Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7452/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul, vurulmuş maddi ziyan tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vermiş olduğu 4500 (dörd min beş yüz) ABŞ dolları pulun, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına ödədiyi 50 (əlli) manatın, iddianın qiyməti-məhkəmə dövlət rüsumu olaraq ödədiyi 30,40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manatın, icra xərci olaraq 190 manatın, N.Qafarov tərəfindən ödənilmiş 45 manat dövlət rüsumlarının alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qafarov Nəvail Nəcəf oğlu iddiaçının doğma qardaşıdır və Naxçıvan MR-nın vətəndaşı olmaqla Naxçıvan MR-nın Şərur rayonunun Püsyan kəndində qeydiyyatda olmaqla yaşayır. X15 Nəcəf oğlu 2008-ci ildə Sumqayıt şəhərinə qonaq gələndə bildirmişdir ki, Sumqayıt şəhərindən fərdi yaşayış evi tikintisi üçün torpaq almaq istəyir. Onun fikri qəti olduğundan, onlar tanışları olan X8 müraciət etmişlər. Bundan bir neçə gün sonra Həsən Sumqayıt şəhəri, X16 massivi ərazisində 6 sot torpaq sahəsi satıldığını bildirmişdir. İddiaçı, qardaşı və makler sözügedən torpaq sahəsinə gedib baxmışlar. Darvazasız 4 daş hündürlüyündə daş hasara alınmış torpaq sahəsi idi. Qardaşı Nəvail həmin torpaq sahəsini baxıb bəyənmişdir. Bundan sonra Həsən gedib torpaq satan - cavabdeh X6 çağırmış və onlar söhbət etmişlər. N. Abdullayev 6 sot torpaq sahəsinin ona məxsus olduğunu və 4500 ABŞ dollarına satdığını bildirmişdir. Qardaşı Nəvail qiymətdə onunla razılaşmışdır. Səhərisi onun və makler Həsənin iştirakı ilə 4500 ABŞ dolları məbləğində pulu şəxsən Cavabdeh təqdim etmişlər. Cavabdeh satılan torpaqla bağlı bağ kitabçasının olduğunu bildirib pulu almışdır. Bundan sonra BTZ bağları üzrə Bağçılıq Komitəsinin sədri Qurbana həmin kitabçanı yazdırıb onlarfa təqdim etmişdior. Qardaşı çıxıb Naxçıvan MR-na yaşadığı ünvana getmiş, qardaşı torpaq sahəsini alsa da, maddi imkanı olmadığından aldığı 6 sot torpaq sahəsinin daş hasarına darvaza qoydurub, ev tikdirə bilməmişdir. İddiaçı isə hər dəfə aldıqları torpaq sahəsinə gedib, baxıb nəzarət etmişdir. 2013-cü ilin noyabr ayında növbəti dəfə torpaq sahəsinə baxmağa gedəndə iddiaçıya məlum olmuşdur ki, qardaşıı Nəvailin aldığı torpaq sahəsi Qubadlıdan olan Yavər adlı şəxs tərəfindən orada yaşayan qonşulardan birinə satılmış, həmin şəxs torpaq sahəsini hasara alaraq darvaza qoymuşdur. Bu hal iddiaçıya məlum olduqdan dərhal sonra Yavərlə görüşmüşdür. Yavər bildirmişdir ki, torpaq onundur, o isə satmışdır. Ona görə də makler Həsənə müraciət edib, vəziyyəti danışmışdır. Həsən iddiaçı ilə birgə gedib X5 evini tapmış, torpaq sahəsinin başqa şəxsə satılmasının səbəbini soruşmuşdur. Cavabdeh bildirmişdir ki, «torpaq sizindir, mənlik heç nə yoxdur, gedin darvazanı sındırın girin içəri». İddiaçı da qardaşına baş vermiş hadisə barədə məlumat vermiş, təcili gəlməsini söyləmişdir. X9 gəlmiş, birgə yenə də, makler Həsənin yanına gedib, Cavabdehlə görüşmüşlər. Cavabdeh yenə də, eyni sözləri bildirmiş, «torpaq sizindir, bağ kitabçasımda alıb vermişəm, mənlik heç nə yoxdur, gedin darvazanı sındırın girin içəri» demişdir. Vəziyyət belə olanda qardaşı Nəvaillə birgə Sumqayıt şəhər Polis İdarəsinin 1- ci Polis Bölməsinə Cavabdeh şikayət etmişlər. Qardaşının vaxtı az olduğuna görə iddiaçıya notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş, özü çıxıb Naxçıvana getmişdir. İddiaçı isə şikayətlə bağlı onun əvəzindən və öz əvəzindən şikayəti tələb etmişdir. Şikayətə baxılan ərəfədə Cavabdeh gəlib iddiaçını tapmış və şikayətə ehtiyac olmadığını bildirmişdir. X4 adlı şəxsin olduğunu, bizə ondan da yaxşı torpaq sahəsi verəcəyini bildirmişdir. Cavabdeh B.Əzizovun mobil nömrəsini iddiaçıya vermişdir. İddiaçı da gedib B.Əzizovla görüşmüşdür. B.Əzizov bildirmişdir ki, bəli, Nuşrəvan ona deyib ki, xəbəri var, gedək Yaşıldərə ərazisində başqa torpaq sahəsi göstərsin, bir işdir olub, yoluna qoyaq. İddiaçı və qardaşının əsas məqsədləri torpaq sahəsi almaq olduğundan etiraz etməmişlər, B.Əzizovla razılaşmış və o, iddiaçıya X16 massivində başqa 6 sot torpaq sahəsini göstərdi. Həmçinin bildirmişdir ki, gəlin bu torpaq sahəsini sənədləşdirək, yenidən problem yaranmasın. Sənədləşmə üçün B.Əzizov 3000 manat məbləğində pul istəmişdir. İddiaçı da qardaşı Nəvailə bu barədə bildirmişdir. Nəvail bildirmişdir ki, 2700 manatı var, əgər həmin pulu qəbul edirlərsə pulu göndərsin. iddiaçı də Bilala 2700 manat pulları olduğunu demişdir. B.Əzizov bildirmişdir ki, mümkündür, sənədləşməni həmin pulla düzüb qoşaram. Bundan sonra cavabdeh B.Əzizovla iddiaçı Hərbi Komissarlığın köhnə binasına getmişlər. Belə ki, Sumqayıt Bələdiyyəsi həmin binada yerləşirdi. Orada sənədləşmə üçün hansı sənəd lazımdırsa, onları soruşduq və yazıb götürmüşlər. X14 MR-nın vətəndaşı olduğundan, iddiaçı Sumqayıt şəhər sakini olduğundan sənədləşməni iddiaçının adına rəsmiləşdirilməyi qərara almışlar. Səhərisi sənədləri toplayıb, Bilalla həmin binada görüşüb, tələb olunan sənədləri və 2700 manat pulu Bilala təqdim etmişdir. Lakin Bilal sənədləri və pulu iddiaçıdan almasına baxmayaraq hər dəfə müxtəlif bəhanələr gətirərək nə torpağa dair sənədi, nə də pulu iddiaçıya qaytarmamışdır. Sonradan Bilal torpaq sahəsinin sənədləşməsi üçün ona verdiyi 2700 manat pulun 500 manatını, torpaq sahəsinin sənədləşməsini apara bilmədiyinə görə geri qaytarmışdır. Həmçinin bildirmişdir ki, qalan 2200 manatı az-az ödəyəcəkdir. Vəziyyəti belə görən qardaşı Nəvail 6 sot torpaq sahəsini ona tapan makler Həsəndən, ona torpaq satan Nuşrəvandan, daha sonra digər 6 sot torpaq sahəsini təqdim edib, sənədini düzəltmək üçün 2700 manat pul alan Bilaldan şikayət etmək əvəzinə, iddiaçını məhkəməyə verib, onlara verdiyi pulu iddiaçıdan tələb etməyə başlamışdır. Nəticədə iddiaçı Qafarov Nəvail Nəcəf oğlu cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı (yəni məndən) 7100 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq) və 710 manat (yeddi yüz on) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı (yəni iddiaçıdan) 4500 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 2700 manat manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Qafarov Nəvail Nəcəf oğlunun xeyrinə tutulması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsindən narazı qalan cavabdeh İddiaçı, yəni iddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8628/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilərək, cavabdeh İddiaçı 4500 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq Qafarov Nəvail Nəcəf oğluna ödənilməsi hissəsində qismən ləğv edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1291/2020, 28.08.2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi, cavabdeh İddiaçı 4500 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq Qafarov Nəvail Nəcəf oğluna ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1291/2020, 28.08.2020-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı Qafarov Nəvail Nəcəf oğlu və vəkili X10 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Qafarov Nəvail Nəcəf oğlunun cavabdeh İddiaçı qarşı iş № 2(102)- 1585/21, 16.03.2021-ci il tarixli qərarına əsasən iddiaçı Qafarov Nəvail Nəcəf oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1291/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qardaşı Nəvailin adları qeyd olunan şəxslərə verdiyi pulu iddiaçıdan tələb etdiyini görüb məcburiyyət qarşısında qalıb Bilaldan torpaq sahəsini tələb etmişdir. Bilal torpağın yerində olduğunu bildirmiş, hətta torpağa dair sənəd təqdim etmiş, 200 manat müqabilində iddiaçıya torpağa dair sənədi və notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim edəcəyini bildirmişdir. İddiaçı da Bilala 200 manat pul verib, torpaq sahəsinə dair sənədi və Bilalın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini almışdır. Qardaşı Nəvaillə iddiaçının arasında yaranmış məhkəmə mübahisəsinə görə B.Əzizovdan aldığı sənədləri, Bilalın düz deyib-deməməsini dəqiqləşdirmək üçün Sumqayıt Bələdiyyəsinə təqdim etmişdir. Orada iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsi faktiki mövcud deyildir, B.Əzizovun verdiyi sənəd isə saxtadır. İddiaçı, İddiaçı başa düşmüş ki, o və X15 Nəcəf oğlu Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 31, mənzil 13-də yaşayan X7və Sumqayıt şəhəri, MİK- 4, ev 7/8, mənzil 58-də yaşayan X13 tərəfindən dələduzluq hərəkətlərinə yol verilməklə aldadılmışlar. Yəni həmin şəxslər iddiaçının və qardaşının onlara olan etibarından suiistifadə edərək onları aldadadaraq 4500 ABŞ dollarını, 2700 manatı və 200 manatı ələ keçirərək mənimsəmiş və onlara maddi ziyan vurmuşlar. Ona görə də iddiaçı şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin 30.04.2021-ci il tarixli, 126-15887Q №-li məktubu ilə iddiaçıya «Sizin ərizədə köməklik göstərilməsini xahiş etdiyiniz məsələ Azərbaycan Respublikasının Mülki və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmənin səlahiyyətindədir. Odur ki, tələbiniz məhkəmə baxışının predmeti olduğundan Siz Azərbaycan Respublikası Mülki və Mülki Prosessual məcəllələrinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada müraciət ilə əlaqədar iddia ərizəsi ilə şikayət etdiyiniz şəxsin yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnuzun olmasını nəzərinizə çatdırırıq. » cavabı verilmişdir. Bu günə qədər cavabdeh X2 dəfələrlə tələb etməsinə baxmayaraq verdiyi 4500 ABŞ dolları məbləğində pulu ondan geri ala bilmir. Çox çıxılmaz vəziyyətdədir. Belə ki, barəsində olan məhkəmə qətnaməsi Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraya yönəldilmişdir və hər ay 300 manat ödəyir. Hazırda yaranmış mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığından Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının ratifikasiyalarını, Mülki Prosessual Məcəlləsinin, Mülki Məcəlləsinin müvafiq maddələrini nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və yuxarıda göstərilən faktlar nəticəsində iddiaçı qanunla ona verilən məhkəmə müdafiəsindən istifadə etmək hüququndan istifadə etmək məcbüriyyətindədir. Cavabdeh X5 hərəkətlərinə görə pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına 50 (əlli) manat, iddianın qiyməti -məhkəmə dövlət rusumu olaraq 30, 40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manat ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa cavabdeh X7 torpaq alınması üçün ona verdiyi 4500 ABŞ dolları pulu vaxtında qaytarmadığına görə icra xərci olaraq icra məmuru tərəfindən iddiaçıdan 190 manat icra xərci və N.Qafarov tərəfindən 45 manat ödənilmiş məhkəmə dövlət rüsumlarını tələb olunur. Göründüyü kimi cavabdeh X7 pulu iddiaçıdan torpaq satmaq üçün almış, lakin nə torpaq satmış, nə də pulu qaytarmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh iddiaçının pulu hesabına əsassız olaraq varlanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirmişdir ki, X15 Nəcəf oğlu 2008-ci ildə X1 4500 ABŞ dollarına torpaq sahəsi almış, lakin maddi imkanı olmadığından ev tikdirə bilməmişdir. 2013-cü ildə torpaq sahəsinə baxmağa gedən zaman məlum olmuşdur ki, qardaşı Nəvailin aldığı torpaq sahəsi Qubadlıdan olan Yavər adlı şəxs tərəfindən orada yaşayan qonşulardan birinə satılmışdır. Onlar Yavərlə görüşmüş, o da bildirmişdir ki, torpaq onundur, o da satmışdır. iddiaçı da makler X8 müraciət etmiş, onunla birlikdə X3 evini tapmışlar, torpaq sahəsinin başqasına satıılmasının səbəbini soruşduqda bildirmişlər ki, “torpaq sizindir, mənlik heç nə yoxdur, gedin darvazanı sındırın girin içəri”. Onlar polisə müraciət etdikdə Cavabdeh onu tapmış və şikayətə ehtiyac olmadığını bildirərək X13 adlı şəxs olduğunu və onlara daha yaxşı torpaq sahəsi verəcəyini bildirmişdir. İddiaçı B.Əzizovla görüşmüş və sənədləşmə üçün lazım olan sənədləri və 2700 manat pulu ona vermişdir. Lakin B.Əzizov müxtəlif bəhanələr gətirərək nə pulu nə də torpağa dair sənədləri iddiaçıya qaytarmamışdır. Sonradan Bilal sənədləşməni apara bilmədiyindən 500 manat pulu iddiaçıya qaytarıb qalanını da hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan sonra qardaşı onu məhkəməyə verib onlara verdiyi pulu tələb etməyə başlamışdır. Qardaşı Nəvailin həmin şəxslərə verdiyi pulu ondan tələb etdiyini görüb məcburiyyət qarşısında qalaraq Bilaldan torpaq sahəsini tələb etmişdir. O da 200 manat müqabilində iddiaçıya torpağa dair sənədi və notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etmişdir. Aldığı sənədləri Bilalın düz deyib-deməməsini dəqiqləşdirmək üçün Sumqayıt Bələdiyyəsinə təqdim etmişdir. Orada iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsi faktiki mövcud deyildir, B.Əzizovun verdiyi sənəd isə saxtadır. Bu günə qədər cavabdeh X2 dəfələrlə tələb etməsinə baxmayaraq verdiyi 4500 ABŞ dolları məbləğində pulu ondan geri ala bilmir. Barəsində olan məhkəmə qətnaməsi Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraya yönəldilmişdir və hər ay 300 manat ödəyir . Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək, iddia ərizəsini əsassız hesab etdi və etirazını bildirdi. O, iddiaçını 2008-ci ildən tanıyır. Onlar həmin vaxt Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən çayxanada tanış olmuşlar. Sabirə torpaq sahəsi lazım olmuş və o iddiaçını Bələdiyyə işçisi Bilal adlı şəxslə tanış etmiş və onlara bildirmişdir ki, əgər aralarında alqı-satqı baş tutarsa, hərəsi ona 100 ABŞ dolları verəcəklər. Sabir cavabdehə demişdir ki, bu torpaq sahəsini iddiaçı qardaşı üçün alır, qardaşının da ona göndərdiyi puldan xərcləmişdir, bu torpaq sahəsini ona görə alır ki, xərclədiyi pulu silsin. Bilal isə demişdir ki, əgər torpaq sahəsini satmış olsa ona 100 ABŞ dolları verəcəkdir. Onlar torpaq sahəsinə baxmağa getmişlər və ertəsi gün cavabdeh Bilaldan nəticəni soruşanda, o, demişdir ki, heç bir şey alınmayıb. Bununla da onun İddiaçıla tanışlığı və Bilalla söhbətləri 2008-ci ildə olmuş və tamamlanmışdır. Bundan sonra 2013-cü ildə cavabdeh yenə həmin çayxanada təsadüfən Sabiri görmüşdür. O, cavabdehə Bilalı axtardığını söyləmişdir. Sabir ona demişdir ki, Bialdan aldığı torpaq sahəsinin 2-ci sahibi peyda olmuşdur. Bu zaman cavabdeh Sabirdən soruşmuşdur ki, nə torpaq sahəsi, axı Bilal o vaxt mənə dedi ki, sizin aranızda heç nə alınmadı. Belə olanda Sabir ona demişdir ki, xeyr, həmin vaxt o, Bilaldan torpaq sahəsi almış, lakin hazırda həmin torpaq sahəsinin 2-ci sahibi vardır. Cavabdeh Sabiri də götürüb tanışları Namiq və Vasiflə cavabdehin avtomobilində "Yaşıl Dərə" yaşayış massivinə getmişlər. Bilala zəng vurmuş, o, da gəlmişdir. Onların yanında Bilalla həmin torpaq sahəsinin 2-ci sahibinin arasında mübahisə baş verdi. Mübahisə zamanı həmin şəxs Bilala sübut etdi ki, torpaq sahəsi ona məxsusdur. Bundan sonra cavabdehə məlum olmuşdur ki, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə Bilaldan şikayət vermişdir. 1-ci PB-dən cavabdehə zəng olmuş onu şahid kimi dindirmək istəmişlər, cavabdeh isə getməmişdir. Bundan bir neçə il sonra cavabdeh Sabirin qardaşı ilə görüşmüşdür. Qardaşı cavabdehdən öyrənmişdir ki, Sabir onun pulunun üstündən xərcləyib, demişdir ki, Sabiri məhkəməyə verəcək. Bir neçə ildən sonra cavabdehi Sumqayıt şəhər Polis İdarəsinə çağırmışlar. Orada cavabdehdən izahat almışlar, izahatında bildirmişdir ki, bu şəxslərin alqı-satqısında iştirak etməmişdir. İddiaçını cavabdeh bu günə kimi cəmi iki dəfə - 1-ci dəfə 2008-ci ildə, 2-ci dəfə isə 2013-cü ildə görmüşdür. Hazırda, İddiaçı cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmənin diqqətinə çatdırır ki, o, Sabirlə heç bir alqı-satqı müqaviləsində iştirak etməmişdir və ondan iddia ərizəsinin təsviri hissəsində göstərilən məbləğdə pul almamışdır. İddia ərizəsində göstərilənlər real həqiqətə uyğun olmayan cəfəngiyyatdır və iddiaçının öz mülahizəsidir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, işin materiallarında olan : - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 4500 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 2700 manat manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Qafarov Nəvail Nəcəf oğlunun xeyrinə tutulması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1291/2020, 28.08.2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi, cavabdeh İddiaçı 4500 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq Qafarov Nəvail Nəcəf oğluna ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Qafarov Nəvail Nəcəf oğlunun cavabdeh İddiaçı qarşı iş № 2(102)- 1585/21, 16.03.2021-ci il tarixli qərarına əsasən iddiaçı Qafarov Nəvail Nəcəf oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1291/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işlə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 3-cü bəndinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Sübutların toplanması məhkəmələrin yox, tərəflərin (iddiaçının, cavabdehin və s.) üzərinə qoyulmuşdur. MPM-nin 77.1-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsi sübutetmə vəzifəsinin bölgüsünün ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. AR Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin məvcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulması və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh hər hansı bir məbləğdə pul verməmişdir, bu hal Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan 2(105)-1291/2020, 28.08.2020-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapır, belə ki, həmin iş üzrə izahat verən İddiaçı (cavabdeh apellyator) bildirmişdir ki, Nüşirəvana 4500 ABŞ dolları pulu o yox, onun X15 Nəcəf oğlu vermişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddiaçının tələb etdiyi ərizə üçün ödənilmiş 50 manatın, həmçinin icra xərci ilə əlaqədar ödədiyi 190 manatın, dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğin ödənilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələblər birbaşa əsas tələblə bağlı olduğundan və əsas tələb təmin edilmədiyindən həmin tələblər də təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının ödədiyi dövlət rüsumu və bundan başqa xərcləri də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi əsassız olmaqla bərabər, maddi hüquq normaları baxımından da əsaslandırılmamışdır. Belə ki, iddianın təmin edilməsi üçün həmin iddianı əsaslı və qanuni edən maddi hüquq normasına əsaslanılmalı, hansı maddi normaya əsasən təmin edilməsi göstərilməlidir. Buna görə də İddiaçı cavabdehə qarşı pul və maddi ziyan tələbinə barədə iddia tələbi heç bir hüquqi əsas olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3- cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları pulun, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına ödədiyi 50 (əlli) manatın, dövlət rüsumu olaraq ödədiyi 30,40 (otuz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manatın, icra xərci olaraq 190 manatın, Nəvail Qafarov tərəfindən ödənilmiş 45 manat dövlət rüsumlarının alınaraq iddiaçıya verilməsi barədə İddiaçı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7452/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7452/2021
07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver