Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7520/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Pirişova (Həsənova) Aidə Əlisafa qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Pirişova (Həsənova) Aidə Əlisafa qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********51782 Samsung Galaxy A6 markalı telefon üçün 234 manat ödənilməmiş hissə, 70 manat dəbbə, 05.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********12431 Samsung Galaxy A70 markalı telefon üçün 648 manat ödənilməmiş hissə, 194 manat dəbbə, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********65441 Samsung Galaxy A50 markalı telefon üçün 350 manat ödənilməmiş hissə, 105 manat dəbbə, 04.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********80676 Samsung Galaxy A80 markalı telefon üçün 918 manat ödənilməmiş hissə, 275 manat dəbbə, ümumilikdə 2794 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Pirişova (Həsənova) Aidə Əlisafa qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 23.07.2018-ci il, 05.07.2019-cu il, 16.04.2019-cu il və 04.10.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kod **********51782 Samsung Galaxy A6 markalı telefon, İMEİ kod **********12431 Samsung Galaxy A70 markalı telefon, İMEİ kod **********65441 Samsung Galaxy A50 markalı telefon və İMEİ kod **********80676 Samsung Galaxy A80 markalı telefon almış və nəticədə 2794 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 936 manat olan İMEİ kod **********51782 Samsung Galaxy A6 markalı telefon üçün cəmi 304 manat olmaqla, ondan 234 manat ödənilməmiş hissə, 70 manat dəbbə, 05.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1118 manat olan İMEİ kod **********12431 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 842 manat olmaqla, ondan 648 manat ödənilməmiş hissə, 194 manat dəbbə, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 800 manat olan İMEİ kod **********65441 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 455 manat olmaqla, ondan 350 manat ödənilməmiş hissə, 105 manat dəbbə, 04.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1366 manat olan İMEİ kod **********80676 Samsung Galaxy A80 markalı telefon üçün ümumilikdə 1193 manat olmaqla, ondan 918 manat ödənilməmiş hissə, 275 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2070 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" MMC ilə Pirişova (Həsənova) Aidə Əlisafa qızı arasında bağlanmış 23.07.2018-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Pirişova (Həsənova) Aidə Əlisafa qızına alqı-satqı qiyməti 936 manat olan İMEİ kod **********51782 Samsung Galaxy A6 markalı telefonu 24 ay müddətə hər ay 39 manat ödəniş şərti ilə satmağı, cavabdeh həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Pirişova (Həsənova) Aidə Əlisafa qızı arasında bağlanmış 05.07.2019cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Pirişova (Həsənova) Aidə Əlisafa qızına alqı-satqı qiyməti 1118 manat olan İMEİ kod **********12431 Samsung Galaxy A70 markalı telefonu 146 manat ilkin ödəniş edilməklə 18 ay müddətə hər ay 54 manat ödəniş şərti ilə satmağı, cavabdeh həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Pirişova (Həsənova) Aidə Əlisafa qızı arasında bağlanmış 16.04.2019cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Pirişova (Həsənova) Aidə Əlisafa qızına alqı-satqı qiyməti 800 manat olan İMEİ kod **********65441 Samsung Galaxy A50 markalı telefonu 16 ay müddətə hər ay 50 manat ödəniş şərti ilə satmağı, cavabdeh həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Pirişova (Həsənova) Aidə Əlisafa qızı arasında bağlanmış 04.10.2019cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Pirişova (Həsənova) Aidə Əlisafa qızına alqı-satqı qiyməti 1366 manat olan İMEİ kod **********80676 Samsung Galaxy A80 markalı telefonu 142 manat ilkin ödəniş edilməklə 12 ay müddətə hər ay 102 manat ödəniş şərti ilə satmağı, cavabdeh həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Pirişova (Həsənova) Aidə Əlisafa qızının 23.07.2018-ci il tarixli müqavilə üzrə 234 manat əsas borcu, 70 manat dəbbə, 05.07.2019cu il tarixli müqavilə üzrə 648 manat əsas borcu, 194 manat dəbbə, 16.04.2019-cu il tarixli müqavilə üzrə 350 manat əsas borcu, 105 manat dəbbə, 04.10.2019-cu il tarixli müqavilə üzrə 918 manat əsas borcu, 275 manat dəbbə pulu borcu vardır. Ödədiyi məbləğ 2070 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 729.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 05.07.2018-ci il tarixli müqavilə üzrə 194 manat dəbbə pulu azaldılaraq 100 manat, 16.04.2019-cu il tarixli müqavilə üzrə 105 manat dəbbə azaldılaraq 50 manat və 04.10.2019-cu il tarixli müqavilə üzrə 275 manat dəbbə azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasib olaraq 3,60 (12%) manat iddiaçıya aid edilməli, 26,40 (88%) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Pirişova (Həsənova) Aidə Əlisafa qızından 23.07.2018-ci il tarixli müqavilə üzrə 234 manat əsas borc, 70 manat dəbbə, 05.07.2019-cu il tarixli müqavilə üzrə 648 manat əsas borc, 100 manat dəbbə, 16.04.2019-cu il tarixli müqavilə üzrə 350 manat əsas borc, 50 manat dəbbə, 04.10.2019-cu il tarixli müqavilə üzrə 918 manat əsas borc, 100 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,40 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Pirişova (Həsənova) Aidə Əlisafa qızından 23.07.2018-ci il tarixli müqavilə üzrə 234 manat əsas borc, 70 manat dəbbə, 05.07.2019-cu il tarixli müqavilə üzrə 648 manat əsas borc, 100 manat dəbbə, 16.04.2019-cu il tarixli müqavilə üzrə 350 manat əsas borc, 50 manat dəbbə, 04.10.2019-cu il tarixli müqavilə üzrə 918 manat əsas borc, 100 manat dəbbə pulu, cəmi 2470 (iki min dörd yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,40 (iyirmi altı manat qırx qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7520/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7520/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver