Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7438/2022 15.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Bəxtiyar qızının Cavabdeh qarşı «aliment miqdarının artırılması tələbinə dair» ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Bəxtiyar qızı Cavabdeh qarşı «aliment miqdarının artırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktının nömrəsi və tarixi iddia ərizəsinin “xahiş etdi” hissəsində göstərilməmişdir. Qeyd olunan bu hal iddia ərizəsində iddiaçının tələbinin göstərilməməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həlli üzrə mediasiya prosesində iştiraka dair sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən- “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən- Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: - nikahın davam etdirilməsi şərtləri (26.1.1) - valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası (26.1.2) - uşağın yaşayış yerinin müəyyən edilməsi (26.1.3) - uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; (26.1.4.) - ailə münasibətlərindən irəli gələn digər mübahisələr (26.1.5) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi iddia ərizəsinin forma və məzmununu müəyyən edir. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əssən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizədə qeyd edilməlidir. MPM-nin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş 04 aprel 2022-ci il tarixli «İlkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə» arayışa gəldikdə isə hesab edirəm ki, həmin arayış yoxlanılan ərizə üzrə mübahisənin mediasiya yolu ilə bağlı mediasiya prosesində iştiraka dair sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayış eyni tərəflər arasında eyni predmetlə bağlı iddia tələbi üzrə məhkəməyə müraciət edilərkən istifadə edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3122/2022 saylı qətnaməsi ilə İddiaçı Bəxtiyar qızının Cavabdeh qarşı «aliment miqdarının artırılması tələbinə dair» iddiası rədd edilmişdir. MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bəxtiyar qızının Cavabdeh qarşı «aliment miqdarının artırılması tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7438/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7438/2022
15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver