz borcu üzrə 936,44 manat, cərimə borcu üzrə 97,20 manat olmaqla, cəmi 4088,64 manat və 30 manat dövlət rüsumu alınaraq “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra zamanı onun əmək haqqından 1856 manat 72 qəpik və 129 manat 40 qəpik məbləğində pul tutulmuşdur. Bundan sonra o, bankın hesabına 2039 manat 02 qəpik məbləğində pul ödəmişdir. Həmçinin icra haqqı kimi icranın depozit hesabına 288 manat məbləğində pul ödəmişdir. Yəni cavabdehin banka olan borcu onun tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə ona bank tərəfindən arayış da verilmişdir ki, kredit müqaviləsi üzrə öhdəlikləri yoxdur. Cavabdehin banka olan borcu onun tərəfindən tam olaraq ödənildikdən sonra o, cavabdehə müraciət edərək, ondan pulunun geri qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh buna məhəl qoymur və pulunu geri qaytarmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, 1856,72+129,40+2039,02+288=4313,14 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 4183,74 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1022/2016 saylı 02 mart 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı "FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli QBKT-nin cavabdehlər X3 və Cavabdeh qarşı «borc tələbinə dair» iddiası təmin edilmiş, X1 və Cavabdeh 3055 manat əsas borc, 936,44 manat faiz borcu, 97,20 manat cərimə borcu, cəmi 4088,64 manat və 30 manat dövlət rüsumunun «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 07.05.2021-ci il tarixli, 101/01 saylı arayışından görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 26540 nömrəli, 30.09.20216-cı il tarixli icra məktubuna əsasən cəmi 1856 manat 72 qəpik və 3332/35 nömrəli, 09.03.2021-ci il tarixli icra sənədinə əsasən 129 manat 40 qəpik cərimə X2 əmək haqqından tutulmuş, “FİNCA Azerbaijan” MM Qeyri Bank Kredit Təşkilatının hesabına köçürülmüşdür. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin Sumqayıt şəhər Təhsil Şöbəsinə ünvanladığı 26540 nömrəli, 30.09.20216-cı il tarixli icra məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1022/2016 saylı 02 mart 2016-cı il tarixli icra sənədi üzrə borcun ödənilməi ilə bağlı X2 əmək haqqından 50% tutulub FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli QBKT-nə verilməsi xahiş edilmişdir. “FİNCA Azerbaijan” MMQBKT-nin 20.05.2021-ci il tarixli №2021/999/3448 saylı arayışından görünür ki, Cavabdeh və zamini X2 “FİNCA Azerbaijan” X7-Bank Kredit Təşkilatı qarşısında 15/12/20140-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyi yoxdur. 21.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər İcra idarəsinin hesabına 288 manat pul ödənilmişdir. 06 may 2021-ci il tarixli №BPM **********03 mədaxil qəbzindən görünür ki, X4 tərəfindən müştəri Cavabdeh borcuna görə 2039,02 manat kredit ödənişi olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə “FİNCA Azerbaijan” MMQBKT arasında kredit müqaviləsindən irləi gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə məhkəmə qətnaməsinə əsasən Cavabdeh və kredit müqavləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı olaraq üzərinə birgə məsuliyyət götürmüş zamin İddiaçı kredit borcunun müştərək qaydada tutulması qət edilmiş, icra sənədi üzrə borc məbləğindən cəmi 3895,72 (1856,72+2039,02) İddiaçı alınaraq “Finca Azerbaijan” MMQBKT-nin hesabına və 288 manat icra ödənişi alınaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsnə ödənilmişdir. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472, 475-ci maddələrinə istinadən qiymət verərək iddiaçının tələbini əsaslı və qanuni hesab edir. Odur ki, 4183,74 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehdan 4183,74 (dörd min bir yüz səksən üç manat yetmiş dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi: Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar