Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7454/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu Cavabdeh qarşı ““maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vermiş olduğu 2200+200=2400 (iki min dörd yüz) manat pulun, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına ödədiyi 50 (əlli) manatın, iddia qiyməti- məhkəmə dövlət rüsumu olaraq ödədiyi 30,40 (otuz manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı) manatın, icra xərci olaraq 190 manatın və N.Qafarov tərəfindən ödənilmiş 45 manat dövlət rüsumlarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X9 onun doğma qardaşıdır və Naxçıvan MR-nın Şərur rayonunun Püsyan kəndində qeydiyyatda olmaqla orada yaşayır. X2 2008-ci ildə Sumqayıt şəhərinə qonaq gələndə bildirib ki, Sumqayıt şəhərindən fərdi yaşayış evi tikintisi üçün torpaq almaq istəyir. Onun fikri qəti olduğundan, onlar həmkəndlisi olan makler X4 müraciət etmişlər. Bundan bir neçə gün sonra Həsən Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi ərazisində 6 sot torpaq sahəsi satıldığını bildirmişdir. O, qardaşı Nəvail və makler Həsən görüşüb birgə sözügedən torpaq sahəsinə gedib baxmışlar. Qardaşı Nəvail həmin torpaq sahəsini baxıb bəyənmişdir. Bundan sonra Həsən gedib torpaq satan - X3 çağırmış, Nuşirəvan Abdullayev 6 sot torpaq sahəsinin ona məxsus olduğunu və 4500 ABŞ dollarına satdığını bildirmişdir. Qardaşı Nəvail qiymətdə onunla razılaşmışdır. Səhərisi onun və makler Həsənin iştirakı ilə 4500 ABŞ dolları məbləğində pulu şəxsən N.Abdullayevə təqdim etmişlər. N.Abdullayev satılan torpaqla bağlı bağ kitabçasının olduğunu bildirib pulu almışdır. Bundan sonra BTZ bağları üzrə Bağçılıq Komitəsinin sədri Qurban kişiyə həmin kitabçanı yazdırıb onlara təqdim etmişdir. Qardaşı çıxıb Naxçıvan MR-na yaşadığı ünvana getmiş, torpaq sahəsini alsa da, maddi imkanı olmadığından aldığı 6 sot torpaq sahəsinin daş hasarına darvaza qoydurub, ev tikdirə bilməmişdir. O, isə hər dəfə aldıqları torpaq sahəsinə gedib, baxıb nəzarət etmişdir. 2013-cü ilin noyabr ayında növbəti dəfə torpaq sahəsinə baxmağa gedəndə ona məlum olmuşdur ki, qardaşı Nəvailin aldığı torpaq sahəsi Qubadlıdan olan Yavər adlı şəxs tərəfindən orada yaşayan qonşulardan birinə satılmış, həmin şəxs torpaq sahəsini hasara alaraq darvaza qoymuşdur. Bu ona məlum olandan dərhal sonra Yavərlə görüşmüş, Yavərə bildirmişdir ki, torpaq onundur, o da satıb. O, makler Həsənə müraciət edib, vəziyyəti danışmışdır. Həsən onunla birgə gedib X1 evini tapmış, torpaq sahəsinin başqa şəxsə satılmasının səbəbini soruşmuşdurlar. N.Abdullayev bildirmişdir ki, «torpaq sizindir, mənlik heç nə yoxdur, gedin darvazanı sındırın girin içəri». O da qardaşı Nəvailə baş vermiş hadisə barədə məlumat vermiş, təcili gəlməsini bildirmişdir. X7 gəlmiş, birgə yenə də, makler Həsənin yanına gedib, cavabdeh N.Abdullayevlə görüşmüşlər. N.Abdullayev yenə də, eyni sözləri bildirmişdir ki, «torpaq sizindir, bağ kitabçası alıb vermişəm, mənlik heç nə yoxdur, gedin darvazanı sındırın girin içəri» demişdir. Vəziyyət belə olanda qardaşı Nəvaillə birgə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə N.Abdullayevdən şikayət etmişlər Şikayətə baxılan ərəfədə cavabdeh N.Abdullayev gəlib onu tapmış və bildirmişdir ki, şikayətə ehtiyac yoxdur, Cavabdeh adlı şəxs var, sizə ondan da yaxşı torpaq sahəsi verəcək. N.Abdullayev Cavabdeh mobil nömrəsini ona vermiş, o, da gedib Cavabdehla görüşmüşdür. Cavabdeh bildirmişdir ki, bəli, Nuşrəvan ona deyib, xəbəri var, gedək Yaşıldərə ərazisində başqa torpaq sahəsi göstərim, bir işdir olub, yoluna qoyaq. Onların əsas məqsədi torpaq sahəsi almaq olduğundan etiraz etməmşlər. Cavabdehla razılaşmış və onaYaşıldərə Yeni Yaşayış massivində başqa 6 sot torpaq sahəsini göstərmişdir. Həmçinin bildirmişdir ki, gəlin bu torpaq sahəsini sənədləşdirək, yenidən problem yaranmasın. Sənədləşmə üçün Cavabdeh 3000 manat məblğində pul istəmişdir. O da Nəvailə bu barədə bildirmişdir. Nəvail bildirdi ki, 2700 manatı var, əgər həmin pulu qəbul edirlərsə pulu göndərim. O da Bilala 2700 manat pulu olduğunu demiş, Cavabdeh bildirmişdir ki, mümkündü, sənədləşməni həmin pulla düzəldəcək. Bundan sonra sənədləşmə üçün Cavabdehla Sumqayıt Bələdiyyəsinə getmişlər, qardaşı Nəvail Naxçıvan MR-nın vətəndaşı olduğundan, özü Sumqayıt şəhər sakini olduumdan sənədləşməni onun adına rəsmiləşdirməyi qərara almışlar. Səhərisi sənədləri toplayıb, Bilalla görüşüb, tələb olunan sənədləri və 2700 manat pulu Bilala təqdim etmişdir. Lakin Bilal sənədləri və pulu ondan almasına baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirərək nə torpağa dair sənədi, nə də pulu ona qaytarmamışdır. Sonradan Bilal torpaq sahəsinin sənədləşməsi üçün ona verdiyi 2700 manat pulun 500 manatını, torpaq sahəsinin sənədləşməsini apara bilmədiyindən geri qaytarmışdır. Həmçinin bildirmişdir ki, qalan 2200 manatı az-az ödəyəcəkdir. Vəziyyəti belə görən qardaşı Nəvail 6 sot torpaq sahəsini ona tapan makler Həsəndən, ona torpaq satan Nuşrəvandan, daha sonra digər 6 sot torpaq sahəsini təqdim etmiş, sənədini düzəltmək üçün 2700 manat pul alan Bilaldan şikayət etmək əvəzinə, onu məhkəməyə verib, verdiyi pulu ondan tələb etməyə başlamışdır. Nəticədə iddiaçı X9 cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı (yəni ondan) 4500 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 2700 manat manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1291/2020, 28.08.2020ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi, cavabdeh İddiaçı 4500 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq X6 ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1585/21 saylı, 16.03.2021-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1291/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qardaşı Nəvailin adları qeyd olunan şəxslərə verdiyi pulu ondan tələb etdiyini görüb məcburiyyət qarşısında qalıb Bilaldan torpaq sahəsini tələb etmişdir. Bilal torpağın yerində olduğunu bildirmiş, hətta torpağa dair sənəd təqdim etmişdir, 200 manat müqabilində ona torpağa dair sənədi və notariat qaydada təsdiq edilmiş ərizəsini təqdim edəcəyini bildirmişdir. O da Bilala 200 manat pul verib, torpaq sahəsinə dair sənədi və Bilalın notariat qaydada təsdiq edilmiş razılıq ərizəsini almışdır. Qardaşı Nəvaillə onun arasında yaranmış məhkəmə mübahisəsinə görə Cavabdeh aldığı sənədləri, Bilalın düz deyib-deməməsini dəqiqləşdirmək üçün Sumqayıt Bələdiyyəsinə təqdim etmişdir. Orada məlum olmuşdur ki, torpaq sahəsi faktiki mövcud deyildir, Cavabdeh verdiyi sənəd isə saxtadır. Bu günə qədər Cavabdeh dəfələrlə tələb etməyinə baxmayaraq, verdiyi pulu ondan geri ala bilməmişdir. Barəsində olan məhkəmə qətnaməsi Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata yönəldilmişdir və hər ay 300 manat ödəyir. Cavabdeh hərəkətlərinə görə pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına 50 manat, dövlət rusumu olaraq 30.40 manat ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa Cavabdeh torpaq alınması üçün verdiyi 4500 ABŞ dolları pulu vaxtında qaytarmadığına görə icra xərci olaraq icra məmuru tərəfindən ondan 190 manat icra xərci və N.Qafarov tərəfindən 45 manat ödənilmiş məhkəmə dövlət rüsumları tələb olunur. Göründüyü kimi Cavabdeh pulu ondan torpaq satmaq üçün almış, lakin nə torpaq satmış, nə də pulu qaytarmışdır. Qeyd edir ki, Cavabdeh onun pulu hesabına əsassız olaraq varlanmışdır. Hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh ona verilmiş olduğu 2200+200=2400 pulun, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına ödədiyi 50 manatın, dövlət rüsumu olaraq ödədiyi 30,40 manat, icra xərci olaraq 190 manatın, N.Qafarov tərəfindən 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qət edilməlidir. Məhkəmə iclasında iştira edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Novruz adlı şəxsə sənədləşmə işlərinə görə Bilala verməsi üçün 200 manat ödəmişdir. Odur ki, həmin 200 manatı da Bilaldan tələb edir. Məhkəmə Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 31 avqust 2021-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. O, altı il əvvəl 6 sot torpağı İddiaçı 2700 manata satmışdır. Lakin sonra torpağın sənədləşməsi baş tutmamış, həmin puldan 500 manat qaytarmışdır. Qalan pulu qaytarmamışdır, torpağı satıb qalan məbləği də qaytarmaqdan imtina etmir. Lakin qalan hissədə iddianı qəbul etmir. Sabir ona sənədləşmə üçün 200 manat verməyib. Nə də Novruz adlı şəxs ona Bilalın adından 200 manat pul verməyib. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.08.2020-ci il tarixli 2(105)-1291/2020 saylı qətnaməsinin məzmunundan görünür ki, Cavabdeh məhkəmədə və Sumqayıt şəhər Polis İdarəsində ifadəsində göstərmişdir ki, 0,06 ha sənədsiz torpağı olmuş, 2015-ci ildə Sabir ona müraciət etmiş, o da torpağın sənədinin olmadığını bildirmiş, torpağı ona 2700 manata satmışdır. 2016-cı ildə Sabir sənəd ala bilmədiyini bildirib pulunu geri istəmiş, o da pulu uşağının xeyir işinə xərclədiyini bildirmişdir. Bundan sonra Sabirin hay-küy saldığını görüb xərc-borc 500 manat tapıb Sabirə vermişdir. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı torpaq almaq məqsədi ilə cavabdehə 2700 manat ödəmişdir. Lakin tərəflər arasında torpağın alqısatqısına dair müqavilə bağlanılmamışdır. Mübahisə predmeti olan torpağa dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış, hüquq müəyyənedici heç bir sənədi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin: 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 2.700 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmış, həmin vəsaitdən 500 manat qaytarsa da qalan vəsaiti qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 2.200 manat Cavabdeh alınaraq İddiaçı oğluna ödənilməlidir. İddia qalan hissədə müvafiq sübutlarla təsdiqini tapmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,40 (18%) iddiaçıya aid edilməli, 24,60 (82%) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,60 (iyirmi dörd manat altmış qəpik) manat İddiaçı oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7454/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7454/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver